St və mks” fakultəsi “Meliorasiya və stt”


BAKI-2021 5. Çay və çay sistemləri



Yüklə 1,1 Mb.
səhifə10/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   ...   6   7   8   9   10   11   12   13   ...   54
8fe2ad1613e1a280bc7c9016f3516718

BAKI-2021
5. Çay və çay sistemləri.
Çay, hövzəsindəki yağıntılardan əmələ gələn səth və yeraltı axımla qidalanan, özü yaratdığı məcrada axan, gözə çarpan ölçülü su axınıdır. Rejimin formalaşma şəraitinə görə onlar dağ, düzənlik, göl, bataqlıq karst; ölçülərinə görə isə böyük, orta kiçik çaylara bölünürlər. Bilavasitə dənizə və gölə tökülən çay əsas çay adlanır. Əsas çaya tökülən çay birinci dərəcəli qol, ona tökülən çay ikinci dərəcəli qol, üçüncü dərəcəli qol və s. adlanır. Əsas çay və ona tökülən qollara birlikdə çay sistemi deyilir.

Hortona görə heç bir qolu olmayan çay birinci dərəcəli, onun töküldüyü-ikinci dərəcəli çay və s. adlanır. Həmin təsnifatda əsas çay ən böyük dərəcəyə malik olur.N.A.Rjanitsinin verdiyi təsnifata görə çayın qollarının dərəcəsi ilə sululuğu və morfometrik göstəriciləri arasında əlaqə vardır.(şəkil ).

Çay şəbəkəsi onu əmələ gətirən çayların uzunluqları və şaxələnməsi iləsəciyyələnir.

Çayın uzunluğu xəritədə kurvimetr və ya pərgarla ölçülür. Ərazinin vahid sahəsinə düşən çayların ümumi uzunluğuna çay şəbəkəsinin sıxlığı deyilir.



torpaq örtüyündən asılıdır. Çay şəbəkəsinin sıxlığı Şərqi Avropa düzənliyində şimaldan-cənuba getdikcə azalır. Düzənliklərdən dağlıq hissəyə doğru çay şəbəkəsinin sıxlığı artır. Misal üçün, Ön Qafqaza yaxın çay şəbəkəsinin sıxlığı D=0.05km/km2, Baş Qafqaz silsiləsinin şimal yamacında isə D=1.49km/ km2-ə çatır.

Çox vaxt çay şəbəkəsinin sıxlığını təyin etmək üçün ərazi bərabər sahəli kvadratlara bölünür, hər bir kvadrat daxilindəki çayların uzunluğu ölçülür vəkvadratın sahəsinə bölünür. Alınmış nəticələrə əsasən bərabər şəbəkə sıxlığı olan nöqtələri birləşdirilərək izodenslər qurulur. Tərtib edilmiş izodenslərə görə ərazinin çay şəbəkəsinin sıxlığını daha mükəmməl təhlil etmək olar. Çayın əyrintilik əmsalı müəyyən hissədə çayın uzunluğunun həmin hissənin başlanğıcı ilə qurtaracağını birləşdirən düz xəttin uzunluğuna olan nisbətinə deyilir.

Kə=lL

Çay sistemi əsasən çayın uzunluğu, çay şəbəkəsinin sıxlığı, çayın əyriliyi və onun şaxələnmə dərəcəsi ilə səciyyələnir.

Geniş subasarlarda çayın məcrası şaxalənərək ayrı-ayrı axarlar əmələ gətirir. Çayın şaxələnmə dərəcəsini müəyyən etmək üçün çay hissələrindəki ayrıayrı axarların və çay məcralarının uzunluğunu taparaq onları cəmləmək və əsas çay məcrasının uzunluğuna bölmək lazımdır.

L-əsas çayın məcrasının uzunluğu.

Hidrotexniki və meleorativ qurğuların layihələndirilməsi məqsədləri üçün çayın əyrintilik-Kəvə şaxələnmə-Kş göstəricilərindən geniş istifadə olunur.

Əgər çay yatağının keçdiyi ərazi yumşaq süxurlardan təşkil olunursa, əyrintilik çox olur. Düzənlik çaylarının əyrintilik əmsalı daha böyükdür.

Ümumiyyətlə, əyrintilik əmsalı həmişə vahiddən böyük olur.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin