Строительные нормы и правила


Mənzillər üzrə istilik təchizatı



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə15/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   11   12   13   14   15   16   17   18   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

Mənzillər üzrə istilik təchizatı 
6.86. Mənzillər üzrə istilik təchizatı sistemlərində istilik mənbəyi kimi zavod istehsalı olan 
tamamilə avtomatlaşdırılmış, daimi xidmət heyəti olmadan işləyən, yanacaq kimi təbii qazdan istifadə 
edən, germetik yanma kamerası olan və su istilikdaşıyıcısının temperaturu 90ºC-yə və təzyiqi 1,0 
MPa-a qədər olan qazanlardan istifadə olunmalıdır. 
Açıq yanma kameralı isitmə qazanların tətbiq olunması СНиП 2.08.01-in tələblərinə uyğun 
olaraq nəzərdə tutulmalıdır. 
6.87. Germetik yanma kameralı istilik generatorlarında yanma üçün hava bilavasitə binanın 
xaricindən havakəmərləri vasitəsi ilə götürülməlidir. 
6.88. Kanal və havakəmərlərinin xarici səthində su buxarının kondensasiyası baş verməməlidir. 
Bacaların və tüstü xaricedicilərin konstruksiyası, istilik generatorunun daimi işlədiyi vaxtlarda, daxili 
səthlərdə kondensatın yaranmasına yol verməməlidir. 
6.89. Hər mərtəbədə tüstü bacasına yalnız bir istilik generatoru birləşdirilə bilər. Baca şaquli 
istiqamətdə olmalı və daralmaları olmamalıdır. Bacaların yaşayış otaqlarından keçirilməsinə yol 
verilmir. 
6.90. Tüstü bacaları və tüstü xaricedicilər hamar və qaz kipliyinə görə П sinfinə
aid 
konstruksiya və materiallardan hazırlanmalıdır, germetikliyini və möhkəmliyini itirmədən mexaniki 
yüklənmələrə, temperatur təsirlərinə, tüstü qazlarının və kondensatın korroziya təsirlərinə qarşı 
müqavimət qabiliyyətinə malik olmalıdır. 
6.91. İstilik generatoru olan otaqların ventilyasiya sistemi normativ havadəyişmə mislini təmin 
etməli və otağın daxilində istilik generasiya qurğularından tüstü qazlarının xaric edilməsinə maneə 
olan seyrəkliyin yaranmasına yol verməməlidir. 
6.92. İstilik generatoru otaqda yerləşdirildikdə, qazın havada olan qatılığı təhlükəli həddə - təbii 
qazın alovunun yayılma həddinin aşağı qatılığının (bundan sonra - AYHAQ) 10 %-indən yuxarı 
həddə çatdıqda qazın verilməsini avtomatik dayandıran qaz nəzarət sistemi nəzərdə tutulmalıdır. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin