141) Pulpitin vital amputasiyası zamanı hansı pastadan istifadə edilir?
A) Tərkibində formalin olan pastalar
B) Sink-evgenol pastası (kalsium hidroksidlə)
C) Timol-evgenol
D) Tərkibində sulfanilamidlər olan pastalar
E) Timol, yodoform
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
142) Pulpanın tam ekstirpasiyasından sonra kök kanalını nə ilə doldurmaq məsləhətdir?
A) Kalsitlə
B) Fosfat sementlə
C) Sink-evgenol pastası ilə
D) Rezorsin-formalin pastası ilə
E) Endometazon ilə
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
143) Kök kanallarını doldurarkən kalsium pastanın tərkibinə kalsium-hidroksid nə məqsədlə qatılır?
A) Osteogenezi stimulyasiya etmək üçün
B) Rentgenokontrast olduğuna görə
C) İltihab əleyhinə təsirinə görə
D) Bioloji həmrəylik xüsusiyyətinə görə
E) Dentino-sementogenezi stimulyasiya etmək üçün
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
144) Tərkibində kalsium-hidroksid olan materiallar hansı hallarda işlədilir?
A) Ahıl yaşlarda periodontitlərdə
B) Pulpitdə kök pulpasını saxlamaq üçün
C) Kariesdə izolə edici ara qat kimi
D) Pulpitdə pulpanın devitalizasiyası məqsədilə
E) Parodont xəstəliklərində
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
145) Kök kanallarını doldurmaq üçün istifadə olunan materiallara olan ən vacib tələbat hansı hesab olunur?
A) Bioloji həmrəylik
B) Kanala asan daxil edilib çıxarılması
C) Plomblamanın germetikliyi
D) Osteo-dentino-sementogenezi stimulə xüsusiyyəti
E) Antimikrob aktivlik
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
146) Kök kanallarını doldurmaq üçün nəzərdə tutulan materiallardan hansı daha çox bioloji həmrəylik xüsusiyyətinə malikdir?
A) Evgedent
B) Rezorsin formalin pastası
C) Quttaperç ştiftlər
D) Sink-oksid-evgenol pastası
E) Endodent
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
147) Kök kanalını doldurmaq üçün istifadə olunan materiallardan hansı osteo-dentino-sementogenezi stimulə edir?
A) Endometazon
B) Sinkoksid-evgenol pastası
C) Evgedent
D) Kalsin
E) Endodent
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
148) İltihab əleyhinə (ödem əleyhinə) effekt almaq məqsədi ilə kanal doldurularkən pastaların tərkibinə nə əlavə edilir?
A) Sulfanilamid preparatları
B) Antibiotiklər
C) Antiseptiklər
D) Kalsium hidroksid
E) Hormonal preparatlar
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
149) Quttaperç ştiftlərlə işləyərkən kanalın germetikliyini təmin edən ən etibarlı metodika hansıdır?
A) Kanalın əvvəlcə endodontik alətlərlə işlənməsi, sonra pastanın, axırda isə ştiftin daxil edilməsi
B) Bərkiyən pastalarla plomblama
C) Vertikal kondensasiya
D) Plüqqer vasitəsi ilə ploblama
E) Ştiftin sadəcə daxil edilməsi
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Parodont xəstəlikləri: gingivit, parodontit, parodontoz
150) Alveolyar diş əti nədir?
A) Diş ətrafı diş əti
B) Diş əti məməciyi
C) Alveolyar çıxıntını örtən diş əti
D) Dişi əhatə edən diş əti
E) Keçid pərdənin selikli qişası
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
151) Marginal diş əti nədir?
A) Diş əti məməjiyi
B) Keçid pərdəsinin selikli qişası
C) Alveolyar çıxıntını örtən diş əti
D) Diş ətrafı diş əti
E) Dişi əhatə edən diş əti
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
152) Parodont nədir?
A) Diş, diş əti, periodont
B) Diş, periodont, alveol sümüyü
C) Diş əti, periodont, alveol sümüyü
D) Diş əti, periodont, kökün sementi
E) Alveol sümüküstlüyü, periodont
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
153) Normada hansı nahiyyənin epiteli buynuzlaşır?
A) Keçid pərdənin
B) Dodağın selikli qişasının
C) Diş əti yarığının
D) Yanağın selikli qişasının
E) Papilyar diş ətinin
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
154) İntakt parodontda diş əti şırımı necə müəyyən olunur?
A) Kliniki
B) Histoloji
C) İmmunoloji
D) Rentgenoloji
E) Mikrobioloji
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
155) Alveolyar diş əti nədən təşkil olunub?
A) Sümüküstlüyü və selikaltı qat
B) Epitel, xüsusi selikli qat və selikaltı qat
C) Sümüküstlüyü və xüsusi selikli qat
D) Epitel və sümüküstlüyü
E) Epitel və xüsusi selikli qat
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
156) İntakt parodontda parodontal yarıqda nə olur?
A) Qranulyasion toxuma
B) Mikrob assosiasiyası
C) Seroz ekssudat
D) İrinli ekssudat
E) Diş əti mayesi
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
157) Gingivit hansı tip xəstəlik hesab olunur?
A) İltihabi
B) Şişəbənzər
C) İltihabi-distrofik
D) Atrofik
E) Distrofik
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
158) PMA indeksi nəyin ağırlıq dərəcəsini göstərir?
A) Gingivitin
B) Parodontitin
C) Parodontozun
D) Kariesin
E) Flüorozun
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
159) Kataral gingivit hansı tip xəstəlik hesab olunur?
A) İltihabi
B) Distrofik
C) Şişəbənzər
D) Atrofik
E) İltihabi-distrofik
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
160) Gingivit zamanı kliniki baxımdan diş ətindəki ilkin kliniki iltihabi əlamətlər hansılardır?
A) Diş əti məməciklərinin deformasiyası
B) Diş əti məmciklərinin hipertrofiyası
C) Zondlama zamanı qanaxma
D) Diş əti cibinin 3 mm-ə qədər olması
E) Diş əti məməciklərinin atrofiyası
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
161) Yüngül dərəcəli kataral gingivitdə diş ətinin hansı hissəsi iltihablaşır?
A) Papilyar
B) Alveolyar, marginal və papilyar
C) Marginal və alveolyar
D) Alveolyar
E) Papilyar və marginal
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
162) Orta dərəcəli kataral gingivitdə diş ətinin hansı hissəsi iltihablaşır?
A) Papilyar və marginal
B) Marginal və alveolyar
C) Papilyar
D) Marginal və alveolyar
E) Alveolyar
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
163) Kataral gingivitin ağırlıq dərəcəsi hansı indeks vasitəsi ilə təyin olunur?
A) PMA
B) Qrin-vermilyon
C) Gigiyenik
D) Parodontal
E) CPİTN
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
164) Kataral gingivit zamanı diş əti mayesinin miqdarı necə dəyişir?
A) Diş əti mayesi olmur
B) Dəyişmir
C) Əvvəl azalır, sonrakı mərhələlərdə artır
D) Artır
E) Azalır
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
165) Diş ətinin resessiyası zamanı diş əti mayesinin miqdarı necə dəyişir?
A) Azalır
B) Diş əti mayesi olmur
C) Əvvəl azalır, sonrakı mərhələlərdə artır
D) Artır
E) Dəyişmir
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
166) Kataral gingivit nə ilə differensiasiya edilir?
A) Herpetik gingivostomatitlə
B) Parodontozla
C) Deskvamativ gingivitlə
D) Parodontitlə
E) Fibromatozla
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
167) Metronidazol preparatı etiotrop vasitə kimi nəyin müalicəsində tətbiq edilir?
A) Kataral gingivitin
B) Xoralı-nekrotik gingivitin
C) Hipertrofik gingivitin
D) Parodontozun
E) Deskvamativ gingivitin
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
168) Hipertrofik gingivitin fibroz forması nə ilə differensiasiya edilir?
A) Parodontitlə
B) Fibromatozla
C) Parodontozla
D) Kataral gingivitlə
E) Herpetik gingivostomatitlə
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
169) Hipertrofik gingivitin ödemli formasında hansı müalicə aparılır?
A) Loskut əməliyyatı
B) Desensibilizə edici
C) Gingivotomiya
D) Ödem əleyhinə
E) Gingivoektomiya
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
170) Hipertrofik gingivitin fibroz formasında aparılan cərrahi müalicə üsulu hansıdır?
A) Kriodestruksiya
B) Loskut əməliyyatı
C) Gingivotomiya
D) Küretac
E) Gingivoektomiya
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
171) Xoralı-nekrotik gingiviti nə törədir?
A) Spiroxetlər və fuzobakteriyalar
B) Fuzobakteriyalar və laktobasillər
C) Stafilokokklar və laktobasillər
D) Stafilokokklar və spiroxetlər
E) Streptokokklar və laktobasillər
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
172) Dişlər təmizləndikdən nə qədər sonra «erkən» diş ərpi əmələ gəlir?
A) 12 saat
B) 7-8 saat
C) 24 saat
D) 4-5 saat
E) 2 saat
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
173) «Dayanıqlı» diş ərpi hansı müddət ərzində əmələ gəlir?
A) 4-5 sutka ərzində
B) 6-7 sutka ərzində
C) 2-3 sutka ərzində
D) 1 aydan çox
E) 7 sutkadan çox
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
174) Parodont anlayışına daxil olan toxumalar kompleksi hansıdır?
A) Diş əti, dişin sement toxuması
B) Diş əti, sümüküstlüyü, sement toxuması
C) Diş əti, sümüküstlüyü, alveol sümüyü, periodont, diş toxumaları
D) Diş əti və dişin dairəvi bağı
E) Periodont, diş əti, sümüküstlüyü, diş
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
175) Parodontun funksiyaları hansılardır?
A) Baryer, trofik, reflektor, plastik, amortizə edici
B) Amortizə edici
C) Baryer, reflektor, plastik
D) Reflektor
E) Baryer, amartizə edici
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
176) Parodontun əsas funksiyası hansıdır?
A) Plastik
B) Amortizə edici
C) Baryer
D) Reseptor
E) Reflektor
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
177) Parodontun baryer funksiyası nəyin hesabına təmin olunur?
A) Çoxqatlı yastı epitelin və epiteldəki tosqun hüceyrələrin hesabına
B) Çoxqatlı yastı epitelin buynuzlaşması, diş ətinin turqoru, mukopolisaxaridlərin vəziyyəti, diş əti cibinin quruluş xüsusiyyəti və diş əti cibi mayesinin funksiyası, tüpürcəyin antibakterial funksiyası və tosqun hüceyrələrin mövcudluğu hesabına
C) Çoxqatlı yastı epitelin buynuzlaşması hesabına
D) Diş əti mayesinin və tüpürcəyin antibakterial funksiyası hesabına
E) Çoxlu sayda reseptorların mövcudluğu hesabına
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
178) Parodontun mikrosirkulyator strukturasının əsasını nə təşkil edir?
A) Kapillyarlar
B) Venoz damarlar
C) Prekapillyarlar, kapillyarlar, postkapillyarlar
D) Arteriolalar və venulalar
E) Arteriolalar, prekapillyarlar, kapillyarlar, postkapillyarlar, venulalar
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
179) Parodontun innervasiyası nə ilə təmin olunur?
A) Üçlü sinirin birinci şaxəsi ilə
B) Üçlü sinirin bütün üç şaxəsi ilə
C) Üz siniri ilə
D) Üçlü sinirin ikinji və üçüncü şaxəsinin diş kələfləri ilə
E) Üçlü sinirin ikinci şaxəsi ilə
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
180) Parodont xəstəliklərinin etiologiyasında həlledici faktorlar hansılardır?
A) Travmatik okklyuziya
B) Orqanizmin reaktivliyinin dəyişməsi
C) Diş ərpindəki mikroorqanizmlər
D) Mikroorqanizmlər və onların diş ərpində həyata keçirdiyi mübadilənin məhsulları; mikroorqanizmlərin təsirini artırıb azalda bilən ağız boşluğu faktorları; ağız boşluğu toxumalarında metabolizmi tənzimləyən ümumi faktorlar
E) İrsi faktorlar
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
181) Diş ətinin tərkibi nədir?
A) Diş ərpi üzvi komponentlərdən ibarətdir
B) Diş ərpi tüpürcək elementlərindən ibarətdir
C) Diş ərpi mikroorqanizmlərin cəmləşməsidir
D) Diş ərpi karbohidratlar və lipidlərdən ibarətdir
E) Diş ərpi hüceyrələr arası matriksdən (polisaxaridlər, proteinlər, lipidlər, qeyri-üzvi komponentlər) və ona daxil olan mikroorqanizmlərdən, epitelial hüceyrələrdən, leykositlərdən, makrofaqlardan ibarətdir
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
182) Parodontun iltihabi və distrofik xəstəlikləri (parodontit və parodontoz) arasında fərq varmı?
A) Fərq yalnız başlanğıc mərhələdə olur. İnkişaf etmiş mərhələlərində bu iki xəstəlik bir-birindən fərqlənmir
B) Xeyr, bu ancaq çənələrdə gedən eyni distrofik prosesin müxtəlif formalarıdır
C) Parodontoz parodontitdən əvvəl baş verir
D) Bunlar tamamilə müxtəlif xəstəliklərdir
E) İltihabi proses distrofikdən əvvəl baş verir
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
183) Parodont xəstəliklərinin inkişafında ən əlverişsiz hansı hesab olunur?
A) Çəp dişləm
B) Distal dişləm
C) Dərin dişləm
D) Açıq dişləm
E) Düz dişləm
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
184) Şiller-Pisarev sınağı nə məqsədlə aparılır?
A) Dişlərin gigiyenik vəziyyətini təyin etmək üçün
B) Diş əti cibində irini təyin etmək üçün
C) Diş ərpini aşkarlamaq üçün
D) Diş ətinin iltihabının dərəcəsini öyrənmək üçün
E) Diş əti cibi daxilindəki xoracıqların aşkarlanması üçün
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
185) Kulacenko sınağı nə məqsədlə aparılır?
A) Parodont damarları divarlarının davamlılığını öyrənmək üçün
B) Damar divarı keçiriciliüinin vəziyyətini öyrənmək üçün
C) Diş ərpini aşkar etmək üçün
D) Parodontun baryer imkanlarını təyin etmək üçün
E) Diş ətində iltihabi dəyişiklikləri aşkar etmək üçün
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
186) Parodontologiyada istifadə olunan funksional diaqnostika metodları hansılardır?
A) Reoqrafiya
B) Polyaroqrafiya
C) Reoparodontoqrafiya, osteometriya
D) Reoparodontoqrafiya, osteometriya, polyaroqrafiya, biomikroskopiya
E) Reoparodontoqrafiya, polyaroqrafiya
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
187) Kataral gingivitin klinik əlamətləri hansılardır?
A) Diş əti qanaxmaları
B) Şişkinlik və diş əti kənarının, dişlərarası məməciklərin hiperemiyası, diş əti qanaxmaları, patoloji diş əti cibinin olmaması
C) Diş əti qanaxmaları, dişlərin boynunda hiperesteziya
D) Diş ərpinin olması, diş əti qanaxmaları
E) Dişlərin boynunda hiperesteziya
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
188) Hipertrofik gingivitin şişkin formasının əsas klinik əlamətləri hansılardır?
A) Diş əti məməciklərinin böyüməsi, ödemləşməsi, hiperemiyası, basdıqda qanaması, zondlama zamanı ciblərin aşkarlanması
B) Diş əti məməciklərinin böyüməsi, göyümtül rəngə çalması, səthinin parlaq olması və toxunduqda dərhal qanaması, basdıqda isə izlərin qalması
C) Diş əti məməciklərinin böyüməsi, bərkləşməsi, toxunduqda qanaması
D) Yalançı diş əti ciblərinin olması
E) Toxunduqda qanama
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
189) Hipertrofik gingivitin fibroz formasının klinik əlamətləri hansılardır?
A) Dərin diş əti cibləri mövcud olur
B) Diş əti məməcikləri göyümtül rəngdə, şişkin olur, toxunduqda qanayır, dişlər üzərində çoxlu miqdarda diş ərpi və diş daşları təyin edilir
C) Diş əti məməcikləri böyümüş, bərkimiş, iç səthində xoracıqlar olur, zondlama zamanı yalançı diş əti cibləri aşkarlanır
D) Diş əti məməcikləri böyümüş, göyümtül rəngdə olur, toxunduqda qanayır
E) Qanaxmalar və termiki qıcıqlardan ağrılar
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
190) Kəskin-xoralı gingivitin differensial-diaqnostikasında ən vacib əlamətlər hansılardır?
A) Diş əti məməciklərinin hiperemiyası, şişkinliyi, diş əti ciblərinin mövcudluğu, məməciklərin daxili səthlərində xoralaşmalar
B) Diş əti kənarının yayılmış xoralaşması, məməciklərin zirvəsinin kəsilmiş görkəm alması, səthinin isə fibrinoz ərplə örtülməsi
C) Diş əti məməciklərinin ağrıları, basdıqda qanaması, çoxlu miqdarda diş əti altı və diş əti üstü çöküntülər
D) Toxunduqda qanaxmalar
E) Dərin diş əti ciblərinin mövcudluğu
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
191) Yüngül dərəcəli parodontitin əsas klinik təzahürü necədir?
A) Diş əti məməciklərinin qanaxmaları
B) Şişkinlik, diş əti məməciklərinin hiperemiyası, toxunduqda qanaxmalar, diş əti ciblərinin olmaması, dişlərin laxlamaması
C) Diş əti məməciklərinin kəskin böyüməsi, göyümtül rəngə çalması, ağrılılıq, qanaxma, diş əti ciblərinin 8 mm-ə qədər dərinliyi, sümüyün diş kökünün yarısına qədər rezorbsiyası
D) Çoxlu miqdarda diş çöküntüləri
E) Şişkinlik, diş əti kənarının hiperemiyası, basdıqda qanama, 3-4 mm dərinlikdə diş əti cibləri, dişlərarası arakəsmələrin kompakt səfhələrinin rezorbsiyası
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
192) Yüngül dərəcəli parodontitin rentgenoqrafik müayinəsinin göstəriciləri necə olur?
A) Alveol çıxıntısında sümük toxuması köklərin yarısınadək rezorbsiyaya uğrayır
B) Alveol çıxıntısının sümük toxumasında dəyişinlik olmur
C) Alveol sümüyündə osteoporz ocaqları qeydə alınır
D) Diş yuvalarında kortikal səfhələr qalması
E) Dişlərərası çəpərin zirvəsi və kompakt səfhələrdə rezorbsiya aşkarlanır
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
193) Yüngül dərəcəli parodontitdə patoloji diş əti cibi olurmu?
A) Olur, 6 mm-ədək dərinlikdə
B) Olur, 3-4 mm dərinlikdə
C) Sümük cibləri olur
D) Yalançı diş əti cibi olur
E) Xeyr
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
194) Orta ağırlıq dərəcəli parodontitlərdə diş əti cibinin dərinliyi nə qədər olur?
A) Ciblər olmur
B) 8 mm-dən çox
C) 5-7 mm
D) 5 mm-ə qədər
E) Yalançı diş əti cibi olur
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
195) Orta ağırlıq dərəcəli parodontitlərdə dişlərin laxlaması necə olur?
A) I-II dərəcəli
B) II-III dərəcəli
C) I dərəcəli
D) Dişlər laxlamır
E) Dişlər travmatik okklyüziya olduğu halda laxlayır
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
196) Ağır dərəcəli parodontitlərdə diş əti cibinin dərinliyi nə qədər olur?
A) 6 mm-ə qədər
B) 6 mm-dən çox
C) Ciblər olmur
D) 3-4 mm
E) 2,5 mm-ə qədər
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
197) Ağır dərəcəli parodontitlərdə dişlərin laxlaması necə olur?
A) Laxlama ancaq həddən artıq təzyiq olduqda baş verir
B) I-II dərəcəli
C) Laxlama olmur
D) Laxlama ancaq çənənin bəzi nahiyyələrində olur
E) II-III dərəcəli
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
198) Parodontun idiopatik xəstəliklərinə hansılar aiddir?
A) Gingivit, parodontit
B) Papiyon-Lefevr sindromu, X-histositozlar, neytropeniya, aqammaqlobulinemiya
C) Neytropeniya, X-histositozlar, gingivitlər, parodontomalar
D) Parodontoz, parodontit
E) Neytropeniya, aqammaqlobulinemiya, epulis, diş ətinin fibromatozu
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
199) Xronik kataral gingivitlərin müalicəsində antimikrob preparat kimi nədən istifadə edilə bilər?
A) Zəif antiseptik məhlullarla applikasiya, trixopolla sarğı, heparin, dibunol, hidrokortizon məlhəmləri, sklerozlaşdırıjı preparatlar
B) Antiseptik məhlullar, fermentlər, trixopol, sarğının tərkibində biseptol
C) Antibiotik və fermentlər
D) Keratolitik preparatlar
E) Turşular, yandırıcı preparatlar, spirtli məhlullar
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
200) Applikasiya məqsədi ilə medikamentoz sarğılar diş əti üzərinə hansı müddətə qoyulur?
A) Sarğı kimi yox, diş əti məməciyinə inyeksiya edilir
B) 20 dəqiqəyə
C) 5 dəqiqəyə
D) 2 saata
E) 6 saata
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
201) Kəskin xoralı gingivitlər zamanı daxilə nə təyin edilir?
A) Antibiotiklər, ağrıkəsicilər, vitaminlər
B) Ümumi müalicə təyin olunmur
C) Sulfanilamidlər, antibiotiklər, vitaminlər
D) Metranidazol, desensibilizatorlar, vitaminlər
E) Ağrıkəsicilər
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
202) Ağız boşluğunu yaxalamaq üçün təyin edilən xlorheksidinin konsentrasiyası neçə olmalıdır?
A) 0,05%
B) 0,5%
C) 0,1%
D) 2%
E) 0,01%
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
203) Parodont xəstəliklərində aparılan seçmə cilalama nə məqsəd daşıyır?
A) Travmatik dişləmə səbəb olan erkən okklyüzion kontaktları aradan qaldırmaq
B) İltihabi prosesi aradan qaldırmaq
C) Dişlərin anatomik formasını bərpa etmək
D) Estetik göstərişlər
E) Dişləmi normallaşdırmaq
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
204) Parodont xəstəliklərinin profilaktikası məqsədi ilə dişlər hansı qaydada təmizlənməlidir?
A) 3-5 dəfə
B) Gündə 3 dəfə
C) Gündə 1 dəfə səhər
D) Gündə 2 dəfə – səhər və axşam
E) Gündə 1 dəfə axşam
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
205) Dişləri təmizləmək üçün hansı fırça tövsiyyə olunur?
A) Tükləri cod olan fırça
B) Təbii tük örtüyünə malik
C) Tükləri yumşaq olan fırça
D) Fərqi yoxdur
E) Süni tük örtüklü
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
206) Nəzərəçarpacaq iltihabın əlaməti nə hesab olunur?
A) Turqorun pozulması
B) Öz-özünə qanaxmalar
C) Şişkinlik
D) Diş ətinin retraksiyası
E) Kontakt zamanı baş verən qanaxmalar
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |