1201) Kəskin kataral gingivit zamanı xəstələr nəyə görə dişlərini rahat fırçalaya bilmirlər? A) diş ətində kəskin ağrı, qanaxma olmasına görə
B) dişlərdə hiperesteziya olduğuna görə
C) diş ətindən irin gəldiyinə görə
D) diş əti böyüdüyünə görə
E) dişlər laxladığına görə
1202) Kəskin kataral gingivitin müalicəsi zamanı anesteziyadan sonra yerli terapiya məqsədi ilə hansı əməliyyat aparılır? A) müalicəvi sarğılar qoyulur
B) vitaminoterapiya aparılır
C) gingivotomiya əməliyyatı aparılır
D) diş daşları təmizlənir
E) fizioterapiya edilir
1203) Kataral gingivitləri parodontitlərdən fərqləndirən əsas əlamət hansıdır? A) qanaxmanın olması
B) diş ətinin hiperemiyası
C) diş daşlarının olması
D) ağızdan pis qoxunun gəlməsi
E) parodontal cibin olmaması
1204) Kataral gingivit zamanı xəstənin şikayətləri: A) svişlərin əmələ gəlməsi
B) dişin bağ aparatının zədələnməsi, parodontal ciblərin yaranması
C) diş ətində xoşagəlməz qaşınma hissiyatı, ağızdan pis iyin gəlməsi, qida qəbulu
zamanı və dişləri yuduqda diş ətinin qanaması
D) diş ətində iltihabi proses orqanizmin reaktivliyinin aşağı düşməsi fonunda nekroz
və xora
E) diş ətinin xroniki iltihabi prosesi olub, xəstənin ümumi vəziyyətinin pozulması,
dişin boynunun açılması
1205) Kataral gingivit zamanı diş daşları müşahidə olunur? A) çoxlu miqdarda
B) az miqdarda
C) diş daşı müşahidə olunmur
D) yalnız üst çənədə
E) yalnız alt çənədə
1206) Kataral gingivitin obyektiv müayinə zamanı diş ətində hansı dəyişikliklər aşkarlanır?
A) heç bir dəyişiklik olmur
B) ödem, hiperemiya, diş əti sianozu, qanama
C) ödem, hiperemiya, diş ətinin rənginin dəyişməsi, deskvamasiya ocaqları müşahidə
edilmir
D) tək - tək eroziyalar müşahidə olunur
E) ödem olmur, yalnız hiperemiya müşahidə olunur