Stomatologiya ixtisası üzrə nümunəvi test sualları 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?


) Tərkibində hər üç embrional qatın olduğu müxtəlif toxumalardan təşkil



Yüklə 4,01 Mb.
Pdf görüntüsü
səhifə115/186
tarix22.09.2023
ölçüsü4,01 Mb.
#146996
1   ...   111   112   113   114   115   116   117   118   ...   186
2020-03-16 12-28-22

887) Tərkibində hər üç embrional qatın olduğu müxtəlif toxumalardan təşkil 
olunmuş şiş hansıdır? 
A) Sarkoma 
B) Teratoma 
C) Adenoma 
D) Hamartoma 
E) Karsinoma 
888) Protruziya zamanı dil sağa tərəf yönəlir. Bu hansı sinirin iflici 
nəticəsindədir? 
A) Linqual 
B) Sağ fasial 
C) Sol fasial 
D) Sağ hipoqlossal 
E) Sol hipoqlossal 
889) Ambulator ümumi anesteziya zamanı əməliyyat sonrası ən çox rast gəlinən 
ağırlaşma hansıdır ? 
A) Ağciyər absesi 
B) Atelektaz 
C) Öyümə 


D) Pnevmoniya 
E) Hipertoniya 
890) Aşağıdakılardan hansı stomatologiyada “okklüziya” sözünün mənasını 
ifadə edir? 
A) Dişlərin yalnız mərkəzi vəziyyətdə qapanması 
B) Diş cərgələrinin ortoqnatik vəziyyətdə qapanması 
C) Fizioloji sakitlik vəziyyətində diş sıralarının qapanması 
D) Yuxarı və aşağı diş cərgələrinin müxtəlif variantlarda (çeynəmə hərəkətləri, nitq, 
oxuma zamanı) qapanması 
E) Diş sıralarının yalnız ön - yan vəziyyətdə qapanması 
891) Aşağıdakılardan hansılar okklüziyanın növlərinə aiddir? 
A) Mərkəzi, ön, yan sağ və yan sol 
B) Yan aşağı və yuxarı, ön 
C) Mərkəzi, vertikal, sağ və sol 
D) Ön və arxa horizontal 
E) Qarışıq, normal, fizioloji, patoloji 
892) Aşağıdakılardan hansı mərkəzi okklüziya üçün səciyyəvidir? 
A) Dişlərin yalnız vertikal və sagital istiqamətlərdə münasibəti 
B) Diş sıralarının vertikal istiqamətdəki münasibəti 
C) Diş sıralarının transverzal istiqamətdəki münasibəti 
D) Diş sıralarının sagital istiqamətdəki münasibəti 
E) Diş sıralarının vertikal, sagital və transverzal istiqamətlərdəki münasibəti 
893) Aşağıdakılardan hansı “dişləm” termininin ifadəsidir? 
A) Diş sıralarının qapanması 
B) Diş sıralarının yan vəziyyətdə qapanması 
C) Diş sıralarının mərkəzi okklüziya vəziyyətində qapanması 
D) Yuxarı və aşağı çənələrin qapanması 
E) Diş sıralarının ön vəziyyətdə qapanması 

Yüklə 4,01 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin