28
hesablama ilə əsaslandırılmalı və ya ən azı 0,12 m/s qəbul edilməlidir;
b) havaqızdırıcıların yanında qarışdırıcı nasosların quraşdırılması texniki əsaslandırıldıqda
nəzərdə tutulmalıdır;
c) istilikdaşıyıcı
buxar olduqda, kondensat ayrıcılarının, havaqızdırıcıların kondensat axıdan
qısaborularından ən azı 300 mm aşağıda yerləşdirilməsi və kondensat ayrıcılardan kondensatın yığıcı
çənlərə xaric edilməsi öz axını ilə nəzərdə tutulmalıdır.
Qeyd. Seçilən havaqızdırıcının istilik gücü hesabi qiymətdən 10 %-dən çox yuxarı olmamalıdır.
7.72. Partlayış təhlükəsindən mühafizə olunmuş avadanlıq aşağıdakı hallarda nəzərdə
tutulmalıdır:
a) A və Б kateqoriyalı otaqlarda və ya bu otaqlara xidmət edən sistemlərin havakəmərlərində
yerləşdikdə;
b) A və Б kateqoriyalı otaqların ventilyasiya, tüstü xaricetmə, kondisiyalaşdırılma və hava ilə
isitmə sistemləri üçün (o cümlədən hava ilə hava istilik utilizatorları ilə);
c) bənd 7.27-də göstərilən sorucu
ventilyasiya sistemləri üçün;
ç) partlayış təhlükəli qarışıqların yerli sorma sistemləri üçün.
Texnoloji avadanlığın normal işləməsi və ya qəzası zamanı buxar- və qaz-hava qarışıqlarının
partlayış təhlükəli qatılığının yaranma ehtimalı texnoloji layihələndirmə normalarına uyğun olaraq
istisna
olunduqda, qeyd olunan qarışıqları xaric edən və В, Г və Д kateqoriyalı otaqlarda
yerləşdirilmiş yerli sorma sistemləri üçün adi avadanlıq nəzərdə tutulmalıdır.
Yanar qazların, buxarların, aerozolların və tozun hava ilə partlayış təhlükəli qarışıqlarının
temperaturu, kateqoriyası və qrupu partlayışdan mühafizə olunmuş ventilyatorların texniki şərtlərinə
uyğun gəlmədikdə ejektorlu qurğular nəzərdə tutulmalıdır. Ejektorlu qurğular xarici hava ilə işlədiyi
halda, adi
ventilyatorlar, hava üfürücüləri və ya kompressorlar nəzərdə tutulmalıdır.
7.73. A və Б kateqoriyalı otaqların vurucu ventilyasiya, kondisiyalaşdırılma və hava ilə isitmə
sistemlərinin avadanlığı, həmçinin ventilyasiya avadanlığı otaqlarında yerləşən və digər kateqoriyalı
otaqların havasının istiliyindən istifadə edərək bu otaqlar üçün nəzərdə tutulmuş hava ilə hava istilik
utilizatorları, bənd 7.89-da göstərilən partlayışdan mühafizə olunmuş
əks klapanlar nəzərdə
tutulduqda adi konstruksiyalı qəbul edilməlidir.
Dostları ilə paylaş: