Stomatologiya ixtisası üzrə nümunəvi test sualları 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?


) Kəskin-xoralı gingivitin diferensial-diaqnostikasında ən vacib əlamətlər



Yüklə 4,01 Mb.
Pdf görüntüsü
səhifə26/186
tarix22.09.2023
ölçüsü4,01 Mb.
#146996
1   ...   22   23   24   25   26   27   28   29   ...   186
2020-03-16 12-28-22

187) Kəskin-xoralı gingivitin diferensial-diaqnostikasında ən vacib əlamətlər 
hansılardır?
A) Dərin diş əti ciblərinin mövcudluğu 


B) Diş əti kənarının yayılmış xoralaşması, məməciklərin zirvəsinin kəsilmiş görkəm 
alması, səthinin isə fibrinoz ərplə örtülməsi 
C) Diş əti məməciklərinin ağrıları, basdıqda qanaması, çoxlu miqdarda diş əti altı və 
diş əti üstü çöküntülər 
D) Diş əti məməciklərinin hiperemiyası, şişkinliyi, diş əti ciblərinin mövcudluğu, 
məməciklərin daxili səthlərində xoralaşmalar 
E) Toxunduqda qanaxmalar 
188) Yüngül dərəcəli parodontitin əsas klinik təzahürü necədir?
A) Şişkinlik, diş əti məməciklərinin hiperemiyası, toxunduqda qanaxmalar, diş əti 
ciblərinin olmaması, dişlərin laxlamaması 
B) Diş əti məməciklərinin qanaxmaları 
C) Diş əti məməciklərinin kəskin böyüməsi, göyümtül rəngə çalması, ağrılılıq, 
qanaxma, diş əti ciblərinin 8 mm-ə qədər dərinliyi, sümüyün diş kökünün yarısına 
qədər rezorbsiyası 
D) Şişkinlik, diş əti kənarının hiperemiyası, basdıqda qanama, 3-4 mm dərinlikdə diş 
əti cibləri, dişlərarası arakəsmələrin kompakt səthlərin rezorbsiyası 
E) Çoxlu miqdarda diş çöküntüləri 
189) Yüngül dərəcəli parodontitin rentgenoqrafik müayinəsinin göstəriciləri 
necə olur?
A) Alveolda sümük toxuması köklərin üçdəbirinədək rezorbsiyaya uğrayır 
B) Dişlərərası çəpərin zirvəsi və kompakt səthlərdə rezorbsiya aşkarlanır 
C) Alveol çıxıntısının sümük toxumasında dəyişiklik olmur 
D) Alveol çıxıntısında sümük toxuması köklərin yarısınadək rezorbsiyaya uğrayır 
E) Alveol sümüyündə osteoporz ocaqları qeydə alınır 
190) Yüngül dərəcəli parodontitdə patoloji diş əti cibi olurmu?
A) Olur, 6 mm dərinlikdə 
B) Xeyr 
C) Olur, 3-4 mm dərinlikdə 
D) Yalançı diş əti cibi olur 
E) Sümük cibləri olur 

Yüklə 4,01 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin