1279) Tam protezləri hazırladıqda modeldə olan hava məsamələri, çat, sınıq və s. olduqda hansı taktika seçilməlidir? A) Hər hansı bir qüsur olarsa onları modellərin üzərində aradan qaldırmaq lazımdır
B) Modeldə qüsurlar olarsa, onlar okklüdatordan çıxarılmalıdır, qüsurlar yerindəcə
bərpa olunmalıdır və yenidən okklüdatora gipslənməlidir
C) Modeldə qüsurlar aşkar edildikdə çənələrdən yeni ölçülər alınmalıdır
D) Modeldə aşkar edilən hava məsamələri gips ilə doldurulmalıdır
E) Modeldə sınıqlar aşkar edildikdə onlar mum vasitəsilə dəqiq yapışdırılmalıdır
1280) Kliniki mərhələdə mum protez konstruksiyasını yoxlayarkən xəstə çənəsini sola yönəldibsə, diş sırasının qapanma vəziyyətində xarakterik görünüş: A) Sol tərəfdə çeynəmə dişlər arasında qabar - qabar münasibəti, sağ tərəfdə çeynəmə
dişlər arasında məsafə, dişləmin hündürlüyünün azalması
B) Dişləmin hündürlüyünün azalması aşağı çənədə mərkəzi xəttin yerdəyişməsi
C) Dişləmin hündürlüyünün normal olması, yuxarı və aşağı çənələrin mərkəzi
xəttlərinin yerdəyişməsi
D) Dişləmin hündürlüyünün azalması aşağı çənədə mərkəzi xəttin yerdəyişməsi
E) Sağ tərəfdə çeynəmə dişlər arasında qabar - qabar münasibəti, sol tərəfdə çeynəmə
dişlər arasında məsafə, üzün aşağı üçdə bir hissəsinin hündürlüyünün artması, aşağı
çənədə mərkəzi xəttin yerdəyişməsi
1281) Vaxtından əvvəl təmasda olan dişləri təyin etdikdə nə edilməlidir? A) Üst protez bazisindən vaxtından əvvəl təmas yaradan diş çıxarılmalı və düzgün
vəziyyətdə yenidən qoyulmalıdır
B) Çeynəmə dişləri arasında qabarlar yonulmalıdır
C) Artıq təmasda olan antoqonosit dişlərin biri çıxarılmalı və yerinə yeni diş
qoyulmalıdır
D) Premolyarlar arasında qabarlar yonulmalıdır
E) Surət çıxaran kağızın izi düşdüyü nahiyələr yonulmalıdır
1282) Yumşaq damaq nahiyəsində klapanın gücünün yoxlanılması necə aparılır? A) Yuxarı frontal dişlərin kəsici kənarlarına vestibulyar istiqamətdə təzyiq etməklə
B) Xəstənin ağzı açıq vəziyyətdə “ü” hərfini səsləndirməklə
C) Yuxarı protezin yan hissəsinə təzyiq etməklə
D) Yuxarı protezin bazisini aşağı dartmaqla
E) Yuxarı frontal dişlər nahiyəsindən bazisə təzyiq etməklə