843) Lyundun təsnifatına görə sərt damaqda dördüncü zona üçün hansı səciyyəvidir?
A) Selikaltı orta dərəcədə kövşək və nisbətən hərəkətlidir. Bu zona köndələn büküşlər nahiyyəsində yerləşir
B) Sərt damağın arxa üçdə bir hissəsində yerləşir, burada selikaltı təbəqə vardır, zona vəzilərlə zəngindir, çox hərəkətlidir və vəzili zona adlanır
C) Selikli qişa çox qalındır və sagital tikiş nahiyyəsi boyunca yerləşir, burada çoxlu vəzilər olur, zona olduqca hərəkətlidir
D) Selikaltı təbəqə yoxdur. Bu sahə periferik fibroz zona adlanır və alveol çıxıntısını əhatə edir
E) Selikli qişa nazikdir, selikaltı təbəqə çoxdur, hərəkətlilik dərəcəsi yox səviyyəsindədir. Bu zona sagital tikiş nahiyyəsi boyunca yerləşir
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; c 379Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
844) Şrederin təsnifatına görə dişsiz yuxarı çənənin birinci tipinə aşağıdakılardan hansı aiddir?
A) Alveol çıxıntısı və qabarları pis ifadə olunub, damaq tağı yastıdır, keçid pərdəsi aşağıda yerləşir
B) Alveol çıxıntısı orta dərəcədə atrofiyalaşmışdır, alveol qabarları zəif ifadə olunur, damaq tağı və ağız dəhlizi orta dərinlikdədir
C) Alveol çıxıntısı və qabarları atrofiyaya uğramır, yalnız damaq tağı yumrulaşır və keçid orta səviyyədə olur
D) Alveol çıxıntısı və qabarları xeyli atrofiyalaşmış olur, damaq tağı yastıdır, keçid büküşü sərt damaqda eyni müstəvidə yerləşir
E) Alveol çıxıntısı və qabarları yaxşı ifadə olunub, damaq tağı dərindir, keçid pərdəsi hündürdə yerləşir
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; - 379 Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
Dostları ilə paylaş: |