254) Kəskin herpetik stomatit hansı qrup xəstəlikdir?
A) Allergik mənşəli
B) Virus mənşəli
C) Göbələk mənşəli
D) Qeyri-karies mənşəli
E) Peşə xəstəliyi
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
255) Kəskin herpetik stomatitin törədicisi nədir?
A) Leffler çöpləri
B) Vensan fuzospiroxetası
C) Sadə herpes virusu
D) Aktinomisetlər
E) Maya göbələyi
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
256) Kəskin herpetik stomatitə hansı yaş qrupunda daha çox rast gəlinir?
A) 50-60 yaş arasında
B) 40-50 yaş arasında
C) 30-40 yaş arasında
D) 15 yaşa qədər
E) 60 yaşdan yuxarı
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
257) Kəskin herpetik stomatitin spesifik desensibilizasiyası məqsədi ilə nə tətbiq olunur?
A) Dimedrol
B) Kultural inaktivləşmiş herpetik vaksina
C) Histaqlobulin
D) Leykositar interferon
E) Askorbin turşusu
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |