26) Pazvari qüsurun əmələ gəlməsinin ehtimal olunan səbəbi hansıdır?
A) Çoxlu miqdarda sitruslar və onların şirələrinin qəbul edilməsi
B) Qalxanvari vəzin disfunksiyası
C) Parodont xəstəlikləri zamanı diş köklərinin açılması
D) Diş əti kənarının degenerasiyası nəticəsində diş toxumalarının trofikasının pozulması
E) Mexaniki təsirlər
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
27) Sadalanan simptomlardan hansı dişlərin patoloji sürtülməsi üçün xarakterik deyil?
A) Hiperesteziya
B) Estetik çatışmazlıq
C) Gicgah - çənə oynağında ağrılar
D) Öz-özünə baş verən gecə ağrıları
E) Dişlərin hündürlüyünün azalması
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
28) Dişlərin kariesi zamanı aşağıdakı faktorlardan hansı aqressiv xarakter daşıyır?
A) Dişin zülal strukturunun zədələnməsinə səbəb olan karbohidrat mübadiləsinin pozulması
B) Kifayət qədər qidalanmamaq
C) Orqanizmdə gedən mübadilə pozuntusu
D) Zülal mübadiləsinin pozulması (dişin sərt toxumalarının zülal matrisasının zədələnməsi)
E) Ağız boşluğunun mikroorqanizmləri, diş ərpi və karbohidratlar
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |