922) Lyundun təsnifatına görə sərt damaqda dördüncü zona üçün hansı səciyyəvidir? A) Sərt damağın arxa üçdə bir hissəsində yerləşir, burada selikaltı təbəqə vardır, zona
vəzilərlə zəngindir, çox hərəkətlidir və vəzili zona adlanır
B) Selikli qişa çox qalındır və sagital tikiş nahiyyəsi boyunca yerləşir, burada çoxlu
vəzilər olur, zona olduqca hərəkətlidir
C) Selikli qişa nazikdir, selikaltı təbəqə çoxdur, hərəkətlilik dərəcəsi yox
səviyyəsindədir. Bu zona sagital tikiş nahiyyəsi boyunca yerləşir
D) Selikaltı orta dərəcədə kövşək və nisbətən hərəkətlidir. Bu zona köndələn büküşlər
nahiyyəsində yerləşir
E) Selikaltı təbəqə yoxdur. Bu sahə periferik fibroz zona adlanır və alveol çıxıntısını
əhatə edir
923) Şrederin təsnifatına görə dişsiz yuxarı çənənin birinci tipinə aşağıdakılardan hansı aiddir? A) Alveol çıxıntısı və qabarları atrofiyaya uğramır, yalnız damaq tağı yumrulaşır və
keçid orta səviyyədə olur
B) Alveol çıxıntısı və qabarları yaxşı ifadə olunub, damaq tağı dərindir, keçid pərdəsi
hündürdə yerləşir
C) Alveol çıxıntısı orta dərəcədə atrofiyalaşmışdır, alveol qabarları zəif ifadə olunur,
damaq tağı və ağız dəhlizi orta dərinlikdədir
D) Alveol çıxıntısı və qabarları pis ifadə olunub, damaq tağı yastıdır, keçid pərdəsi
aşağıda yerləşir
E) Alveol çıxıntısı və qabarları xeyli atrofiyalaşmış olur, damaq tağı yastıdır, keçid
büküşü sərt damaqda eyni müstəvidə yerləşir
924) Kellerə görə dişsiz aşağı çənələrin I tipinə aşağıdakılardan hansı aiddir? A) Alveol çıxıntılar bütün aşağı çənə boyunca tam atrofiyaya uğrayır
B) Alveol çıxıntıları yan tərəflərdə atrofiyaya uğrayır. Ön tərəfdə isə nisbətən
saxlanılmış olur
C) Alveol çıxıntıları bərabər surətdə cüzi atrofiyaya uğrayır. Hərəkətli selikli qişa
alveol darağından aşağıda, dərin yerləşir
D) Alveol çıxıntıları bərabər surətdə, nəzərə çarpacaq dərəcədə atrofiyaya uğrayır.
Hərəkətli selikli qişa alveol darağı səviyyəsində yerləşir
E) Alveol çıxıntıları ön tərəfdə daha çox atrofiyaya uğrayır, yan tərəfdə isə nisbətən
saxlanmış olur