Qəza ventilyasiyası 7.59. Birdən-birə külli miqdarda zərərli və ya yanar qazların, buxarların və ya aerozolların daxil
olma ehtimalı olan istehsalat otaqları üçün qəza ventilyasiyası, layihənin texnoloji hissəsindəki
tələblərə uyğun, texnoloji və ventilyasiya avadanlığının qəzasının vaxta görə üst-üstə düşməməsi
hesaba alınmaqla, nəzərdə tutulmalıdır.
7.60. Qəza ventilyasiyası üçün hava sərfi layihənin texnoloji hissəsinin məlumatlarına görə
qəbul edilməlidir.
7.61. A və Б kateqoriyalı otaqlarda qəza ventilyasiyası mexaniki olaraq layihələndirilməlidir.
Əgər yanar qazların, buxarların və aerozolların partlayış təhlükəli qarışıqlarının temperaturu,
kateqoriyası və qrupu partlayış mühafizəli ventilyatorun texniki şərtlərindəki məlumatlara uyğun
gəlmirsə istənilən mərtəbəli bina üçün qəza ventilyasiyasını ejektorlarla (bənd 7.72-yə uyğun) və ya
qəza zamanı sıxlığı havanın sıxlığından az olan yanar qaz və buxarların daxil olduğu birmərtəbəli
binalarda qaz və buxarların aerasiya fənərlərindən, şaxta və ya deflektorlardan xaric edilməsi üçün
mexaniki vurucu ventilyasiya (bənd 7.73-ə uyğun) nəzərdə tutulmalıdır.
7.62. В, Г və Д kateqoriyalı otaqların qəza ventilyasiyası mexaniki layihələndirilməlidir; ilin
yay dövründə B parametrlərdə tələb olunan hava sərfinin təmin edilməsi şərti ilə qəza
ventilyasiyasının təbii layihələndirilməsinə yol verilir.
7.63. Qəza ventilyasiyası üçün aşağıdakılar istifadə edilməlidir:
a) qəza ventilyasiyasına lazım olan hava sərfini təmin edə bilən əsas və ehtiyat ümumi mübadilə
ventilyasiya sistemləri və yerli sorma sistemləri;
b) “a” yarımbəndində göstərilən sistemlər və çatışmayan hava sərfinə görə qəza ventilyasiya
sistemləri;
c) əsas və ehtiyat sistemlərdən istifadə mümkün və ya məqsədəuyğun olmadıqda yalnız qəza
ventilyasiya sistemləri.
7.64. Otağa daxil olan qaz və buxarların qəza ventilyasiya sistemləri ilə xaric edilməsi üçün
sorucu qurğular (şəbəkələr və ya qısaborular) bənd 7.57 və 7.58-in tələbləri nəzərə alınmaqla
aşağıdakı zonalarda yerləşdirilməlidir:
a) xüsusi çəkisi işçi zonada olan havanın xüsusi çəkisindən çox olan qaz və buxarlar daxil
olduqda – işçi zonada;
b) xüsusi çəkisi işçi zonada olan havanın xüsusi çəkisindən az olan qaz və buxarlar daxil
olduqda – yuxarı zonada.