Строительные нормы и правила



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə3/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   2   3   4   5   6   7   8   9   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

3. Əsas anlayışlar 
Bu normalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 
aralıq boşluğu - sobanın və ya tüstü kanalının (borusunun) xarici səthindən yanan və ya çətin 
yanan materiallardan olan, alovlanmaya qarşı mühafizə edilmiş və ya edilməmiş divar və ya 
arakəsməyə qədər olan məsafə; 
aşkar izafi istilik - xarici havanın hesabi parametrlərində otağa daxil və xaric olan istilik 
axınlarının fərqi (avadanlıq, boru kəmərləri və günəş radiasiyasından istilik daxilolmaların 
azaldılması üzrə texnoloji və tikinti tədbirlərinin həyata keçirilməsindən sonra); 
birbaşa buxarlanma soyudulması - havanın resirkulyasiya edilən su ilə soyudulması; 
disbalans - mexaniki ventilyasiya, havanın kondisiyalaşdırılması və hava ilə isitmə sistemləri 
ilə otağa (binaya) vurulan və oradan xaric edilən hava sərfləri arasındakı fərq; 
dolayı buxarlanma soyudulması - səthli istilik mübadiləedicilərdə birbaşa buxarlanma 
soyudulması ilə soyudulmuş su vasitəsilə havanın soyudulması; 
ehtiyat ventilyasiya sistemi (ehtiyat ventilyatoru) - əsas sistemlərdən biri sıradan çıxdıqda 
avtomatik qoşulan və əsas sistemlərə əlavə kimi nəzərdə tutulmuş sistem (ventilyator); 
hava bağlayıcısı - tüstünün (yanma məhsullarının) istiqamətini 180
0
dəyişən və yanğın zamanı 
tüstünün aşağı mərtəbələrdən yuxarı mərtəbələrə keçməsinə maneə edən şaquli havakəmərinin 
hissəsi; 
havanın kondisiyalaşdırılması - insanların əhvalı, texnoloji prosesin aparılması, mədəni 
sərvətlərin qorunub saxlanması üçün başlıca olaraq ən əlverişli optimal meteoroloji şəraitin təmin 
edilməsi məqsədilə bağlı otaqlardakı havanın bütün və ya ayrı-ayrı parametrlərinin (temperaturun, 
nisbi rütübətliyinin, təmizliyin, hərəkət sürətinin) avtomatik tənzimlənməsi. Havanın 
kondisiyalaşdırılması orta təminatsızlığa görə aşağıdakı siniflərə bölünür: 
birinci – sutkaboyu işlədikdə orta hesabla 100 saat/il və ya gündüz vaxtlarında birnövbəli 
işlədikdə 70 saat/il; 
ikinci – sutkaboyu işlədikdə orta hesabla 250 saat/il və ya gündüz vaxtlarında birnövbəli 
işlədikdə 175 saat/il 
üçüncü – sutkaboyu işlədikdə orta hesabla 450 saat/il və ya gündüz vaxtlarında birnövbəli 
işlədikdə 315 saat/il; 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin