367) «Tüklü» qara dil zamanı aparılan bakterioskopiya nəyi aşkarlayır?
A) Stafilokokk və streptokokkları
B) Plazmatik hüceyrələri
C) Virus və anaerobları
D) Akantolitik hüceyrələri
E) Candida göbələyi və leptotrixiləri
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
368) Rombvari qlossit nəyin nəticəsidir?
A) Anadangəlmə siflisin
B) Alkoqol və nikotinin həddən çox qəbulunun
C) Medikamentoz allergiyanın
D) Embriogenezin pozulmasının
E) Mexaniki travmanın
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
369) Rombvari qlossit zamanı papillomatozun sürətlə inkişafı müşahidə edildikdə hansı tədbir görülür?
A) Keratoplastiklərlə applikasiya
B) Fermentlərlə applikasiya
C) Kriodestruksiya
D) Antiseptik məhlullarla ağız vannaları
E) Dil sinirinin blokadası
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
370) Al-qırmızı, ağrılı, «hamarlanmış» dil hansı xəstəliyin xarakterik simptomudur?
A) Çoxformalı ekssudativ eritemanın
B) B12–defisitli anemiyanın
C) Herpesin
D) Xroniki residivləşən aftoz stomatitin
E) Leykozun
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |