919) Lyund təsnifatına görə sərt damaqda birinci zona üçün aşağıdakılardan hansı səciyyəvidir? A) Sərt damağın arxa üçdə bir hissəsində yerləşir və burada selikaltı təbəqə vardır,
selik vəzilərilə zəngindir, piy vəziləri var, çox hərəkətlidir və vəzili zona adlanır
B) Selikli qişa orta dərəcədə kövşək və nisbətən hərəkətldir. Bu zona köndələn
büküşlər nahiyyəsində yerləşir
C) Selikli qişa çox qalındır və sagital tikiş nahiyyəsi boyunca yerləşir, burada çoxlu
vəzilər yerləşir, olduqca hərəkətlidir
D) Selikli qişa nazikdir, selikaltı təbəqə və hərəkətlilik yox dərəcəsindədir. Sagital
tikiş nahiyyəsi boyunca yerləşir
E) Selikaltı təbəqə yoxdur. Bu sahə periferik fibroz zona adlanır və alveol çıxıntısını
əhatə edir
920) Lyudun təsnifatına görə sərt damaqda ikinci zona üçün hansı səciyyəvidir? A) Selikli qişa orta dərəcədə kövşək və nisbətən hərəkətlidir. Bu zona köndələn
büküşlər nahiyyəsində yerləşir
B) Selikli qişa çox qalındır və sagital tikiş nahiyyəsi boyunca yerləşir, vəzilərlə
zəngindir, olduqca hərəkətlidir
C) Sərt damağın arxa üçdə bir hissəsində yerləşir, burada selikaltı təbəqə vardır, selik
vəziləri ilə zəngindir, piy vəzilərinə də rast gəlinir. Zona çox hərəkətlidir və vəzili
zona adlanır
D) Selikaltı təbəqə burada yoxdur, periferik fibroz zona adlanır və alveol çıxıntısını
əhatə edir
E) Selikli qişa nazikdir, selikaltı təbəqə və hərəkətlilik yox dərəcəsindədir, bu zona
orta fibroz zona adlanır və sagital tikiş nahiyyəsi boyunca yerləşir
921) Lyundun təsnifatına görə sərt damaqda üçüncü zona üçün hansı səciyyəvidir? A) Sərt damağın üçdə bir hissəsində, arxa tərəfdə yerləşir, çox hərəkətlidir, vəzilərlə
zəngindir
B) Selikli qişa nazikdir, selikaltı təbəqə və hərəkətlillik yox dərəcəsindədir. Bu zona
sagital tikiş nahiyyəsində yerləşir
C) Selik altı təbəqə burada yoxdur. Periferik fibroz zona adlanır və alveol çıxıntısını
əhatə edir
D) Selikli qişa orta dərəcədə kövşək və nisbətən hərəkətlidir. Bu zona köndələn
büküşlər nahiyyəsində yerləşir
E) Selikli qişa çox qalındır, sagital tikiş nahiyyəsində yerləşir, çox vəzili və hərəkətli
zonadır