566) Böyük damaq dəliyində aparılan anesteziya zamanı nəyin blokadası baş verir?
A) Orta yuxarı diş kələfinin
B) Dil sinirinin
C) Böyük damaq sinirinin
D) Mental sinirin
E) Burun damaq sinirinin
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002. с.125
567) Alt çənə siniri üçlü sinirin hansı şaxəsidir?
A) 1-ci
B) 5-ci
C) 2-ci
D) 4-cü
E) 3-cü
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002. с.115
568) Çənə siniri kəllə boşluğundan hansı dəlikdən çıxır?
A) Cırılmış
B) Oval
C) Girdə
D) Yuxu
E) Tin
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.55
569) Mandibulyar anesteziya ağız daxili üsulla aparılma zamanı anatomik oriyentir?
A) Molyararxası çuxur
B) Qanadabənzər-çənə qırışı
C) Köpək dişləri
D) Molyarlar
E) Gicgah daraq
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.58
570) Sadalananlardan hansı mandibulyar anesteziyanın ağızdan kənar aparılma üsuludur?
A) Supraorbital dəlik nahiyəsindən
B) İnfraorbital dəlik nahiyəsindən
C) Çənəaltı sahədən
D) Almacıqaltı Eqorov üsulu ilə
E) Torusal
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.59
Dostları ilə paylaş: |