4
və foyeləri, iclas və müşavirə zalları, mühazirə auditoriyaları, restoranlar, vestibüllər, kassa zalları,
istehsalat otaqları);
isitmə - bağlı otaqlarda (orta təminatsızlığı 50 saat/il olan) normalaşdırılan temperaturun
saxlanılması;
istilik tutumlu soba - sutkaboyu iki dəfədən çox olmayaraq yandırılmaqla otaqda havanın
normalaşdırılan temperaturunu təmin edən soba;
işçi zona - dayanaraq iş görülərkən döşəmə və ya işçi meydança səviyyəsindən 2 m
hündürlükdə, oturaraq iş görülərkən isə 1,5 m hündürlükdə olan məkan;
kollektor -
iki və daha çox mərtəbənin havakəmərlərinin birləşdirildiyi havakəmərinin hissəsi;
qoruyucu hörgü qatı - sobanın və ya tüstü kanalı (borusu) divarının binanın yanan və ya çətin
yanan materialdan olan konstruksiyası ilə toxunma yerində qalınlaşdırılması;
nəfəsalma zonası -
işçinin sifətindən 0,5 m radiusda olan fəza;
odadavamlı havakəməri -
normalaşdırılmış odadavamlılıq hədli divarları olan kip havakəməri;
partlayış təhlükəli qarışıq - yanar qazların, buxarların, tozların, aerozolların və ya liflərin
normal atmosfer şəraitində (760 mm civə süt. təzyiqdə və 20C temperaturda) hava ilə elə qarışığıdır
ki, alovlanma zamanı yanma prosesi yanmamış qarışığın bütün həcmi boyu yayılır və 5 kPa-dan
yuxarı partlayış təzyiqi yaranır. Texnoloji proseslərdə ayrılan maddələrin partlayış təhlükəliliyi
layihələ tapşırığına əsasən qəbul edilməlidir;
Dostları ilə paylaş: