C) Boşluğun divarlarına yaxşı yapışmalı, pulpaya zərərli təsir göstərməməli, boşluğa
asan daxil edilib çıxarılmalı, sorulmamalı
D) Rentgenokontrast xüsusiyyətə malik olmalı
E) Rəngin sabitliyi, mexaniki və kimyəvi cəhətdən davamlı olmalı
140) Amalqamaların əsas çatışmayan cəhəti hansı hesab olunur?
A) Mikrocərəyan əmələ gətirməklə selik qişanın paresteziyasını törətməsi
B) Adgeziyanın olmaması, istilik keçirməsi və qızıl qapaqları korroziyaya uğratması
C) Selik qişanın potensial allergiyasını və mikrocərəyanlar əmələ gətirməklə
paresteziyasını törətməsi
D) Rütubətə yüksək həssas olması və həcmini dəyişməsi
E) Mexaniki və estetik çatışmazlıq yaratması
141) Sadalanan materiallardan hansı pulpaya daha çox qıcıqlandırıcı təsir
göstərir?
A) Evikrol
B) Silisin
C) Sinkpolikarboksilat sement
D) Epakril
E) Stomadent
142) Amalqamdan qoyulmuş plomb hansı müddətdən sonra işlənə (cilalana)
bilər?
A) 6 ay
B) 30 gün
C) 14 gün
D) 12 saat
E) 3-7 gün
Dostları ilə paylaş: