Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri



Yüklə 1.41 Mb.
səhifə1/15
tarix24.11.2016
ölçüsü1.41 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15
Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu

Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri

1) Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?

A) Müvəqqəti

B) Daimi-çeynəmə dişləri

C) Daimi


D) Müvəqqəti və daimi

E) Daimi-frontal dişlər


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
2) Daimi dişlərin sistem hipoplaziyası nəyin nəticəsində baş verir?

A) İçməli suyun tərkibində ftorun miqdarının az olmasının

B) İçməli suyun tərkibində mikroelementlərin olmamasının

C) Genetik faktorların

D) Hamiləlik dövründə ananın keçirdiyi xəstəliklərin

E) Anadan olduqdan sonra uşağın keçirdiyi xəstəliklərin


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
3) Hetçinson, Furnye və Pflyüger dişləri hansı xəstəliyin növləridir?

A) Endemik flüorozun

B) İçməli suyun tərkibində mikroelementlərin olmamasının

C) Endemik zobun

D) Sistem hipoplaziyanın

E) Yerli hipoplaziyanın


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
4) Hetçinson, Furnye və Pflyüger dişlərində patoloji proses hansı nahiyyəni əhatə edir?

A) Mina və dentini

B) Sementi və dentini

C) Minanı

D) Dentini

E) Sementi


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
5) Hansı yaşda uşaqlarda tetrasklin cərgəsindən olan preparatlar təyin etmək məsləhət deyil?

A) 6 aydan-1 yaşadək

B) 1 yaşdan-6 yaşadək

C) 1 yaşdan-2 yaşadək

D) 6 aydan-12 yaşadək

E) 6 yaşdan-12 yaşadək


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
6) Flüoroz zamanı baş verən patoloji dəyişikliklər hansı hüceyrələrin funksional dəyişikliyi nəticəsində yaranır?

A) Osteoklastların

B) Odontoblastların

C) Osteoblastların

D) Sementoblastların

E) Ameloblastların


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
7) Flüorozda dişlərin zədələnməsini hansı qrup xəstəliklərə aid edirlər?

A) Yerli xəstəliklərə

B) Peşə xəstəliklərinə

C) Sistem xəstəliklərinə

D) İnfeksion xəstəliklərə

E) Genetik xəstəliklərə


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
8) Flüorozun differensial diaqnostikası üçün əlavə hansı metoddan istifadə olunur?

A) Sitoloji metoddan

B) Stomatoskopiyadan

C) Vital rəngləmədən

D) Rentgenoloji müayinədən

E) Dişin EOD-dan


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
9) Flüorozun profilaktikası hansı yaşadək aparılır?

A) 5-6 yaşadək

B) 12-14 yaşadək

C) 8-10 yaşadək

D) 10-12 yaşadək

E) 6-8 yaşadək


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
10) Dişin sərt toxumalarının oval formalı zədələnməsi hansı xəstəlik üçün xarakterikdir?

A) Mərmər xəstəliyi üçün

B) Pazvari qüsur üçün

C) Hipoplaziya üçün

D) Minanın erroziyası üçün

E) Flüoroz üçün


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
11) Dişin sərt toxumalarının erroziyası hansı toxumaları zədələyir?

A) Ancaq minanı

B) Ancaq dentini

C) Ancaq sementi

D) Sement və dentini

E) Mina və dentini


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
12) Patoloji sürtünmə zamanı qüsurlar dişin hansı səthində yerləşirlər?

A) Vestibulyar və kəsici

B) Vestibulyar və çeynəmə

C) Aproksimal

D) Kəsici və çeynəmə

E) Çeynəmə və dil


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
13) Pazvari qüsurun klinik simptomu hansıdır?

A) Diş ətinə yaxın sahədə əmələ gəlmiş şırım şəkilli qüsur

B) Dişin kəsici kənarının və qabarcıqlarının qüsuru

C) Dişin boyun nahiyyəsində pazvari qüsurun olması

D) Dişlərin vestibulyar səthində oval şəkilli qüsurun əmələ gəlməsi

E) Dişin formasının dəyişməsi


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
14) Kökü formalaşmamış dişlərin sınığı baş verdikdə hansı əməliyyat həyata keçirilir?

A) Vital ekstripasiya

B) Vital amputasiya

C) Devital amputasiya

D) Devital ekstripasiya

E) Diş çəkilir


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
15) Süd dişlərinin sancılmış sınığı zamanı hansı əməliyyat məqbul sayılır?

A) Şinalama

B) Replantasiya

C) Dişin çəkilməsi

D) EOD ilə kontrol

E) Depulpasiya


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
16) Dişin sərt toxumalarının patologiyalarından hansı onların inkişafı dövründə baş verir?

A) Minanın hipoplaziya və hiperplaziyisı, dişlərin flüorozu

B) Dişlərin erroziyası

C) Dişlərin inkişafının irsi patologiyaları

D) Pazvari qüsur

E) Turşuların təsirindən baş verən nekroz


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
17) Dişlərin çıxmasından sonra hansı qeyri-karies xəstəliyə daha tez-tez rast gəlinir?

A) Minanın hipoplaziyası

B) Hiperplaziya

C) Dişlərin irsi patologiyaları

D) Travma, dişlərin erroziyası, pazvari qüsur

E) Dişlərin flüorozu


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
18) Hipoplaziyanı törədən səbəblər hansıdır?

A) Erkən uşaq yaşlarında baş verən və maddələr mübadiləsi pozğunluqları ilə müşayiət olunnan xəstəliklər

B) İçməli suyun tərkibindəki ftorun miqdarının az olması

C) Natamam osteogenez

D) Travma nəticəsində follikulanın infeksiyalaşması

E) Naməlum səbəblər


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
19) Hipoplaziyaya xas olan şikayətlər hansıdır?

A) Dişin rənginin və formasının dəyişməsi

B) Gecə ağrıları

C) Həssaslığın artması

D) Minanın yeyilməsi

E) Şikayətlərin olmaması


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
20) Klinik əlamətlərinə görə hipoplaziyaya oxşar xəstəliklər hansılardır?

A) Hiperplaziya

B) Dişlərin inkişafının irsi patologiyaları

C) Dişlərin flüorozu

D) Karies

E) Dişin sərt toxumalarının nekrozu


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
21) Dişlərin flüorozu hansı səbəbdən doğur?

A) Erkən və uşaq yaşlarda maddələr mübadiləsinin pozulması ilə müşayiət olunan xəstəliklər nəticəsində

B) Natamam osteogenez

C) Ftor tərkibli preparatlardan həddən çox istifadə etdikdə

D) İçməli suda ftorun miqdarı 1mq/l-dən çox olduqda

E) Naməlum səbəbdən


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
22) Flüorozun xarakterik klinik forması hansıdır?

A) Şırımlı

B) Destruktiv

C) Ştrixli

D) Ləkəli

E) Çilli-təbaşir


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
23) Flüorozun tipik lokalizasiya zonaları hara hesab olunur?

A) Fissurlar və təbii çökəkliklər

B) Dişlərin boynu

C) Bütün dişlərin sərt toxumaları

D) Bütün dişlərin vestibulyar səthinin minası

E) Kəsici və köpək dişlərin vestibulyar səthi


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
24) Flüoroz zamanı xarakterik şikayət hansı hesab olunur?

A) Dişlərin laxlaması

B) Minada qüsurların əmələ gəlməsi

C) Dişlərin yeyilməsi

D) Dişlərin rənginin dəyişməsi

E) Həssaslığın artması


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
25) Flüorozun ləkəli forması hipoplaziyanın anoloji formasından nə ilə fərqlənir?

A) Əsasən daimi dişlər zədələnir

B) Dişlərdə çoxsaylı ləkələr əmələ gəlir

C) İçməli suda ftorun miqdarı çox olan bölgələrdə baş verir

D) Kariesə xas olmayan lokalizasiya

E) Dişlər çıxmamışdan əmələ gəlir


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
26) Pazvari qüsurun əmələ gəlməsinin ehtimal olunan səbəbi hansıdır?

A) Qalxanvari vəzin disfunksiyası

B) Mexaniki təsirlər

C) Çox miqdarda sitruslar və onların şirələrinin qəbul edilməsi

D) Diş əti kənarının degenerasiyası nəticəsində diş toxumalarının trofikasının pozulması

E) Parodont xəstəlikləri zamanı diş köklərinin açılması


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
27) Sadalanan simptomlardan hansı dişlərin patoloji sürtünməsi üçün xarakterik deyil?

A) Hiperesteziya

B) Estetik çatmamazlıq

C) Dişlərin hündürlüyünün azalması

D) Gicgah-aşağı çənə oynağında ağrıları

E) Öz-özünə baş verən gecə ağrıları


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004

Dişlərin kariesi

28) Dişlərin kariesi zamanı aşağıdakı faktorlardan hansı aqressiv xarakter daşıyır?

A) Ağız boşluğunun mikroorqanizmləri, diş ərpi və karbohidratlar

B) Kifayət qədər qidalanmamaq

C) Orqanizmdə gedən mübadilə pozğunluğu

D) Dişin zülal strukturunun zədələnməsinə səbəb olan karbohidrat mübadiləsinin pozulması

E) Zülal mübadiləsinin pozulması (dişin sərt toxumalarının zülal matrisasının zədələnməsi)


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
29) Hidroksiapatitin kimyəvi formulu necədir?

A) Ca2(PO2)2(OH)2

B) Ca4(PO4)4(OH)2

C) Ca10(PO4)6(OH)2

D) CaHPOH4

E) Ca10(PO4)8(OH)2


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
30) Dişin sərt toxumalarında kalsium-fosfor nisbəti necədir?

A) 1,67


B) 1,3

C) 1,5


D) 2,0

E) 2,1
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004


31) Minanın keçiriciliyi nə zaman artır?

A) Patoloji sürtünmə zamanı

B) Hipoplaziya zamanı

C) Minanın erroziyası zamanı

D) Flüoroz zamanı

E) Ağ ləkə mərhələsində


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
32) Ağız suyunda pH aşağı düşdükdə hidrokiapatitin həll olması necə olur?

A) Dəyişmir

B) Azalır

C) Əvvəl artıb, sonradan azalır

D) Artır

E) Əvvəl azalıb, sonradan artır


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
33) Kariesin ləkə mərhələsinin diaqnostikası üçün hansı metod daha məqbul hesab olunur?

A) Lüminestent stomatoskopiya və vital rəngləmə

B) Rentgenoqrafiya və termodiaqnostika

C) Rentgenoqrafiya və EOD

D) Termodiaqnostika və lüminestent stomatoskopiya

E) Vital rəngləmə və EOD


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
34) Vital rəngləmə metodu ilə hansı xəstəlik zamanı minanın demineralizasiyası aşkarlanır?

A) Kariesin ağ ləkə mərhələsi

B) Hipoplaziya

C) Kariesin piqmentli ləkə mərhələsi

D) Pazvari qüsur

E) Minanın erroziyası


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
35) Kariesin diaqnostikası məqsədi ilə vital rəngləmə zamanı nədən istifadə edilir?

A) Eritrozindən

B) Fuksindən

C) Pisarev-Şiller məhlulundan

D) Kalium-yoddan

E) Metilen abısından


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
36) Kariesin ləkə mərhələsində minanın mikrobərkliyi necə dəyişir?

A) Artır


B) Dəyişmir

C) Əvvəl artıb, sonradan azalır

D) Azalır

E) Əvvəl azalıb, sonradan artır


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
37) Кariesin ləkə mərhələsində zədə nahiyyəsində kalsiumun miqdarı necə dəyişir?

A) Əvvəl аzalıb, sоnrаdаn аrtır

B) Əvvəl аrtıb, sоnrаdаn аzаlır

C) Azalır

D) Dəyişmir

E) Artır
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004


38) Kariesin ağ ləkə mərhələsində zədə nahiyyəsində fosforun miqdarı necə dəyişir?

A) Əvvəl аrtıb, sоnrаdаn аzаlır

B) Artır

C) Əvvəl аzаlıb, sоnrаdаn аrtır

D) Azalır

E) Dəyişmir


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
39) Kariesin ağ ləkə mərhələsində zədə nahiyyəsində ftorun miqdarı necə dəyişir?

A) Dəyişmir

B) Əvvəl аzаlıb, sоnrаdаn аrtır

C) Əvvəl аrtıb, sоnrаdаn аzаlır

D) Artır

E) Azalır


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
40) Kariesin ağ ləkə mərhələsində zədə ocağında proteinin miqdarı necə dəyişir?

A) Artır


B) Əvvəl azalıb, sonradan artır

C) Azalır

D) Dəyişmir

E) Əvvəl artıb, sonradan azalır


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
41) Kariesin müxtəlif mərhələləri üçün hansı ağrılar xarakterikdir?

A) Qıcıqlanma aradan qaldırıldıqdan sonra da davam edən ağrılar

B) Ancaq qıcıqlanmanın təsirindən baş verən ağrılar

C) Gecələr baş verən uzunmüddətli ağrılar

D) Səbəbsiz baş verən uzun müddətli ağrılar

E) Səbəbsiz baş verən qısamüddətli ağrılar


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
42) Ortofosfor turşusu minanın keçiriciliyinə necə təsir göstərir?

A) Dəyişmir

B) Əvvəl azaldıb, sonradan artırır

C) Azaldır

D) Artırır

E) Əvvəl artırıb, sonradan azaldır


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
43) Natrium-ftorid minanın keçiriciliyinə necə təsir göstərir?

A) Dəyişmir

B) Əvvəl artırıb, sonradan azaldır

C) Artırır

D) Əvvəl azaldıb, sonradan artırır

E) Azaldır


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
44) Fizioloji məhlul minanın keçiriciliyinə necə təsir göstərir?

A) Azaldır

B) Artırır

C) Əvvəl artırıb, sonradan azaldır

D) Əvvəl azaldıb, sonradan artırır

E) Dəyişmir


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
45) Süd turşusu minanın keçiriciliyinə necə təsir göstərir?

A) Azaldır

B) Artırır

C) Əvvəl artırıb, sonradan azaldır

D) Əvvəl azaldıb, sonradan artırır

E) Dəyişmir


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
46) Kalsium-qlükonat məhlulu minanın keçiriciliyinə necə təsir göstərir?

A) Dəyişmir

B) Artırır

C) Əvvəl azaldıb, sonradan artırır

D) Əvvəl artırıb, sonradan azaldır

E) Azaldır


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
47) Remineralizasiya prosesi minanın nəyini təmin edir?

A) Mikrobərkliyini

B) Keçiriciliyini

C) Şəffaflığını

D) Həll olmasını

E) Rəngini


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
48) “Remodent” məhlulu minanın keçiriciliyinə necə təsir göstərir?

A) Əvvəl azaldıb, sonradan artırır

B) Artırır

C) Azaldır

D) Dəyişmir

E) Əvvəl artırıb, sonradan azaldır


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
49) Remineralizə edici terapiyada demineralizasiya ocağına hansı maddələr daxil olur?

A) Turşular

B) Qələvilər

C) Üzvi birləşmələr

D) Duzlar

E) Minerallar


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
50) Səthi kariesdə boşluq hansı toxumaları əhatə edir?

A) Minanı

B) Sement, dentin və predentini

C) Mina, dentin və predentini

D) Sement və dentini

E) Mina və dentini


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
51) Orta kariesdə boşluq hansı həddə yerləşir?

A) Mina və dentin

B) Sement və dentin

C) Mina, dentin və predentin

D) Sement, dentin və predentin

E) Mina
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004


52) Dərin kariesdə boşluq hansı həddə yerləşir?

A) Mina


B) Sement və dentin

C) Sement, dentin və predentin

D) Mina və dentin

E) Mina, dentin və predentin


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
53) Hansı xəstəliyin profilaktikasında hermetiklərdən istifadə edirlər?

A) Kariesin

B) Pazvari qüsurun

C) Flüorozun

D) Patoloji sürtünmənin

E) Hipoplaziyanın


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
54) Frontal dişlərin restavrasiyası üçün nədən istifadə edirlər?

A) Amalqamdan

B) Mikrohissəcikli kompozitlərdən

C) Plastmasdan

D) Dentin-pastadan

E) Fosfat-sementdən


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
55) Kompozision materiallarla plomblamadan qabaq diş minası hansı turşu ilə aşılanır?

A) Nitrat turşusu ilə

B) Flüorit turşusu ilə

C) Xlorid turşusu ilə

D) Sulfat turşusu ilə

E) Ortafosfor turşusu ilə


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
56) Estetik restavrasiya zamanı plombun rəngi hansı şəraitdə seçilir?

A) Təbii işıqda, diş səthinin yaş vəziyyətində

B) Qaranlıqda, diş səthinin yaş vəziyyətində

C) Süni işıqda, diş səthi turşu ilə aşılandıqdan sonra

D) Təbii işıqda, diş səthinin quru vəziyyətində

E) Qaranlıqda, diş səthi qurudulmuş halda


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
57) Plomblamanın sendviç texnikası üçün hansı materialların qarşılıqlı tandemindən istifadə olunur?

A) Fosfat-sement və amalqam

B) Fosfan-sement və kompozit

C) Apeksit və dentin-pasta

D) Şüşə-ionomer sement və kompozit

E) Apeksit və fosfat-sement


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
58) Blekə görə II sinif karies boşluqlarını plomblayarkən hansı tipli təmas yaradılır?

A) Səth şəkilli təmas

B) Pilləvari təmas

C) Xətvari təmas

D) Nöqtə şəkilli təmas

E) Dairə şəkilli təmas


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
59) Sadalanan faktorlardan hansı karioz prosesə qarşı orqanizmin rezistentliyini aşağı salır?

A) İçməli suyun tərkibindəki ftorun kifayət qədər olmaması

B) Qidanın tərkibindəki karbohidratlar

C) İçməli suyun tərkibində ftorun normadan artıq olması

D) Orqanizmdə mübadilə proseslərinin requlyasiyasının pozulması ilə müşayət olunan xəstəliklər

E) Diş çöküntüləri


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
60) Sadalanan faktorlardan hansılar kariesə qarşı rezistentliyə təsir göstərir və eyni zamanda aqressiv xarakter daşıyır?

A) Stress

B) Diş ərpi

C) Mübadilə proseslərinin neyroreflektor, hormonal və humoral requlyasiyasının pozulması ilə müşayiət olunan ümumi xəstəliklər

D) Ağız boşluğunun mikroorqanizmləri

E) İçməli suyun tərkibindəki ftorun miqdarı


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004

Pulpitlər

61) Xroniki qanqrenoz pulpit nə ilə differensiasiya edilmir?

A) Xroniki fibroz pulpit ilə

B) Minanın erroziyası ilə

C) Xroniki qranulə edici periodontitlə

D) Xroniki fibroz periodontit ilə

E) Xroniki qranulomatoz periodontit ilə


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
62) Xroniki qanqrenoz pulpit zamanı pulpanın elektrik qıcıqlanması hansı həddə olur?

A) 50-80 mkA

B) 20-40 mkA

C) 2-6 mkA

D) 100-200 mkA

E) 1-2 mkA


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
63) 27-ci dişin pulpitini müalicə edərkən mərgümüş pastası hansı müddətə qoyulur?

A) 24 saata

B) 3 saata

C) 36 saata

D) 48 saata

E) 72 saata


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
64) Kəskin ümumi pulpit zamanı EOD-nın göstəricisi hansı intervalda olur?

A) 150-200 mkA

B) 20-40 mkA

C) 100-150 mkA

D) 60 mkA

E) 2-6 mkA


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
65) 16, 26, 36 və 46 dişlərdə adətən neçə kök kanalı olur?

A) Bir


B) Beş

C) İki


D) Üç

E) Dörd
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004


66) Kök kanalından pulpa nə ilə xaric edilir?

A) Kanaldoldurucu ilə

B) Pulpoekstraktorla

C) Hedstrem buravı ilə

D) Zondla

E) Raşpillə


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
67) Kök kanallarının kimyəvi işlənməsi zamanı natrium hipoxloridin hansı konsentrasiyası tətbiq edilir?

A) 5-10%


B) 0,5-1%

C) 10-12%

D) 2,5-3%

E) Doymuş məhlul


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
68) Xroniki fibroz pulpitin differensial diaqnostikası nə ilə aparılmır?

A) Kəskin ocaqlı pulpitlə

B) Dərin karieslə

C) Pazvari qüsurla

D) Xroniki fibroz periodontitlə

E) Xroniki qanqrenoz pulpitlə


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
69) 24-cü dişdə adətən neçə kök kanalı olur?

A) Beş


B) İki

C) Dörd


D) Üç

E) Bir
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004


70) Vital ekstirpasiya dedikdə nə nəzərdə tutulur?

A) Pulpanın devitalizasiya edilərək çıxarılması

B) Pulpanın anesteziya altında çıxarılması

C) Pulpanın anesteziyasız çıxarılması

D) Pulpanın anesteziya altında qismən çıxarılması

E) Pulpanın devitalizasiya edilərək qismən çıxarılması


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
71) Xroniki fibroz pulpitdə rentgenoloji olaraq nə aşkarlanır?

A) Hipersementoz

B) Dişarası çəpərin vertikal destruksiyası

C) Karioz boşluq

D) Apikal qranuloma

E) Dişarası çəpərin horizontal destruksiyası


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
72) Pulpitin etiologiyasında əsas rolu nə oynayır?

A) Streptokokklar

B) İbtidailər

C) Laktobatsillər

D) Fuzobakteriyalar

E) Spiroxetalar


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
73) 26-cı dişdə adətən neçə kök olur?

A) Bir


B) İki

C) Üç


D) Dörd

E) Beş
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004


74) Çətin keçilən kanalların kimyəvi genişləndirilməsi üçün nədən istifadə edilir?

A) Çar arağından

B) Xloramindən

C) Nartium-hipoxloriddən

D) EDTA preparatından

E) Hidrogen peroksiddən


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
75) Pulpanın əsas funksiyası hansı hesab olunur?

A) Trofik, çünki pulpa vasitəsi ilə dişin sərt toxumalarının qidalanması baş verir

B) Pulpa sərt toxumalara qarşı zərərsizdir

C) Pulpa sərt toxumalara qarşı indifferentdir

D) Müdafiə, çünki onun qıcıqlandırıcı amillərə müqavimət göstərmək xüsusiyyəti var

E) Plastik, çünki pulpa birləşdirici toxuma elementlərinin və ikincili dentinin əmələ gətirir


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə