11
zədələrinin və rütubətin kondensasiyasının qarşısının alınması məqsədilə
boru kəmərlərinin istilik
izolyasiyası nəzərdə tutulmalıdır.
İstilik izolyasiya kimi istilikkeçirmə əmsalı 0,05 Vt/mC-dən yuxarı olmayan və qalınlığı
izolyasiya qatının səthində 40C-dən çox olmayaraq temperaturu təmin edə bilən istilik izolyasiya
materiallarından istifadə olunmalıdır.
İsidilməyən otaqlarda çəkilən boru kəmərlərindən əlavə istilik itkiləri və qızdırıcı cihazların
xarici qoruyucu konstruksiyaların yanında yerləşdirilməsi nəticəsində yaranan istilik itkiləri
ümumilikdə binanın isitmə sisteminin istilik gücünün 7 %-indən yuxarı olmamalıdır (bax əlavə 12).
6.23. Müxtəlif təyinatlı boru kəmərləri istilik məntəqəsindən və ya ümumi boru kəmərindən
ayrı-ayrılıqda çəkilməlidir:
a) yerli qızdırıcı cihazları olan isitmə sistemləri üçün;
b) ventilyasiya, kondisiyalaşdırılma və hava ilə isitmə sistemləri üçün;
c) hava pərdələri üçün;
ç) digər fasiləli işləyən sistem və ya qurğular üçün.
6.24. Su isitmə sistemlərinin boru kəmərlərində istilikdaşıyıcının
hərəkət sürəti otaqda səs-
küyün yol verilən ekvivalent səviyyəsindən asılı olaraq qəbul edilməlidir:
a) səs-küyün səviyyəsi 40 dBA-dan yüksək olduqda – ictimai bina və otaqlarda – 1,5 m/s-dən,
inzibati-məişət təyinatlı bina və otaqlarda – 2 m/s-dən; istehsalat bina və sahələrində – 3 m/s-dən
yuxarı olmamaqla;
b) səs-küyün səviyyəsi 40 dBA və aşağı olduqda – əlavə 14 üzrə.
6.25. Boru kəmərlərində buxarın hərəkət sürəti aşağıdakı kimi qəbul edilməlidir:
a) alçaq təzyiqli isitmə sistemlərində (girişdə 70 kPa-a qədər) buxar və kondensat eyni
istiqamətdə axdıqda 30 m/s, əks istiqamətdə axdıqda isə – 20 m/s;
b) yüksək təzyiqli isitmə sistemlərində (girişdə 70-dən 170 kPa-a qədər) buxar və kondensat
eyni istiqamətdə axdıqda 80 m/s, əks istiqamətdə axdıqda isə – 60 m/s.
6.26. İsitmə sistemində suyun sirkulyasiyası üçün verici və qayıdıcı boru kəmərlərində suyun
təzyiq fərqi, suyun temperaturlar fərqi nəticəsində yaranan təzyiq nəzərə alınmaqla
müəyyən
edilməlidir.
İsitmə sistemində nəzərə alınmayan sirkulyasiya təzyiq itkiləri, maksimal təzyiq itkilərinin 10
%-inə bərabər qəbul edilməlidir. Suyun temperaturu 105C və daha yüksək olan isitmə sistemləri
üçün suyun qaynamasının qarşısını alan tədbirlər nəzərdə tutulmalıdır.
6.27. Birtipli layihələrdə isitmə sistemlərinin hesablanmasında binanın girişində verici və
qayıdıcı boru kəmərlərində təzyiqlər fərqi 150 kPa qəbul edilməlidir.
Nasoslardan istifadə edildikdə su isitmə sistemləri nasosların yaratdığı təzyiqin nəzərə alınması
ilə hesablanmalıdır.
6.28. İsitmə və daxili istilik təchizatı sistemlərində polad boruların daxili səthinin ekvivalent
kələ-kötürlülüyü aşağıdakı qiymətlərdən az olmayaraq
qəbul edilməlidir, mm:
0,2 - su və buxar üçün;
0,5 - kondensat üçün.
İstehsalat binalarının daxili istilik təchizatı sistemləri istilik şəbəkəsinə bilavasitə birləşdirildiyi
halda aşağıdakı qiymətlərdən az olmayaraq qəbul edilməlidir, mm:
0,5 - su və buxar üçün;
1,0 - kondensat üçün.
Polimer materiallardan olan boruların və mis (latun) boruların daxili səthinin ekvivalent kələ-
kötürlülüyü uyğun olaraq 0,01 və 0,11 mm-dən az olmayaraq qəbul edilməlidir.
Qeyd. Daxili istilik təchizatı və isitmə sistemlərinin yenidən qurulması zamanı mövcud olan boru
kəmərlərindən istifadə edildikdə polad boruların ekvivalent kələ-kötürlülüyü su və buxar üçün 0,5 mm,
kondensat üçün isə 1,0 mm qəbul edilməlidir.
6.29. Yerli qızdırıcı cihazlarla təchiz edilmiş su isitmə sistemlərinin dayaqlarında (qollarında),
12
sistemlər dəyişən temperaturlar fərqinə görə hesablandıqda, istilikdaşıyıcının
temperaturlar fərqi,
hesabi temperaturlar fərqindən 25 %-dən çox (lakin 8C-dən yuxarı olmamaqla) fərqlənməməlidir.
6.30. Birborulu su isitmə sistemlərinin dayaqlarında təzyiq itkiləri, ümumi sahələrdəki təzyiq
itkiləri nəzərə alınmamaqla, sirkulyasiya konturlarındakı ümumi təzyiq itkilərinin 70 %-indən az
olmamalıdır.
Aşağıdan paylanan verici magistral kəmərli və yuxarıdan yığılan qayıdıcı magistral kəmərli
birborulu sistemlərin dayaqlarında təzyiq itkiləri dayağın hər bir metr hündürlüyü üçün 300 Pa-dan az
olmayaraq qəbul edilməlidir.
İkiborulu şaquli və birborulu üfüqi isitmə sistemlərində ən yuxarıda yerləşən qızdırıcı
cihazlardan (qollardan) keçən sirkulyasiya konturlarında təzyiq itkiləri, istilikdaşıyıcının
hesabi
parametrlərində həmin konturlarda yaranan təbii təzyiq basqısından az olmayaraq qəbul edilməlidir.
6.31. Buxar isitmə sistemlərinin dayaqlarında (qollarında) hesabi təzyiq itkilərinin
uyğunsuzluğu buxar kəmərləri üçün 15 %-dən və kondensat kəmərləri üçün 10 %-dən yuxarı
olmamalıdır.
6.32. Su isitmə sistemləri, temperaturlar fərqinin qiyməti sabit qəbul edilməklə hesablandıqda
sirkulyasiya konturlarında təzyiq itkilərinin (ümumi sahələrdəki təzyiq itkilərini nəzərə almadan)
uyğunsuzluğu boru kəmərlərinin eyni istiqamətli çəkilişində 5 %-dən, dalan tipli çəkilişində isə 15 %-
dən yuxarı olmamalıdır.
6.33. İsitmə sistemlərinin boru kəmərləri plintuslarda, ekranlar arxasında, yarıqlar açılmaqla
divarın içərisində, şaxtalarda və kanallarda yerləşdirilməklə gizli çəkilməlidir.
Metal boru
kəmərlərinin və termiki və mexaniki zədələnməyə məruz qalma ehtimalı olmayan yerlərdə və
ultrabənövşəyi şüalanmanın birbaşa təsirinə məruz qalmadıqları yerlərdə plastmas boru kəmərlərinin
açıq çəkilməsinə yol verilir.
Boru kəmərlərinin çəkilmə üsulu təmir vaxtı onların asan dəyişdirilməsini təmin etməlidir.
Boruların inşaat konstruksiyalarında örtüksüz monolitləşdirilməsinə aşağıdakı hallarda yol verilir:
- istismar müddəti 20 ildən az olan binalarda;
- boruların hesabi istismar müddəti 40 il və daha çox olduqda.
Boru kəmərlərinin gizli çəkilişində sökülə bilən birləşmələrin və armaturların olduqları yerlərdə
lyuklar nəzərdə tutulmalıdır.
Polimer materiallardan olan boru kəmərləri sistemləri, plastmas materialların isitmə
sistemlərində quraşdırılmasına olan tələblərə uyğun olmalıdır (bax əlavə 25).
6.34. İsitmə sistemlərinin tranzit boru kəmərlərinin sığınacaqlardan,
elektrotexniki otaqlardan,
piyada qalereya və tunellərindən çəkilməsinə yol verilmir.
İsitmə sistemlərinin genişləndirici çənlərinin yanmayan materiallardan istilik izolyasiyası
edilməklə çardaqlarda quraşdırılmasına yol verilir.
6.35. İsitmə sistemlərinin boşaldılması üçün qurğular nəzərdə tutulmalıdır:
- mərtəbələrinin sayı 4 və daha çox olan binalarda;
- 2 və daha artıq mərtəbəli aşağıdan paylanan isitmə sisteminə malik binalarda;
- mərtəbələrin sayından asılı olmayaraq pilləkən qəfəslərində.
Hər bir dayaqda şlanqın birləşdirilməsi üçün ştuseri olan bağlayıcı armatur nəzərdə tutulmalıdır.
Armatur və drenaj qurğuları döşəməaltı kanallarda yerləşdirilməməlidir.
Qeyd. Üfüqi isitmə sistemlərində mərtəbələrin sayından asılı olmayaraq hər bir mərtəbədə sistemin
boşaldılması üçün qurğular nəzərdə tutulmalıdır.
Dostları ilə paylaş: