182) Kulajenko sınağı nə məqsədlə aparılır?
A) Keçid pərdəsində damar divarı keçiriciliyini öyrənmək üçün
B) Retromolyar zonada damar divarı keçiriciliyini öyrənmək üçün
C) Parodontda damar divarının davamlılığını öyrənmək üçün
D) Diş ərpini aşkar etmək üçün
E) Dil altı nahiyədə damar divarı keçiriciliyini öyrənmək üçün
183) Parodontologiyada istifadə olunan funksional diaqnostika metodları
hansılardır?
A) Yalnız Polyaroqrafiya
B) Yalnız Reoqrafiya
C) Reoparodontoqrafiya, polyaroqrafiya
D) Reoparodontoqrafiya, osteometriya
E) Reoparodontoqrafiya, osteometriya, polyaroqrafiya, biomikroskopiya
184) Kataral gingivitin klinik əlamətləri hansılardır?
A) Diş əti qanaxmaları,sümüklərdə müşahidə olunan kəskin destruktiv dəyişikliklər
B) Dişlərin boynunda hiperesteziya, alveolarası çəpərin rezorbsiyası
C) Diş əti qanaxmaları,diş əti kənarının hiperemiyası,şişkinliyi,
D) Dişlərin boynunda hiperesteziya və onların pataloji laxlaması
E) Diş ərpinin olması,dərin patoloji diş əti cibləri
185) Hipertrofik gingivitin əsas klinik əlamətləri hansılardır?
A) Diş əti məməciklərinin böyüməsi, bərkləşməsi, toxunduqda qanaması
B) Yalançı diş əti ciblərinin olması
C) Diş əti məməciklərinin böyüməsi, ödemləşməsi, hiperemiyası, basdıqda qanaması,
zondlama zamanı ciblərin aşkarlanması
D) Diş əti məməciklərinin böyüməsi, göyümtül rəngə çalması, səthinin parlaq olması
və toxunduqda dərhal qanaması, basdıqda isə izlərin qalması
E) Toxunduqda qanama
186) Hipertrofik gingivitin fibroz formasının klinik əlamətləri hansılardır?
A) Dərin diş əti cibləri mövcud olur
B) Diş əti məməcikləri böyümüş, bərkimiş, iç səthində xoracıqlar olur, zondlama
zamanı yalançı diş əti cibləri aşkarlanır
C) Diş əti məməcikləri böyümüş, göyümtül rəngdə olur, toxunduqda qanayır
D) Qanaxmalar və termiki qıcıqlardan ağrılar
E) Diş əti məməcikləri göyümtül rəngdə, şişkin olur, toxunduqda qanayır, dişlər
üzərində çoxlu miqdarda diş ərpi və diş daşları təyin edilir
Dostları ilə paylaş: |