660) Kalkulyoz sialoadenitin əsas kliniki əlaməti hansıdır?
A) Hipersalivasiya
B) Vəzdə ağrı
C) Axacağın girəcəyinin iltihabı
D) Qida qəbulu zamanı vəzin şişməsi
E) Hiposalivasiya
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.406
661) Parenximatoz sialoadenitin kontrast sialoqramması nə ilə xarakterizə olunur?
A) Əsas axacağın genişlənməsi ilə
B) Yalnız konturların dəqiq olması ilə
C) Əsas axacağın genişlənməsi və konturların dəqiq olması ilə
D) Vəzidə çoxlu sayda boşluqların olması ilə
E) Axacaqlarının daralması ilə
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.407
662) İnterstisial sialoadenitin kontrast sialoqramması nə ilə xarakterizə olunur?
A) Əsas axacağın genişlənməsi ilə
B) Vəzidə çoxlu sayda boşluqların olması ilə
C) Axacaqların daralması ilə
D) II –III sıra axacaqların ampul genişlənməsi ilə
E) Konturların dəqiq olması ilə
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.408
Dostları ilə paylaş: |