Statistik müşahidə haqqında anlayış və onun vəzifələri


Statistik müşahidənin başlıca vəzifəsi



Yüklə 43,9 Kb.
səhifə2/8
tarix02.01.2022
ölçüsü43,9 Kb.
#42402
1   2   3   4   5   6   7   8
Movzu 2-yeni

Statistik müşahidənin başlıca vəzifəsi ölkəmizin iqtisadi və mədəni inkişafını, xalqımızın həyat səviy­yəsinin durmadan artmasını xarakterizə etmək üçün lazım olan statistik məlumatları toplamaqdan ibarətdir.

Statistik müşahidə statistik tədqiqatların ilkin mərhələsidir və kütləvi hal, hadisə və proseslər haqqında ilkin məlumatlar əldə etmək metodudur. Məlumat toplanılan bütün hallar müşahidə sayılmır. Həyatda baş verən kütləvi hadisə və proseslər haqqında ilkin məlumatın toplanması üzrə elmi əsasda təşkil edilmiş işə statistik müşahidə deyilir.

Statistik müşahidənin keçirilməsi üçün onun məqsəd və vəziyyəti, hansı məlumatın və necə əldə ediləcəyi, müşahidənin obyekti və subyekti müəyyənləşdirilir, onun proqramı hazırlanır və forması və üsulu seçilir.

Tematiklik məlumatın toplanmasının müəyyən bir məqsədə xidmət göstərməsini xarakterizə edir. Müşahidə obyekti öyrənilməsi nəzərdə tutulan proseslərin tam yaxud statistik məlumatın qeydiyyatının müəyyən sərhədlər (şərtlər) daxilində məhdudlaşdırılır. Məsələn, siyahıya alınma zamanı əhalinin kateqoriyası; mövcud və ya daimi əhalinin siyahıya alınacağı; sənaye üzrə siyahıya almalarda hansı sənaye sahəsinin əhatə ediləcəyi müəyyənləşdirilir.

Müşahidənin kütləviliyi – hadisə və proseslərin hər bir subyekti və bütün statistik məcmusu üzrə dəqiq statistik məlumat hazırlanması üçün böyük sayda və həcmdə ilkin məlumat əldə edilməsi nəzərdə tutulur.

Statistik müşahidə üçün məlumatın tamlığı, düzgünlüyü və dəqiqliyi, onların eyniliyi və müqayisəliliyinin təmin edilməsi tələb olunur.

Statistika müşahidəsi dövlət statistika orqanları, elmi tədqiqat institutları, birjaların, firmaların iqtisadi xidmətləri tərəfindən aparıla bilər.

Statistika müşahidəsi əsasında toplanılan məlumat elmi və praktiki əhəmiyyətə malik olmalı sosial-iqtisadi hadisənin tipini müəyyən etməyə imkan verməlidir.

Statistika müşahidəsi öyrənilən hadisə haqqında toplanılan kütləvi məlumatın tam və dolğunluğunu təmin etməlidir. Toplanılan kütləvi statistika məlumatının etibarlılığını təmin etmək üçün onlar ətraflı yoxlanılmalıdır. Toplanılan faktların etibarlılığının yoxlanması statistika müşahidəsinin mühüm məsələlərindəndir.

Hər bir statistika müşahidəsinin elmi təşkili obyektiv statistika materiallarının toplanmasının mühüm şərtidir. Elmi şəkildə təşkil olunmuş statistika müşahidəsi toplanılan kütləvi məlumatın etibarlılığını və onun vaxtında alınmasını təmin edə bilər.

Hazırlıq işlərində müşahidə orqanını müəyyən etmək, müşahidəni aparmaq üçün kadrların seçilməsi və hazırlanması, müşahidənin hazırlanması, aparılması və materialların işlənməsi üzrə işlərin təqvim planının tərtibi xüsusi əhəmiyyət kəsb edir.



  1. Yüklə 43,9 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin