Строительные нормы и правила


Xarici hava qəbuledici qurğular



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə19/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   15   16   17   18   19   20   21   22   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

Xarici hava qəbuledici qurğular 
7.36. Qəbuledici qurğular, həmçinin təbii vurucu ventilyasiya üçün istifadə olunan açılan 
pəncərə və boşluqlar bənd 5.12-nin tələblərinə uyğun yerləşdirilməlidir.
7.37. İlin yay dövründə texnoloji proseslərdən yaranan xüsusi izafi istilik seli 150 Vt/m²-dən 
yuxarı olan istehsalat binaları üçün hava qəbuledici qurğuları, xarici havanın temperaturunun bənd 
5.14 - 5.16 ilə təyin edilmiş qiymətlərdən yüksək olmasını nəzərə almaqla nəzərdə tutulmalıdır. 
7.38. Qəbuledici qurğular üçün deşiyin altı, dayanıqlı qar örtüyünün hidrometeoroloji 
stansiyaların məlumatlarına əsasən və ya hesabatla müəyyən edilən səviyyədən ən azı 1 m, lakin yerin 
səviyyəsindən ən azı 2 m hündürlükdə olmalıdır. 
Toz tufanları olan (toz və qumun intensiv daşındığı) rayonlarda qəbuledici deşiklərin arxasında 
toz və qumun çökməsi üçün kameralar nəzərdə tutulmalı və deşiklərin altı yerin səviyyəsindən 3 m-
dən aşağı olmayaraq yerləşdirilməlidir. 
Layihə tapşırığında göstərişlər olduqda qəbuledici qurğuların bitki mənşəli asılı qarışıqlarla 
çirklənməsindən mühafizə edilməsi üçün tədbirlər nəzərdə tutulmalıdır. 
7.39. Avadanlığının bir otaqda yerləşdirilməsinə yol verilməyən vurucu sistemlər üçün ümumi 
xarici hava qəbuledici qurğuların layihələndirilməsinə yol verilmir. 
Vurulan havanın sərfi 
7.40. Vurulan havanın sərfi (xarici və ya xarici ilə resirkulyasiya olunan havanın qarışığı) əlavə 
17-yə əsasən aparılan hesablama ilə müəyyən edilməli və sanitar normalarını və ya partlayış və 
yanğın təhlükəsizliyi normalarını təmin edən kəmiyyətlərdən böyüyü qəbul edilməlidir. 
7.41. Otağa vurulan xarici havanın sərfi, normalaşdırılan disbalans nəzərə alınmaqla, otaqdan 
sorucu ventilyasiya sistemləri və texnoloji avadanlıqla xaric edilən havanın sərfinə görə müəyyən 
edilməli, lakin əlavə 19-a görə tələb olunandan az olmamalıdır. 
7.42. Tambur-şlüzlərə bənd 7.5 və 7.29-a uyğun olaraq vurulan havanın sərfi, tambur-şlüz ilə 


24 
ayrılan otaqlarda təzyiq fərqini nəzərə almaqla, onlarda tambur-şlüzün xidmət etdikləri otaqla 
müqayisədə 20 Pa izafi təzyiqin (qapılar bağlı olduğu halda) yaradılması və ilə qəbul edilməlidir. 
Tambur-şlüzə vurulan havanın sərfi 250 m³/saatdan az olmamalıdır. A və B kateqoriyalı binalarda 
liftlərin maşın bölməsinə vurulan havanın sərfi, liftin şaxtasına bitişən hissədəki təzyiqdən 20 Pa artıq 
təzyiqin yaradılmasını nəzərə alınmaqla müəyyən edilməlidir. Tambur-şlüzdə (liftlərin maşın 
bölməsində) və ona bitişik otaqda təzyiq fərqi 50 Pa-dan artıq olmamalıdır. 
7.43. İlin yay dövründə izafi istiliyi olan otaqlara vurulan havanın sərfi aşağıdakılar nəzərə 
alınmaqla müəyyən edilməlidir: 
a) xarici havanın birbaşa və ya dolayı buxarlanma soyudulması; 
b) yerinə yetirilən işin şəraitinə görə yüksək rütubətlilik tələb olunan otaqlarda havanın əlavə 
nəmləşdirilməsi. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin