33
yapışdırma) və havakəmərinin təmizlənməsi imkanı nəzərdə tutulmaqla bu konstruksiyaların asan
kondensasiya olunan buxarı olmayan havanın nəqli üçün istifadə edilməsinə yol verilir.
7.110. Havakəmərləri dairəvi en kəsikli layihələndirilməlidir: texniki-iqtisadi əsaslandırmaqla
düzbucaqlı və digər en kəsik formalı havakəmərlərindən istifadə edilməsinə yol verilir. En kəsiyin
ölçüləri əlavə
21-ə əsasən qəbul edilməlidir.
7.111. Aşağıdakı hallarda havakəmərləri yanmayan materiallardan layihələndirilməlidir:
a) partlayış və yanğın təhlükəli qarışıqların yerli sorma sistemləri üçün, qəza sistemi
üçün və
80C və daha yüksək temperaturlu havanı nəql edən sistemlər üçün bütün uzunluğu boyu;
b) yaşayış, ictimai, inzibati-məişət və istehsalat binalarının ümumi mübadilə ventilyasiya,
havanın kondisiyalaşdırılması və hava ilə isitmə sistemlərinin tranzit sahələri və ya kollektorları
üçün;
c) ventilyasiya avadanlığı otaqlarından, texniki mərtəbələrdən, çardaq və zirzəmilərdən
keçdikdə.
7.112. Çətin yanar materiallardan havakəmərlərinin bənd 7.111-in “a” yarımbəndində
göstərilən sistemlərdən və insanların kütləvi olduqları otaqlardan başqa, birmərtəbəli yaşayış, ictimai,
inzibati-məişət və Д kateqoriyalı istehsalat binalarının otaqlarında nəzərdə tutulmasına yol verilir.
7.113. Yanar materiallardan havakəmərlərinin xidmət edilən otaqların daxilində bənd 7.111-
də
göstərilən havakəmərlərindən başqa, nəzərdə tutulmasına yol verilir. Д kateqoriyalı otaqlara xidmət
edən və onlardan keçən sistemlərin havakəmərlərində yanar materiallardan
elastik taxma və
dirsəklərin layihələndirilməsinə, onların uzunluğu çətin yanan materialdan olan boru kəmərlərinin
uzunluğunun 10 %-indən, yanmayan materiallardan olan boru kəmərlərinin uzunluğunun isə 5 %-
indən yuxarı olmadığı hallarda yol verilir. 7.111-in “a” yarımbəndində göstərilən sistemlərdən başqa
digər sistemlərdə ventilyatorların elastik taxmalarının yanar materiallardan layihələndirilməsinə yol
verilir.
7.114. Havakəmərlərinin korroziyadan mühafizə edilməsi məqsədilə
yanar materiallardan
qalınlığı 0,5 mm-dən çox olmayan rəng və ya plyonkanın istifadə edilməsinə yol verilir.
7.115. Aşağıdakı havakəmərləri istifadə edilməlidir:
a) П sinifli (kip) - ventilyatorda statik təzyiq 1400 Pa-dan yuxarı olmaqla ümumi mübadilə
ventilyasiya və hava ilə isitmə sistemlərinin tranzit sahələri üçün və təzyiqdən asılı olmayaraq yerli
sorma və kondisiyalaşdırılma sistemlərinin tranzit sahələri üçün, həmçinin A və Б kateqoriyalı
otaqlara xidmət edən sistemlər üçün;
b) Н sinifli (normal) - digər hallarda.
Havakəmərlərində kipsizliyinə görə itirilən və sorulan havanın sərfi cədvəl 1-də
göstərilən
qiymətlərdən artıq olmamalıdır.
Cədvəl 1
Hava-
kəmərinin
sinifi
Ventilyatorun yanında havakəmərində havanın izafi statik təzyiqi (müsbət və ya mənfi), kPa ilə
olduqda, kəmərin 1 m
2
açılmış sahəsinə görə m
3
/saat-la havanın itkisi və ya sorulması
0,2 0,4 0,6 0,8
1,0
1,2
1,4
1,6 1,8 2,0 2,5 3,0 3,5 4,0 4,5
5,0
H
3,6 5,8 7,6 9,2 10,7 12,1 13,4
-
-
-
-
-
-
-
-
-
П
1,2 1,9 2,5 3,0
3,5
4,0
4,4
4,9 5,3 5,7 6,6 7,5 8,2 9,1 9,9 10,6
Dostları ilə paylaş: