440) İmmunitet nədir?
A) Bəzi hüceyrələrin xaricdən orqanizmə daxil olan bakteriyaları məhv etmək xüsusiyyətidir
B) İmmun sistemin antitel hazırlamaq xüsusiyyətidir
C) Orqanizmin bəzi hüceyrələrinin faqositar funksiyasıdır
D) İmmunokompetent hüceyrələrin yad xarakterli zülalları tanımaq xüsusiyyətidir
E) Özündə genetik yadlıq informasiyası daşıyan maddə və cisimciklərdən orqanizmi müdafiə mexanizmidir
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
441) Orqanizmin qeyri-spesifik müdafiə faktorları dedikdə nə nəzərdə tutulur?
A) Spesifik hüceyrələrin faqositar funksiyası
B) Mikroorqanizmlərə qarşı kompleks (fizioloji və kimyəvi) təsir
C) Konkret antigenə qarşı antitel hazırlanması
D) Mikroorqanizmlərə qarşı kimyəvi təsir
E) Bakterial hüceyrələrə fizioloji təsir
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
442) Spesifik müdafiə mexanizmi nədir?
A) Yadxassəli hüceyrələrə qarşı ferməntlərin təsiri
B) Orqanizmdə faqositozun mövcudluğu
C) Makrofaqların fəaliyyəti
D) Konkret antigenə qarşı təsir edən immunoqlobulinlərin sintezi
E) Orqanizmdə antitellərin mövcudluğu
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
443) Ağız boşluğunda qeyri-spesifik müdafiə mexanizmlərinin təsiri nə zaman baş verir?
A) Zülal substansiyasının orqanizmə düşdüyü andan
B) İmmunoqlobulinlərin ifrazına tələb olunan vaxt keçikdən sonra
C) Müdafiənin formalaşmasına tələb olunan vaxt keçdikdən sonra
D) 1-2 həftə sonra
E) 1 sutkadan sonra
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |