599) Üz yaralarında ilkin təxirə salınmış tikiş nə vaxt qoyulur?
A) 7-8 sutkada
B) 6-7 sutkada
C) 4-5 sutkada
D) 8-9 sutkada
E) 10 -15 sutkada
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.395
600) Üz yaralarında gecikmiş ikinci dərəcəli tikiş nə vaxt qoyulur?
A) Nekrotik toxumaların ayrılmasından və qranulyasion toxuma yarananadan sonra
B) Çapığın formalaşması zamanı
C) 4-5 sutkada
D) Yaranın epitelizasiyasından sonra
E) 8-9 sutkada
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.380
601) Üz yaralarının ilkin cərrahi işlənməsində vacib olan tədbir nəyin yeridilməsidir?
A) Beta- qlobulinin
B) Stafilokok anatoksininin
C) Qamma-qlobulinin
D) Tetanus əlehinə zərdabın
E) Antirabik zərdabın
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.380
602) Çənələrin sınıqlarında evakuasiya etaplarında müvəqqəti immobilizasiya üçün istifadə olunur?
A) Sümük tikişi
B) Kompression-distraksion aparat
C) Ştiggert şinası
D) Diş şinaları
E) Standart sarğılar
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.448
603) Çənələrin sınıqlarında evakuasiya mərhələsində müvəqqəti immobilizasiya üçün istifadə olunur?
A) Kompression-distraksion aparat
B) Ştiggert şinası
C) Sümük tikişi
D) Diş şinaları
E) İmprovizə olunmuş sarğılar
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.450
Dostları ilə paylaş: |