Ssr-nin dağılması ilə mərkəzdən planlı idarə edilən, inzibati-amirlik metodlarına əsaslanan Sovet iqtisadi sistemi XX əsrin sonuncu on illiyinin başlanğıcında görülməmiş bir sürətlə dağıldı



Yüklə 17,35 Kb.
tarix03.11.2019
ölçüsü17,35 Kb.
#29498
MÖVZU 3-qisa

MÖVZU 3. AZƏRBAYCANIN IQTISADIYYATI, ILKIN KAPITAL YIĞIMI, ÖZƏLLƏŞDIRMƏ VƏ SAHIBKARLIĞIN INKIŞAFI.

SSR-nin dağılması ilə mərkəzdən planlı idarə edilən, inzibati-amirlik metodlarına əsaslanan Sovet iqtisadi sistemi XX əsrin sonuncu on illiyinin başlanğıcında görülməmiş bir sürətlə dağıldı. Dağılma nəticəsində müstəqillik əldə etmiş respublikalar, o cümlədən də AZərbaycan çətin iqtisadi vəziyyətə düşdü, .1991-ci ildən başlayaraq, 1990-ci illə müqayisədə istehsalın bütün sahələrində artım tempi ildə 25-30% aşağı düşməyə başlamışdır.
Yeganə yol Azərbaycanın iqtisadiyyatıni bazar münasibətləri əsasında milli iqtisadiyyatımızı formalaşdırmaqdan ibarətdir. Bunun üçün isə nə şərait, nə də tələb olunan vəsait var idi. Bütövlükdə cəmiyyətimiz, adamlarımız tamamilə ona yad olan bir sistemdə işləmək, yaşamaq üçün hazır deyildir. Köhnə iqtisadi sistemdən tamamilə xilas olub, yeni sistemə - bazar münasibətləri sisteminə kjeçmək üçün xüsusi bir keçid dövrü lazım   idi.  
Belə bir keçid dövrü 1991-ci ildən başlayır  və ən azı 15-20 il lazım gəlir.
Keçid dövründə həll edilməsi zəruri olan əsas vəzifələr aşağıdakılardan ibarətdir:



  • Azərbaycanın mövcud iqtisadiyyatını köhnə, iqtisadi amirlik sisteminden azad etmək, mülkiyyət üzərində dövlət inhisarına son qoymaq,

  • Ictimai mülkiyyətin dövlətsizləşdirilməsi, özəlləşdirilməsi

  • Azərbaycanın sağlam, maliyyə, kredit, bank və valyuta münasibətlərini formalaşdırmaq, pul tədavülünü qaydaya salmaq, infilyasiyanın qarşısını almaq

  • Azərbaycan iqtisadiyyatının yeni, bazar strukturunu formalaşdırmaq, daxili və xarici bazarların mövcudluğunu təmin edən şəraiti yaratmaq,

  • Azərbaycan xaqını bazar münasibətləri şəraitində işləmək və yaşaya bilmək ruhunda tərbiyə etmək,

  • Dövlətin idarəetmə orqanlarını yeni tələblər səviyyəsində qurmaq,

  • işsizliyin aradan qaldırılması

  • xarici iqtisadi əlaqələrdə fəal iştirakı təmin edən hüquqi əsas yaratmaq.



Bütün bu vəzifələrin yerinə yetirilməsi keçid dövrünün başa çatması səciyyələnir.

Azərbaycanın keçid dövrü iqtisadiyyatı çoxukladlı xarakterə mailkdir.

1.Dövlət ukladı
2.Kəndli (fermer) təsərrüfat ukladı.
3.Kooperativ uklad.
4.Kollektiv (kolxoz) təsərrüfat ukladı.
5.Xüsusi təsərrüfat ukladı (xüsusi sahibkarlığa əsaslanan uklad).
6.Dövlət kapitalizm ukladı.
7.Xırda əmtəə istehsalı ukladı.



Bazar iqtisadiyyatı azad sahibkarlığa əsaslanır. Azad sahibkarlığın mövcud olmsı üçün iki başlıca şırt olmalıdır: 1)istehsal vasitələri və pul sərvəti üzərində xüsusi mülkiyyətin olması;  2)istehsal vasitələrindən məhrum edilmiş və yaşamaq üçün öz qabiliyyətini satmağa məcbur olan çoxsaylı adamların olması. Bu şərtlər olmadan klassik bazar iqtisadiyyatını formalaşdırmaq olmaz.
İlkin  pul kapitalını qanuni və qeyri-qanuni  yol ilə əldə etmək mümkündür.
Qanuni yollar səhmdar cəmiyyətlərini yaratmaqla, daxili və xarici ticarət vasitəsilə, birja əməliyyatları, xarici borclar, dövlətin istiqraz sistemi və s. 
Qeyri-qanuni yollar isə geniş yayılmış rüşvət, kommersiya bankları yaradıb, adamların pulunu mənimsəmək, xeyriyyəçilik adı ilə adamlardan pul toplamaq, reket fəaliyyəti  və s. 

Sahibkarlığın inkişafı bazar iqtisadiyyatının zəruri tələbidir. Sahibkarlıq mülkiyyət sahibi olan fiziki və hüquqi şəxslərin mənfəət  əldə etmək məqsədilə, qanunvericiliklə qadağan olunmayan, təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil fəaliyyət növüdür.

 
 
 
Yüklə 17,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin