757) Çənəaltı ağız suyu vəzisində konkrementin diaqnostikası üçün daha çox
hansı müayinə metodu aparılır?
A) Çənəaltı ağız suyu vəzisinin rentgenoqrafiyası
B) Ortopantomoqrafiya
C) Alt çənə cisminin rentgenoqrafiyası
D) Çənəaltı ağız suyu vəzisinin tomoqrafiyasını
E) Ağız boşluğu dibinin ağızdaxili rentgenoqrafiyası
758) Ağız suyu vəzilərinin daşı xəstəliyi zamanı kontrast sialoqrafiya nə
məqsədlə istifadə olunur?
A) Diaqnozu dəqiqləşdirmək məqsədilə
B) İltihabın aradan qaldırılması məqsədilə
C) Daşın çıxarılması üçün
D) Axacağın genişləndirilməsi məqsədilə
E) Axacağın daralması məqsədi ilə
759) Ağız suyu vəzisinin daşı xəstəliyinin müalicəsinin əsas metodu hansıdır?
A) Kimyəvi müalicə
B) Hormonoterapiya
C) Cərrahi müalicə
D) Fizioterapiya
E) Autohemoterapiya
760) Ağız suyu vəzisinin daşı xəstəliyinin müalicəsinin əsas cərrahi metodu
hansıdır?
A) Yuxarıdakı variant üzrə boyun toxumasının futlyar-fassial yarılması
B) Vartonov axacağının yarılması
C) Konkrementin çıxarılması
D) Vəzin ekstirpasiyası
E) Çıxarıcı axacağın plastikası
761) Kalkulyoz sialoadenitin əmələ gəlməsinin əsas səbəbi nədir?
A) Sekretor funksiyanın aşağı düşməsi
B) Mineral mübadilənin pozulması
C) Olbrayt sindromu
D) Kəskin stomatit
E) Reflektor hipersalivasiya
Dostları ilə paylaş: