Строительные нормы и правила


İSİTMƏ, VENTİLYASİYA VƏ HAVANIN KONDİSİYALAŞDIRILMASI



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə2/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   2   3   4   5   6   7   8   9   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

İSİTMƏ, VENTİLYASİYA VƏ HAVANIN KONDİSİYALAŞDIRILMASI.
LAYİHƏLƏNDİRMƏ NORMALARI 
1. Tətbiq sahəsi 
1.1. Bu normalara bina və qurğuların isitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması 
sistemlərinin layihələndirilməsi və yenidən qurulması
  (
rekonstruksiyası) zamanı riayət edilməlidir. 
Layihələndirilmə zamanı qüvvədə olan digər normativ sənədlərdə isitmə, ventilyasiya və 
havanın kondisiyalaşdırılmasına dair tələblərə də riayət edilməlidir. 
Bu normalar aşağıdakıların layihələndirilməsinə şamil edilmir: 
a) sığınacaqların, radioaktiv maddələrlə, ionlaşdırıcı şüalanma mənbələri ilə bağlı işlərin 
aparılması üçün nəzərdə tutulmuş qurğuların; yeraltı dağ-mədən obyektlərinin və partlayıcı 
maddələrin istehsalı, saxlanılması və ya istifadəsi üçün nəzərdə tutulmuş otaqların isitmə, 
ventilyasiya və havanın kondisiyalaşdırılması sistemlərinin; 
b) texnoloji və elektrotexniki avadanlığı, tozsorucu qurğuları və pnevmatik nəqliyyat sistemləri 
üçün xüsusi qızdırıcı, soyuducu, toztutucu qurğu və vasitələrinin; 
c) qaz və ya maye yanacağı ilə işləyən soba isitməsinin. 
2. Normativ istinadlar 
Bu normalarda aşağıda göstərilən normativ sənədlərə istinad edilmişdir: 
Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri 
normaları” (Azərbaycan Respublikası Prezidentinin 08.07.2008-ci il tarixli 796 №-li Fərmanı ilə 
təsdiq edilmişdir); 
AzDTN 2.1-1 
Yüklər və təsirlər; 
AzDTN 2.6-1 
Dövlət şəhərsalma norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış 
məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması; 
МСН 2.02-01-97 
Bina və qurğuların yanğın təhlükəsizliyi; 
МСН 3.02-01-2002 İstehsalat binaları; 
МСН 4.02-02-2004 İstilik şəbəkələri; 
СНиП 2.01.01-82 
İnşaat klimatologiyası və geofizika; 
СНиП 2.04.01-85* Binaların daxili su kəmərləri və kanalizasiyası; 
СНиП 2.04.14-88 * Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası; 
СНиП 2.08.01-89* Yaşayış binaları; 
СНиП 2.08.02-89* 
İctimai binalar və qurğular; 
СНиП 2.09.04-87 
İnzibati və məişət binaları; 
СНиП II-3-79* 
İnşaat istilik texnikası; 
ОНТП 24-86
Otaqların və binaların partlayış-yanğın və yanğın təhlükəliliyi 
kateqoriyalarının müəyyən edilməsi; 
ОНД-86
Müəssisələr tullantılarında olan zərərli maddələrin atmosfer havasında
konsentrasiyalarının hesablanması metodikası; 
ПУЭ 
Elektrik qurğularının quraşdırılması qaydaları (6-cı nəşr); 



ГОСТ 12.1.003-83 
Səs-küy. Ümumi təhlükəsizlik tələbləri; 
ГОСТ12.1.005-88 
İşçi zonanın havası üçün ümumi sanitar-gigiyenik tələblər; 
ГОСТ 2874-82 
İçməli su. Gigiyena tələbləri və keyfiyyətə nəzarət; 
ГОСТ 3262-75 
Polad su-qaz boruları. Texniki şərtlər; 
ГОСТ 8433-81 
Yardımçı maddələr; 
ГОСТ 8732-78 
Tikişsiz isti deformasiya edilmiş polad boru. Sortament; 
ГОСТ 10704-91 
Düz tikişli soyuq elektrik qaynaqlı polad boru. Sortament; 
ГОСТ 24751-31 
Havaötürücü texniki avadanlıqlar. Birləşmələrin en kəsiyi üzrə nominal
ölçüləri. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin