Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri


) Ağız boşluğu selikli qişasının ikincili zədə elementləri hansılardır?



Yüklə 1,41 Mb.
səhifə7/15
tarix24.11.2016
ölçüsü1,41 Mb.
#10
1   2   3   4   5   6   7   8   9   10   ...   15

434) Ağız boşluğu selikli qişasının ikincili zədə elementləri hansılardır?

A) Erroziya, qovuqcuq, qabarcıq

B) Ləkə, qovuqcuq, papula

C) Papula, erroziya, çat

D) Çat, qovuqcuq, ləkə

E) Xora, erroziya, afta


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
435) Üçüncülü siflisin klinik əlamətləri hansılardır?

A) Düyünlü xarakter daşıyan tək-tək sərt infiltrat ocaqları

B) Səthi xoralaşmış qabar tipli yumşaq infiltrat ocaqları

C) Tək-tək və ya çoxlu sayda səthi xoralanmış sərt infiltrat zonaları

D) Qabarı xatırladan çoxlu sayda sərt infiltrat zonaları

E) Diffuz xarakterli sərt və yumşaq infiltrat ocaqları


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
436) Papilloma hardan inkişaf edir?

A) Geniş əsas üzərindən

B) Toxumaların dərinliyindən

C) Dəri altından

D) İnfiltrasiyalı əsas üzərindən

E) Ayaqcıq üzərindən


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
437) Bədxassəli şişin xarakterik əlaməti hansıdır?

A) Kapsula

B) İnkişafın zəifliyi

C) Hüceyrə atipizmi

D) Toxuma atipizmi

E) Ağrının olmaması


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
438) Papilloma nəyə aid edilir?

A) Şişəbənzər törəmələrə

B) Xoşxassəli şişlərə

C) İltihabi xəstəliklərə

D) Bədxassəli şişlərə

E) Parodontomalara


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
439) Papilloma haradan inkişaf edir?

A) Kobud lifli toxumadan

B) Epitel toxumasından

C) Vəzili toxumadan

D) Əzələ toxumasından

E) Fibroz toxumadan


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
440) İmmunitet nədir?

A) Bəzi hüceyrələrin xaricdən orqanizmə daxil olan bakteriyaları məhv etmək xüsusiyyətidir

B) İmmun sistemin antitel hazırlamaq xüsusiyyətidir

C) Orqanizmin bəzi hüceyrələrinin faqositar funksiyasıdır

D) İmmunokompetent hüceyrələrin yad xarakterli zülalları tanımaq xüsusiyyətidir

E) Özündə genetik yadlıq informasiyası daşıyan maddə və cisimciklərdən orqanizmi müdafiə mexanizmidir


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
441) Orqanizmin qeyri-spesifik müdafiə faktorları dedikdə nə nəzərdə tutulur?

A) Spesifik hüceyrələrin faqositar funksiyası

B) Mikroorqanizmlərə qarşı kompleks (fizioloji və kimyəvi) təsir

C) Konkret antigenə qarşı antitel hazırlanması

D) Mikroorqanizmlərə qarşı kimyəvi təsir

E) Bakterial hüceyrələrə fizioloji təsir


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
442) Spesifik müdafiə mexanizmi nədir?

A) Yadxassəli hüceyrələrə qarşı ferməntlərin təsiri

B) Orqanizmdə faqositozun mövcudluğu

C) Makrofaqların fəaliyyəti

D) Konkret antigenə qarşı təsir edən immunoqlobulinlərin sintezi

E) Orqanizmdə antitellərin mövcudluğu


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
443) Ağız boşluğunda qeyri-spesifik müdafiə mexanizmlərinin təsiri nə zaman baş verir?

A) Zülal substansiyasının orqanizmə düşdüyü andan

B) İmmunoqlobulinlərin ifrazına tələb olunan vaxt keçikdən sonra

C) Müdafiənin formalaşmasına tələb olunan vaxt keçdikdən sonra

D) 1-2 həftə sonra

E) 1 sutkadan sonra


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
444) Antignə qarşı orqanizmin spesifik reaksiyası nə deməkdir?

A) Antitelin (spesifik immunoqlobulinlərin) sintezi

B) İmmunoloji tolerantlıq

C) Ani və ləng tipli hiper həssəslığın inkişafı

D) Kvinke ödemi

E) İmmunoloji yaddaş


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
445) Mütəmadi olaraq salisilatlar qəbul etmiş pasient stomatoloji müayinə zamanı hansı riski daşıyır?

A) Arterial qan təzyiqinin yuxarı olması

B) Allergik təzahürlər

C) Müalicədən qorxu hissi

D) Arterial qan təzyiqinin aşağı olması

E) Qanaxmaya meyillilik


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
446) Ağız boşluğunun hansı nahiyyəsinin müayinəsi zamanı mütləq bimanual palpasiya tətbiq edilir?

A) Yanağın selikli qişasının

B) Dodaqların konturunun

C) Ağız dibinin

D) Dil yüyəninin

E) Ağız dəhlizinin


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
447) İnsan immunodefisiti virusuna yoluxmuş xəstənin qanı ilə təmasdan sonra tibbi personal əlini etil spirtinin hansı konsentrasiyası ilə işləməlidr?

A) 40%


B) 70%

C) 96%


D) 60%

E) 80%
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004


448) İnsan immunodefisiti virusu infeksiyası diaqnozu hansı metodla aşkar olunmur?

A) Molekulyar-genetik (PZR)

B) Mikroskopik

C) Virusoloji

D) İmmunoferment analiz (İFA)

E) İmmun blottinq


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
449) Stomatoloq yerli anesteziya apararkən əlini təsadüfən iynə ilə deşərsə nə etməlidir?

A) Əlini sabunla axar suda yaxşıca yumalı, yaranı 70%-li spirtlə, sonra isə 5%-li yod məhlulu ilə işləməlidir

B) Yaranı 5%-li yod məhlulu ilə işləməlidir

C) Zədə nahiyyəsini sıxmaqla qan damcısı çıxarmalı, əlini sabunla axar suda yumalı, yaranı 70%-li spirtlə, sonra isə 5%-li yod məhlulu ilə işləməlidir

D) Yaranı sıxmaqla qan damcısı çıxarmalı və plastrla örtməlidir

E) Əlini sabunla axar suda yaxşıca yumalı və yaranı plastrla örtməlidir


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
450) İnsan immunodefisiti infeksiyasının risk qrupuna kimlər daxil deyil?

A) Daim qanla təmasda olan tibb işçiləri

B) Donorlar

C) Homoseksualistlər

D) Fahişələr

E) Narkomanlar


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
451) İnsan immunodefisiti infeksiyasının hansı ötürülmə yolu xarakterik deyil?

A) Hava-damcı

B) Cinsi

C) Parenteral

D) Transplasentar

E) Transplantasion


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004

Ortopedik stomatologiya və uşaq stomatologiyasi

452) Metal – keramik protezlərin ənənəvi digər protezlərdən fərqli olan əsas müsbət xüsusiyyəti hansılardır?

A) Antiseptik xüsusiyyətlərə malik olması

B) Dişlərin az yonulması

C) Dişlərin çox yonulması

D) Orqanizm üçün zərərsizliyi və optimal estetik xüsusiyyətləri

E) Materialın bərkliyi


Ədəbiyyat: Бернар Туати, Пол Миара, Дэн Нэтэнсон " Эстетическая Стоматолгия и Керамические Реставрации " Москва 2004 Издательский Дом " Высшее образование и Наука " стр. 14
453) Metal – keramik diş protezlərinin (körpü, qapaq) əsas mənfi cəhətləri hansıdır?

A) Dişlərin çox yonulması

B) Materialın bərkliyi

C) Optimal estetik xüsusiyyətləri

D) Antiseptik xüsusiyyətlərə malik olması

E) Orqanizm üçün zərərli olması


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство Издательство НГМА Нижний Новгород 2005 стр. 136
454) Farfor stomatologiyada neçə ildir ki istifadə olunur?

A) 150


B) 50

C) 200


D) 30

E) 100
Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство Издательство НГМА Нижний Новгород 2005 стр. 6


455) Metal – keramik diş protezlərinin özünün təsdiqi və stabilliyi son neçə ilə aiddir?

A) 50


B) 100

C) 200


D) 30

E) 150
Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство Издательство НГМА Нижний Новгород 2005 стр. 77


456) Yüksək temperaturda bişən farfor əsasən hansı məqsədlər üçün istifadə olunur?

A) Vinirlər üçün

B) Çıxan protezlərə süni diş hazırlamaq üçün

C) Protez növləri üçün

D) Qapaq üçün

E) Taxmar üçün


Ədəbiyyat: Бернар Туати Пол Миара Дэн Нэтэнсон " Эстетическая Стоматолгия и Керамические Реставрации " Москва 2004 Издательский Дом " Высшее образование и Наука " стр. 41
457) Farforun bişirilməsi zamanı kütləmin yapışqanlığı hansı tərkib hissə yerinə yetirir?

A) Tərkib hissələrinin birlikdə qarışığı

B) Çöl – şpatı

C) Kalsium – karbonat

D) Kvars

E) Kaolin


Ədəbiyyat: Бернар Туати Пол Миара Дэн Нэтэнсон " Эстетическая Стоматолгия и Керамические Реставрации " Москва 2004 Издательский Дом " Высшее образование и Наука " стр. 43
458) Farfora möhkəmlik nə verir?

A) Kalsium – karbonat

B) Tərkib hissələrinin birlikdə qarışığı

C) Kaolin

D) Çöl – şpatı

E) Kvars
Ədəbiyyat: Бернар Туати Пол Миара Дэн Нэтэнсон " Эстетическая Стоматолгия и Керамические Реставрации " Москва 2004 Издательский Дом " Высшее образование и Наука " стр. 43


459) Təbii rəng vermək üçün, estetik effektə nail olmaq məqsədilə farfora nə qatılır?

A) Rəngli piqmentlər

B) Kalsium – karbonat

C) Kvars


D) Kaolin

E) Çöl – şpatı


Ədəbiyyat: Бернар Туати Пол Миара Дэн Нэтэнсон " Эстетическая Стоматолгия и Керамические Реставрации " Москва 2004 Издательский Дом " Высшее образование и Наука " стр. 43
460) Ərimə temperaturunu aşağı salmaq məqsədilə onun tərkibinə nə qatılır?

A) Çöl – şpatı

B) Kvars

C) Rəngləyici piqmentlər

D) Titan – oksid, xrom - oksid

E) Kalsium – karbonat, natrium – karbonat (Flyus)


Ədəbiyyat: Бернар Туати Пол Миара Дэн Нэтэнсон " Эстетическая Стоматолгия и Керамические Реставрации " Москва 2004 Издательский Дом " Высшее образование и Наука " стр. 43
461) Diş yonmanın keyfiyyətinə hansılar təsir edir?

A) Diş toxumasının səthi

B) Bornun tipi

C) Sudan istifadə edilməsi

D) Fırlanma sürəti

E) Sadalananların hamısı


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 135
462) Dişi qapaq altına yonmaq üçün proses hansı borla başlanılır?

A) Çarxvari bor

B) Silindrik

C) Şar (kürə) vari bor

D) Marker bor

E) Əkskonus


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 135
463) CAD/CAM texnologiyalı " metalsız keramika " lar diş protezlərində neçənci ildən tədbiq olunur?

A) 2002


B) 2005

C) 2000


D) 1930

E) 1970
Ədəbiyyat: Бернар Туати Пол Миара Дэн Нэтэнсон " Эстетическая Стоматолгия и Керамические Реставрации " Москва 2004 Издательский Дом " Высшее образование и Наука " стр. 55


464) CEREC - CAD/CAM texnologiyası ilə diş protezləri hazırlmaqdan ötrü alınan ölçü şərti olaraq necə adlanır?

A) Anatomik

B) İkiqat

C) Funksional

D) Funksional sovrulan

E) Optik
Ədəbiyyat: Бернар Туати Пол Миара Дэн Нэтэнсон " Эстетическая Стоматолгия и Керамические Реставрации " Москва 2004 Издательский Дом " Высшее образование и Наука " стр. 55


465) Celay sistemli CAD/CAM texnologiyası ilə keramik diş protezləri hazırlanarkan əlavə olaraq ilkin hazırlanmış hansı reproduksiyadan istifadə edilir?

A) İşıqla bərkliyən kompozit

B) Metal

C) Akril


D) Silikon

E) Kimyəvi bərkliyən kompozit


Ədəbiyyat: Бернар Туати Пол Миара Дэн Нэтэнсон " Эстетическая Стоматолгия и Керамические Реставрации " Москва 2004 Издательский Дом " Высшее образование и Наука " стр. 56
466) Metal keramik diş protezi hazırlamağa hansı hal mütləq əks göstəriş hesab edilir?

A) Çeynəmə əzələlərinin parafunksiyası

B) Uşaq və yeniyetmələrdə sağlam pulpalı dişlər

C) Dərin sərt toxunmasının kəskin sürtülməsi

D) Dərin dişləm

E) Açıq dişləm


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 130
467) Metal keramik diş protezi hazırlamağa hansı hal mütləq əks gösrətiş hesab edilir?

A) Alçaq diş taci nazik örtüklü sərt toxuması ilə

B) Diş toxunmasının kəskin sürtülməsi

C) Açıq dişləm

D) Çeynəmə əzələlərinin parafunksiyası

E) Dərin dişləm


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 130
468) Metal keramik diş protezi hazırlamağa hansı hal mütləq əks gösrətiş hesab edilir?

A) Açıq dişləm

B) Diş toxunmasının kəskin sürtülməsi

C) Alçaq (qısa) diş tacı nazik örtüklü sərt toxuması ilə

D) Çeynəmə əzələlərinin parafunksiyası

E) Dərin dişləm


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 130
469) Metal keramik diş protezi hazırlamağa hansı hal mütləq əks gösrətiş hesab edilir?

A) Çeynəmə əzələlərinin parafunksiyası

B) Dərin dişləm

C) Diş cərgəsinin böyük (3-4 dişdən çox) qüsuru

D) Açıq dişləm

E) Diş toxunmasının kəskin sürtülməsi


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 130
470) Metal keramik diş protezi hazırlamağa hansı hal mütləq əks gösrətiş hesab edilir?

A) Uşaq və yeniyetmələrdə sağlam pulpalı dişlər

B) Açıq dişləm

C) Kəsici dişlər nahiyyəsində dərin dişləm

D) Diş cərgəsinin böyük (3-4 dişdən çox) qüsuru

E) Alçaq (qısa) diş taci nazik örtüklü sərt toxuması ilə


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 130
471) Metal keramik diş protezi hazırlamağa hansı hal mütləq əks gösrətiş hesab edilir?

A) Uşaq və yeniyetmələrdə sağlam pulpalı dişlər

B) Alt çənənin qısa və intakt kəsici dişləri

C) Alçaq (qısa) diş taci nazik örtüklü sərt toxuması ilə

D) Diş cərgəsinin böyük (3-4 dişdən çox) qüsuru

E) Açıq dişləm


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 130
472) Metal keramik diş protezi hazırlamağa hansı hal mütləq əks gösrətiş hesab edilir?

A) Uşaq və yeniyetmələrdə sağlam pulpalı dişlər

B) Diş cərgəsinin böyük (3-4 dişdən çox) qüsuru

C) Alçaq (qısa) diş taci nazik örtüklü sərt toxuması ilə

D) Dərin sərt toxunmasının kəskin sürtülməsi

E) Açıq dişləm


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 131
473) Metal keramik diş protezi hazırlamağa hansı hal mütləq əks gösrətiş hesab edilir?

A) Diş cərgəsinin böyük (3-4 dişdən çox) qüsuru

B) Çeynəmə əzələlərinin parafunksiyası

C) Açıq dişləm

D) Alçaq (qısa) diş taci nazik örtüklü sərt toxuması ilə

E) Uşaq və yeniyetmələrdə sağlam pulpalı dişlər


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 131
474) Keramikanın metal karkasla birləşməsinin nəzəri olaraq neçə növü vardır?

A) 3


B) 2

C) 6


D) 4

E) 1
Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 59


475) Yandırılma zamanı metal karkası kələ - kötür sahələrində və mikroçıxıntılar arasında qalaraq ona birləşməsi hansı növə aid edilir?

A) Van – der – Vaals gücü

B) Sıxılma gücü

C) Mezaniki saxlama

D) Kimyəvi birləşmə

E) Lehimlə yapışdırma


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 59
476) Yandırılma zamanı keramikanın metal karkasla güvənli əlaqə yaratmasına səbəb olan " termiki genişlənmə əmsalı " faktoru iki material arasında əsasən hansı birləşməni təmin edir?

A) Van – der – Vaals gücü

B) Lehimlə yapışdırma

C) Kimyəvi birləşmə

D) Sıxılma gücü

E) Mexaniki saxlama


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 59
477) Keramika ilə metal karkas arasında Van – der – Vaals gücünü nə yaradır?

A) Lehimlə yapışdırma

B) Kimyəvi birləşmə

C) Mexaniki saxlama

D) Müxtəlif yüklənmiş molekullarının əlaqəsi

E) Sıxılma gücü


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 60
478) Keramik üzlüyün yandırılma zamanı metal karkas üzərindəki oksid təbəqəsi ilə birləşməsi necə adlanır?

A) Sıxılma gücü

B) Van – der – Vaals gücü

C) Lehimlə yapışdırma

D) Kimyəvi birləşmə

E) Mexaniki saxlama


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 60
479) Dişin sərt toxuması hansı protez növü üçün daha çox yonulmalıdır?

A) Ştamplanmış qapaq

B) Metal keramik

C) Tam tökmə metal qapaq

D) Tam keramik yonulma qapaq

E) Tam keramik pres qapaq


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 136
480) Metal keramik diş protezləri üçün okklüziya arası məsafə neçə mm olmalıdır?

A) 0.8 – 1.2 mm

B) 0.7 – 1.0 mm

C) 0.5 – 0.8 mm

D) 1.5 – 2.0 mm

E) 0.3 – 0.5 mm


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 137
481) Metal keramik qapaqlar hazırlanarkan metal karkasın qalınlığı neçə mm olmalıdır?

A) 0.2 – 0.6 mm

B) 1.5 – 2.0 mm

C) 0.0 – 0.3 mm

D) 0.3 – 0.5 mm

E) 0.7 – 1.0 mm


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 137
482) Metal keramik diş protezləri hazırlanarkan keramik üzlüyün qalınlığı neçə mm olmalıdır?

A) 1.0 – 1.3 mm

B) 0.6 – 0.8 mm

C) 0.1 – 0.3 mm

D) 0.2 – 0.7 mm

E) 0.3 – 0.5 mm


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 137
483) Dişin sərt toxuması tam tökmə konstruksiyalar altına yonularkan yan divarlar arasında neçə dərəcəli konusluq yaradılmalıdır?

A) 6° - 10°

B) 1° – 4°

C) 2° – 5°

D) 12° – 30°

E) 0° – 5°


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 137
484) Metal keramik diş protezləri altına dişlər yonularkan diş boynu ətrafı yaradılan çıxıntı neçə mm olmalıdır?

A) 0.6 – 0.8

B) 0.2 – 0.3

C) 1.0 – 1.5

D) 0.3 – 0.5

E) 0.5 – 0.7


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 137
485) Metal keramik diş protezləri altına dişlər yonularkan diş boynu ətrafı yaradılan çıxıntı neçə dərəcəli olmalıdır?

A) 40° – 60°

B) 20° – 30°

C) 30° – 50°

D) 90° – 110°

E) 60° – 80°


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 137
486) Dişin düzgün formada yonulması gələcək suprastrukturanın hansı parametrinə daha güvənli şərait yaradır?

A) Fiksasiyasına

B) Keramika rəngin seçiminə

C) Estetik görünüşünə

D) Çeynəmə - kəsici səthə düzgün forma verməyə

E) Dəqiq metal tökməyə


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 139
487) Tam tökmə qapaqlar üçün dişin sərt toxunmasında yaradılan çıxıntının diş ətinə olan münasibətinin neçə halı vardır?

A) 5


B) 1

C) 4


D) 2

E) 3
Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы" Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 141


488) Tam tökmə qapaqlar altına yonma zamanı diş boynu nahiyyəsində dişin sərt toxumasında nə yaradılır?

A) Çıxıntı

B) Çökəklik

C) Kələkötürlük

D) Üçbucaq

E) Kvadrat


Ədəbiyyat: Е.Н.Жулёв " Металлокерамические протезы " Руководство. Издательство НГМА Нижний Новгород 2005 стр. 141
489) Bərpaedici stomatologiya ən çox hansı prinsiplər əsasında formalaşıb?

A) Toxumaları zədələməməsi və materialın bioloji uyğunluğu

B) Metalların bioloji uyğunluğu, toxumaların zədəsinin azalması, çoxyararlıq, estetik tələbatın tam ödəməsi

C) Toxumaları zədələməməsi və estetika

D) Estetik tələbat və toxumaların zədələnməməsi

E) Materialın biouyğunluğu və estetika


Ədəbiyyat: Бернар Туати Пол Миара Дэн Нэтэнсон " Эстетическая Стоматолгия и Керамические Реставрации " Москва 2004 Издательский Дом " Высшее образование и Наука " стр. 8
490) Stomatoloji praktikada adgeziya nədir?

A) İki sərt cismin (materialın) səthindəki mexaniki retensialar hesabına onların dayanıqlığı

B) İki sərt cismin (materialın) bir - birinə söykənməsi

C) İki sərt cismin (materialın) qızdırıkaraq bir – birinə yapışdırılması

D) İki sərt cismin (materialın) bir - birinə üçüncü maye (amorf) halda olan materialla birləşməsi

E) İki sərt cismin (materialın) bir - birinə üçüncü bərk materialla bərkidilməsi


Ədəbiyyat: Бернар Туати Пол Миара Дэн Нэтэнсон " Эстетическая Стоматолгия и Керамические Реставрации " Москва 2004 Издательский Дом " Высшее образование и Наука " стр. 21
491) Stomatoloji praktikada adgeziv keramik restovrasiya nə zamandan geniş tətbiq edilməyə başlanıb?

A) XXI əsrin əvvəlindən

B) XX əsrin 90 – cı illərindən

C) XX əsrin 30 – cu illərindən

D) XX əsrin 60 – cı illərindən

E) XX əsrin 80 – ci illərindən


Ədəbiyyat: Бернар Туати Пол Миара Дэн Нэтэнсон " Эстетическая Стоматолгия и Керамические Реставрации " Москва 2004 Издательский Дом " Высшее образование и Наука " стр. 14
492) Adgeziv keramik restovrasiya digər stomatoloji restavrasiyalardan fərqli olaraq özündə hansı üstünlükləri birləşdirir?

A) Estetik tələbat tam ödəmək, metallardan istifadə etməmək və qalvanozun olmaması

B) Diş rənginin dəyişməməsi və ikincili kariesin əmələ gəlməməsi

C) Çox yüksək estetik tələbatı ödəməsi, diş toxumalarının dehidratasiyasının, rəngdəyişməsinin və ikincili kariesin yaranmasının əngəlləmasi, metal işlədilməməsi və qalvanozun olmaması

D) Diş rənginin dəyişməməsi və estetik tələbatın tam ödənilməsi

E) Metal işlədilməməsi və qalvanozun olmaması


Ədəbiyyat: Бернар Туати Пол Миара Дэн Нэтэнсон " Эстетическая Стоматолгия и Керамические Реставрации " Москва 2004 Издательский Дом " Высшее образование и Наука " стр. 14
493) Materiallardan hansı daha çox yararlı hesab edilməklə orqanizm üçün biouyğun və gigiyenik hesab olunur?

A) Adi (sadə) metal

B) Kompozit

C) Keramika

D) Qiymətli metal

E) Akril


Ədəbiyyat: Бернар Туати Пол Миара Дэн Нэтэнсон " Эстетическая Стоматолгия и Керамические Реставрации " Москва 2004 Издательский Дом " Высшее образование и Наука " стр. 14
Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin