116) Kök kanallarını plomblamaq üçün işlənən materiallara olan əsas tələbat hansıdır?
A) Plomblama zamanı yaxşı germetizm
B) Rentgenokontrast olmalı
C) Bioloji tolerantlıq
D) Antimikrob və periodont toxumalarının regenerasiyasını stimulə edici təsirə malik olmalıdır
E) Kanala asan daxil edilməli
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
117) Yaxşı keçilən kanalları rezorsin-formalin pastası ilə (katalizatorsuz) plomblamaq olarmı?
A) Olar, çünki o, prosesi kəskinləşdirir, bununla da sağalma prosesini sürətləndirir
B) Olmaz, çünki o germetik deyil
C) Olar, çünki o, antiseptik və mumifikasiya ediji təsirə malikdir
D) Olmaz, çünki o, periodontu qıcıqlandırır və dişin rəngini dəyişir
E) Olar, çünki o, kanalın germetizmini təmin edir
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
118) Xroniki periodontitlərin müalicəsi zamanı fosfat-sementin zirvə xaricinə yeridilməsi aktiv müalicə üsulu sayılırmı?
A) Xeyr, çünki o yad cisim olmaqla parodont toxumalarının regenerasiyasına mane olur
B) Bəli, çünki fosfat-sement sümük toxumasının regenerasiyasını stimulə edir
C) Xeyr, çünki o, kök kanallarının tam germetizmini təmin etmir
D) Xeyr, çünki o dillərin rəngini dəyişir
E) Xeyr, o, prosesin kəskinləşməsinə səbəb olur
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
119) Kanal plomblandıqdan bilavasitə sonra baş verən ağrıları aradan qaldırmaq üçün ən yaxşı vasitə hansıdır?
A) Keçid pərdəyə hidrokortizon inyeksiyası
B) Diadinamik elektrik cərəyanı
C) Dişin kökü səviyyəsində keçid pərdənin kəsilməsi
D) Keçid pərdəyə lidokain blokadası
E) Antibiotiklərin inyeksiyası
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |