STATİSTİK MÜŞAHİDƏNİN ÜSULLARI
Bilavasitə müşahidə
Sənəd üsulu
Sorğu üsulu
Statistika müşahidəsinin üsullarını əks etdirən struktur sxem
Sosial-iqtisadi hadisənin xüsusiyyətindən asılı olaraq məlu-mat toplanılmasında bu yə ya digər müşahidə üsulundan isti-fadə edilir. Bilavasitə müşahidə üsulunda qeydiyyatçıların şəx-sən sosial-iqtisadi hadisəni sayması, ölçməsi və s. əsasında faktlar müəyyənləşdirilır və statistik sənədlərdə qeydiyyat aparılır. Müşahidənin bu usulla aparılmasında yaxşı təlimatlanmış, hazırlıqlı kadrlar iştirak etdiklərindən alınan məlumat dəqiq və dolğun olur. Sənəd üsulu ilə aparılan statistika müşahidəsində informasiya mənbəyi kimi ayrı-ayrı uçot sənədlərində verilən məlumatdan istifadə edilir. Müəssisələrin təqdim etdikləri statis-tik hesabatlar ilk uçot sənədləri əsasında tərtib edilir.
Statistik məlumatları müxtəlif üsullarla toplamaq olar. Ən mühüm üsullardan aşağıdakıları göstərmək olar: btlavasitə müşahidə, sənəd üsulu və sorğu üsulu.
Bilavasitə müşahidə üsulunda statistika sənədləri statistika orqanlarının və yaxud digər təşkilatların nümayəndəlri tərəfindən ictimai hadisəni şəxsən sayması, ölçməsi və çəkməsi əsasında doldurulur. Bilavasitə müşahidə üsuluna misal olaraq əhalinin şəxsi təsərrüfatında olan mal-qaranın siyahıyaalınmasından sonra aparılan nəzarət gəzintisini, bağların və giləmeyvə kollarının, vaqonların siyahıyaalınmasını göstərmək olar. Bu müşahidə üsulu yaxşı təşkil edilərsə, toplanılan statistik məlumatın düzgün olmasını təmin etmək olar. Çünki müşahidənin bu üsulunda təlimatlandırılmış, hazırlıqlı kadrlar iştirak edirlər.
Sənədli müşahidə üsulunda məlumatlar müxtəlif sənədlər əsasında toplanılır. Ayrı-ayrı müəssisə, idarə və təşkilatların statistik hesabatlarının tərtibi başlıca olaraq sənəd üsuluna əsaslanır. Statistik hesabatlar, adətn, ilk uçot sənədələri əsasında tərtib edilirlər.
Statistik məlumatların qeydə alınması üsullarından biri də sorğu üsuludur. Sorğu üsulunun üç növü vardır: şifahi sorğu, özünüqeydəalma və müxbir üsulu.
Şifahi sorğu üsuluna ekspedisiya üsulu da deyilir. Bu üsulla daha çox məlumat əldə etmək mümkündür, çünki məlumatın qeydə alınmasını xüsusi təlimat keçmiş hazırlıqlı kadrlar həyata keçirirlər. Əhalinin siyahıyaalınması əsasən şifahi sorğu üsulu əsasında aparılır.
Özünüqeydəalma üsulunda statistika sənədləri soruşulan şəxslərin özləri tərəfindən doldurulur. Statistika orqanlarının nümayəndələri müvafiq sənədləri soruşulan şəxslərə əvvəlcədən paylayır, onlara sənədlərdəki suallara necə cavab yazmağı izah edir və müəyyən vaxtdan sonra həmin sənədləri toplayır.
Müxbir üsulunda sual vərəqələri yerlərdə olan könüllü müxbirlərə göndərilir. Müxbirlər vərəqələrdə qoyulmuş suallara cavab yazaraq statistka orqanlarına, yaxud həmin vərəqəni göndərən təşkilata qaytarırlar.
Dostları ilə paylaş: |