126) Nə üçün xroniki periodontitlərin müalicəsi zamanı fosfat-sementin zirvə
xaricinə yeridilməsi aktiv müalicə üsulu sayılmır?
A) Sümük toxumasının regenerasiyasını stimulyasiya etməsinə görə
B) Bakteriosid təsirə malik olduğuna görə
C) Kök kanallarının tam hermetikliyini təmin etmədiyinə görə
D) Prosesin kəskinləşməsinə səbəb olduğuna görə
E) Dişlərin rəngini dəyişdiyinə görə
127) Kanal doldurulduqdan bilavasitə sonra baş verən ağrıları aradan
qaldırmaq üçün ən yaxşı vasitə hansıdır?
A) Keçid pərdəyə lidokain blokadası
B) Diadinamik elektrik cərəyanı
C) Keçid pərdəyə hidrokortizon inyeksiyası
D) Dişin kökü səviyyəsində keçid pərdənin kəsilməsi
E) Antibiotiklərin inyeksiyası
128) Kanalı işləyərkən alət sındıqda ilk növbədə nə etməli?
A) Diş kökünü rezeksiya etməli
B) Pasientə bu barədə məlumat verməli
C) Diş çıxarılmalıdır
D) Alətin çıxarılmasına cəhd göstərməli
E) Dişi rentgenoqrafiya etməli
129) Kanalları doldurmaq üçün istifadə olunan materialların tərkibində ən çox
istifadə olunan komponentlər hansılardır?
A) Sink-oksid və evqenol
B) Sink oksid və ortofosfor turşusu
C) Sink oksid və antibiotiklər
D) Epoksid plastmasslar
E) Sink oksid və formokrezol
130) Xroniki periodontitin müalicəsinə başlayarkən sadalanan taktikalardan
Dostları ilə paylaş: