1273) Protezin ilk korreksiyası aparılmalıdır? A) Protezin təhvil verilməsindən 1 gün sonra
B) Protez təhvil verilən gün
C) Protezin təhvilindən 1 həftə sonra
D) 1 ay sonra
E) Ancaq ağrılar əmələ gəldikdə
1274) Korreksiyadan öncə kəskin ağrılar olduqda xəstəyə nə məsləhət görülür? A) Protezi xaric edib həkimə müraciət etmək
B) Protezi çıxarmaq, kalium permanqanat məhlulu ilə qarqara etmək, yenidən protezi
taxıb, həkimə müraciət etmək
C) Protezi çıxarmaq və həkimə gələn gün protezi 3 - 4 saat yenidən taxmaq
D) Protezi xaric etmək, sodalı məhlulla qarqara etmək və protezi yenidən taxmaq
E) Həkimə müraciət edənə qədər protezi ağız boşluğundan çıxarmamaq
1275) Selikli qişanın zədələnəsində bazisin hansı hissəsinin səbəb olduğunu müəyyən etmək üçün istifadə olunur: A) Kopiya kağız
B) Talk
C) Kimyəvi qələm, gips, sulu dentin poroşoku, müxtəlif xüsusi rəngli mayelər
D) Fosfat - sementin tozu
E) Kraxmal,fosfat- sement tozu,
1276) Lövhəli protezlərin istifadə müddəti neçə il nəzərdə tutulub? A) 2 - 3
B) 0, 5 - 1
C) 5 - 6
D) 7 - 8
E) 10
1277) Lövhəli protezləri hazırlayarkən hansı növ dişlərdən istifadə olunur? A) Qızıl
B) Titan
C) Metalkeramik
D) Metalplastmas
E) Plastmas, çini, kompozit
1278) Protezin mum konstruksiyasının yoxlanılmasının ardıcıllığı: A) Dişlərin düzülməsinin yoxlanılması, modellərin yoxlanılması, mum
konstruksiyasının ağız boşluğunda yoxlanılması
B) Protez konstruksiyasının ağız boşluğunda yoxlanılması
C) Okklüdator və ya artikulyatorda dişlərin düzülməsinin yoxlanılması, modellərin
yoxlanılması, mum konstruksiyasının ağız boşluğunda yoxlanılması