Строительные нормы и правила


 İstilik izolyasiya konstruksiyaları СНиП 2.04.14-ə uyğun olaraq layihələndirilməlidir.  4.6



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə7/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   2   3   4   5   6   7   8   9   10   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

4.5. İstilik izolyasiya konstruksiyaları СНиП 2.04.14-ə uyğun olaraq layihələndirilməlidir. 
4.6. İsitmə və ventilyasiya sistemləri üçün qeyri-standart avadanlığın, havakəmərlərinin və 
istilik izolyasiya konstruksiyalarının hazırlanması tikintidə istifadəsinə yol verilən materiallardan 
nəzərdə tutulmalıdır. 
5. Hesabi şərtlər 
5.1. Yaşayış, ictimai və inzibati-məişət otaqlarının xidmət edilən zonasında meteoroloji şərait 
yolverilən normalar həddində əlavə 1, istehsalat sahələrinin (meteoroloji şəraiti digər normativ 
sənədlərlə təyin edilən sahələrdən başqa) daimi və müvəqqəti iş yerlərində isə əlavə 2 üzrə qəbul 
edilməlidir. 
Otaq və sahələrdə havanın temperaturu aşağıdakı kimi qəbul edilməlidir: 
a) ilin yay dövrü üçün aşkar izafi istiliyə (bundan sonra - izafi istilik) malik olan otaqların 
ventilyasiya sistemi layihələndirilərkən – yol verilən temperaturlardan maksimal olanı, izafi istilik 



olmadıqda isə – yol verilən temperaturlar hüdudlarında iqtisadi cəhətdən səmərəli olanı; 
b) ilin qış və keçid dövrlərində isitmə və ventilyasiya layihələndirilərkən – əlavə 2 və əlavə 5 
üzrə optimal temperaturlar hüdudlarında iqtisadi cəhətdən səmərəli olanı. 
Havanın hərəkər sürəti və nisbi rütubətliyi, əlavə 1 və əlavə 2 üzrə qəbul edilməlidir. 
5.2. Temperatur rejiminə xüsusi texnoloji tələblər qoyulmadıqda, texnoloji avadanlığı tamamilə 
avtomatlaşdırılmış, insanların iştirakı olmadan işləyən (xüsusi otaqda olan və istehsalat sahəsinə 
avadanlığa nəzarət edilməsi və sazlanması üçün fasiləsiz olaraq 2 saatdan artıq olmayaraq vaxtaşırı 
çıxan növbətçi heyətdən başqa) istehsalat sahələrinin işçi zonasında havanın temperaturu aşağıdakı 
kimi qəbul edilməlidir: 
a) ilin isti dövründə izafi istilik olmadıqda – xarici havanın temperaturuna bərabər, izafi istilik 
olduqda isə – havanın qızdırılması tələb olunmadıqda 29С-dən az olmamaqla A parametrlərində 
xarici havanın temperaturundan 4С yuxarı; 
b) ilin soyuq və keçid dövrləri üçün izafi istilik olmadıqda və xarici havanın B hesabi 
parametrlərinə (bundan sonra - B parametrləri) uyğun hesabi temperaturunda 10C, izafi istilik 
olduqda isə – iqtisadi cəhətdən səmərəli olan temperatur. 
2 saat və daha artıq fasiləsiz təmir işləri aparılan yerlərdə havanın temperaturunun ilin yay 
dövründə (A parametrləri) III tikinti-iqlim rayonunda 25С-yə, IV tikinti-iqlim rayonunda isə 28С-
yə qədər aşağı salınması və ilin qış dövründə havanın temperaturunun (B parametrləri) səyyar 
havaqızdırıcılar vasitəsi ilə 16С-yə qədər yüksəldilməsi nəzərdə tutulmalıdır. 
Xüsusi tələblər qoyulmadıqda tamamilə avtomatlaşdırılmış texnoloji avadanlığı olan istehsalat 
sahələrində havanın nisbi rütubətliyi və hərəkət sürəti normalaşdırılmır. 
5.3. İstehsalat sahələrində xarici hava ilə duşlandırıldıqda iş yerlərində havanın temperaturu və 
hərəkət sürəti aşağıdakı kimi qəbul edilməlidir: 
- şüalanan istilik selinin səthi sıxlığı 140 Vt/m² və daha yuxarı olan şüalanmada – əlavə 3 üzrə; 
- zərərli maddələrin ayrılması ilə müşayiət olunan açıq texnoloji proseslərdə - bənd 5.1-ə uyğun 
olaraq. 
5.4. Heyvandarlıq, xəzlik heyvan yetişdirilən və quşçuluq binalarında, bitkilərin yetişdirilməsi 
üçün qurğularda, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün olan binalarda havanın 
temperaturu, nisbi rütubətliyi, hərəkət sürəti və təmizliyi bu binaların texnoloji və tikinti 
layihələndirmə normalarına uyğun olaraq qəbul edilməlidir. 
5.5. İlin qış dövründə isidilən ictimai, inzibati-məişət və istehsalat binalarının otaqlarında, onlar 
istifadə edilmədikdə və iş vaxtından kənar vaxtlarda, havanın temperaturu normalaşdırılandan az 
qəbul edilməlidir, lakin 5ºС-dən aşağı olmamalıdır və normalaşdırılan temperaturun otaq istifadə 
edilməyə başlandığı vaxta və ya işin başlamasına qədər bərpa edilməsi təmin edilməlidir. 
5.6. Yay dövründə aşağıdakı binaların otaqlarında meteoroloji şərait normalaşdırılmır: 
a) yaşayış; 
b) istifadə edilmədikləri müddətdə və qeyri iş vaxtlarında ictimai, inzibati-məişət və istehsalat. 
5.7. Daimi iş yerlərinin şüalanma ilə qızdırılması və ya soyudulması zamanı otağın işçi 
zonasında havanın temperaturu, işçi zonanın normalaşdırılan temperaturuna ekvivalent temperatur 
şəraitinin təmin edilməsi ilə aparılmış hesablamaya görə qəbul edilməlidir və bu zaman iş yerində 
şüalanan istilik selinin səthi sıxlığı 35 Vt/m²-dan yuxarı olmamalıdır. 
İş yerlərinin şüalanma ilə qızdırılması və ya soyudulması zamanı otağın işçi zonasında hava 
temperaturunun əlavə 4 üzrə müəyyən edilməsinə yol verilir. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin