Stomatoloji xəSTƏLƏrin müayinə metodlari, AĞiz boşLUĞunun gigiyenasi. Paradont xəSTƏlikləri arif Rzayev



Yüklə 1,42 Mb.
səhifə2/8
tarix31.12.2021
ölçüsü1,42 Mb.
#49806
1   2   3   4   5   6   7   8
Stomatoloji xəstələrin müayinə metodları Arif Rzayev117A8

Xarici baxış: xəstənin vəziyyətindən asılı olaraq oturulu və ya uzanmış vəziyyətdə aparılır. Üzün sağ və sol yarısının konfiqurasiyasının dəyişilməsi, dəri örtüyünün rəngi, elastikliyi, çapıqlarln olması, forması, dodağın qırmızı haşiyəsinin, selikli qişasının rəngi, forması, orada olan çatlar, xoralar təyin olunur, çeynəmə və udma aktlarının pozulub-pozulmamasına diqqət verilir.

  • Xarici baxış: xəstənin vəziyyətindən asılı olaraq oturulu və ya uzanmış vəziyyətdə aparılır. Üzün sağ və sol yarısının konfiqurasiyasının dəyişilməsi, dəri örtüyünün rəngi, elastikliyi, çapıqlarln olması, forması, dodağın qırmızı haşiyəsinin, selikli qişasının rəngi, forması, orada olan çatlar, xoralar təyin olunur, çeynəmə və udma aktlarının pozulub-pozulmamasına diqqət verilir.
  • Ağız boşluğu orqanlarına və toxumalarına baxış: Ağız boşluğunun selikli qişasının, dişlərin, paradont və dişləmin vəziyyətini vizual olaraq öyrənmək üçün aparılır. Dodaqların, yanaqların selikli qişasına, alveol çıxıntıya, dilə diqqət yetirilir, onların rənginə, nəmlilik dərəcəsinə, səpkilərin olub-olmamasına, şişkinliyin, çapıqların yaranmasına fikir verilir. Dişlərə baxış zamanı onların miqdarı, yerləşməsi, formaları, rəngi, hərəkətlilik dərəcəsi, perkussiyada ağrı hissiyyatı, dişləmin necə olmasına (proqnatik, progenik, düz, açıq, normal-ortoqnatik) fikir verilir.
  • Palpasiya- Toxumaların hamarlığı, qalınlığı, sıxlığı, ağrılığı müəyyən edilir. İltihabdan sonra əmələ gələn şişkinliyin konsistensiyası, yayılma zonası, dəridə büküşlərin əmələ gəlib-gəlməməsi, regionar limfa düyünləri ölçüsü müəyyənləşdirilir.
  • Perkussiya- dişləri xüsusi alətlərlə döyəcləməklə periodontun vəziyyəti müəyyən edilir. Pinsetin dəstəsini dişin kəsici kənarına və ya çeynəmə səthinə onun yan kənarı ilə ehtiyatla döyəcləməklə aparılır. Sağlam dişdə reaksiya mənfi, iltihabi dişdə ağrılı olur

Dişlərin müayinəsinin nəticələrinin qeydiyyatını asanlaşdırmaq üçün diş formulalarından istifadə olunur. Bir-birinə perpendikulyar çəkilən şaquli və üfüqi oxlardan istifadə olunur. Üfüqi oxdan yuxarıda yuxarı diş qövsündə (əngdə olan dişlər), həmin xətdən aşağıda- aşağl diş qövsü dişləri (çənədə olan dişlər) qeyd olunur. Süd dişləri Roma rəqəmləri ilə, daimi dişlər ərəb rəqəmləri ilə qeyd olunur.

Diş formulası üçün 2-ci təklif: süd dişlərini 51-55,61-65,71-75,81-85 rəqəmləri ilə, daimi dişləri isə 11-18,21-28,31-38,41-48 arası rəqəmlərlə nömrələməkdir.



Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin