Строительные нормы и правила


Havakəmərlərinə birləşdirilməmiş ventilyatorların sorucu və vurucu deşiklərində  mühafizə örtükləri nəzərdə tutulmalıdır.  7.75



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə25/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   21   22   23   24   25   26   27   28   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

7.74. Havakəmərlərinə birləşdirilməmiş ventilyatorların sorucu və vurucu deşiklərində 
mühafizə örtükləri nəzərdə tutulmalıdır. 
7.75. Partlayış təhlükəli toz-hava qarışıqlarının yanar maddələrdən təmizlənməsi üçün aşağıdakı 
toztutucu və filtrlərdən (bundan sonra - toztutucular) istifadə edilməlidir: 
a) quru təmizləmədə - tutulmuş tozun fasiləsiz xaric edilməsi üçün qurğularla olan partlayışdan 
mühafizəli; 
b) yaş (o cümlədən köpüklü) təmizləmədə - partlayışdan mühafizəli; texniki əsaslandırıldıqda 
isə adi konstruksiyalı olmasına yol verilir. 
7.76. Otağın 1 m
2
sahəsinə 10 m
3
/saat və daha çox sərflə hava vuran və havanın sərfindən asılı 
olmayaraq hava ilə isitmədə və kondisiyalaşdırılmada havapaylayıcılar hava şırnağının istiqamətinin 
şaquli və üfüqi müstəvilərdə dəyişdirilməsi və havanın sərfinin tənzimlənməsi üçün qurğularla, bənd 
7.13-də göstərilən sistemlər isə havanın sərfi azaldıqda onun əlverişli paylanmasını təmin edən 
qurğularla nəzərdə tutulmalıdır. 
7.77. Qaz cihazları ilə təmin edilmiş otaqların sorucu sistemlərində havanın sərfinin 
tənzimlənməsi üçün qurğularla təchiz edilmiş şəbəkələr (tam bağlanılması mümkün olmayan) istifadə 
edilməlidir. 
İş yerlərinin hava duşlanmasında havanın sərfinin tənzimlənməsi üçün elə hava paylayıcılar 
qəbul edilməlidir ki, onlarda hava şırnağının istiqamətinin üfüqi müstəvidə 180° və şaquli müstəvidə 
30°-yə qədər dəyişdirilməsi mümkün olsun. 
7.78. Hava vurucu sistemlərdə yanar materiallardan olan havapaylayıcıların (yarıqlı və 
perforasiya edilmiş havakəmərlərindən başqa) və sorma qurğularının istifadəsinə yol verilir. 


29 
7.79. İstilik utilizatorları və səsboğucular yanmayan materiallardan hazırlanmalıdır; istilik 
utilizatorlarının istilik mübadilə (daxili) səthləri üçün çətin yanan materialların istifadə edilməsinə yol 
verilir. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin