Plomb materialları
133) Müvəqqəti plomb materialları hansı xüsusiyyətə malik olmalıdırlar?
A) Kanala doldurulan materialların funksiyasını yerinə yetirməli
B) Rentgenokontrast xüsusiyyətə malik olmalı
C) Tədricən bərkiməli, minanın rənginə uyğun rəngə malik
D) Rəngin sabitliyi, mexaniki və kimyəvi cəhətdən davamlı
E) Boşluğun divarlarına yaxşı yapışmalı, pulpaya zərərli təsir göstərməməli, boşluğa asan daxil edilib çıxarılmalı, sorulmamalı
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
134) Müvəqqəti plomb materialları hansı məqsədlə işlədilir?
A) Daimi plomb materialının altına ara qat kimi
B) Kök kanallarını plomblamaq üçün
C) Daimi plombların xassələrini yaxşılaşdırmaq üçün
D) Adgeziv kimi
E) Müalicəvi astar kimi. Bərkiməyən və ya gec bərkiyən pastaları daimi plomblardan izolyasiya etmək üçün
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |