Строительные нормы и правила



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə8/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   4   5   6   7   8   9   10   11   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

Qeyd. Texnoloji avadanlıqların qızan və ya soyuyan səthlərindən daimi iş yerlərinin şüalanma ilə 
qızdırılması və ya soyudulması üçün istifadə edilməməlidir. 
5.8. Havanın kondisiyalaşdırılması zamanı otaqların meteoroloji şəraiti optimal normalar 
daxilində (meteoroloji şəraiti digər normativ sənədlərlə təyin edilən otaqlardan başqa) ictimai və 
inzibati-məişət otaqlarının xidmət edilən zonaları üçün əlavə 5-ə uyğun, daimi və müvəqqəti iş yerləri 
üçün isə əlavə 2-yə uyğun təmin edilməlidir. 



Yay dövründə xarici havanın temperaturu 30ºC və daha yuxarı olan (B parametrləri) ərazilərdə 
daxili havanın temperaturu, əlavə 2 və əlavə 5-də göstərilən qiymətlərdən temperaturun 30ºC-dən 
yüksək olan hər bir dərəcəsinə görə 0,4ºC artırılmalıdır, bu halda otaqların işçi və ya xidmət edilən 
zonasında havanın hərəkət sürəti temperaturun artıq olan hər bir dərəcəsinə görə 0,1 m/s 
artırılmalıdır. Göstərilən şəraitlərdə otaqlarda havanın hərəkət sürəti 0,5 m/s-dən çox olmamalıdır. 
İqtisadi cəhətdən əsaslandırıldıqda yolverilən parametrlərin əvəzinə optimal normalar daxilində 
meteoroloji şəraiti və ya ona daxil olan havanın parametrlərindən hər hansı birinin qəbul edilməsinə 
yol verilir. 
5.9. Emosional-əsəbi gərginliklə bağlı operator işlərinin həyata keçirildiyi texnoloji proseslərin 
idarə olunduğu otaqlarda aşağıdakı optimal normalara riayət edilməlidir: havanın temperaturu 22-
24ºC, havanın nisbi rütubətliyi 40-60 % və havanın hərəkət sürəti əlavə 2-yə əsasən. Optimal 
normalara əməl olunması vacib olan digər istehsalat sahələrinin siyahısı müvafiq sahə sənədləri ilə 
təyin edilir. 
İş yerlərində istilik selinin səthi sıxlığı 140 Vt/m² və daha yuxarı olan isti sexlərin işçilərinin 
istirahət otaqlarında havanın temperaturu qış dövründə 20ºC, yay dövründə isə 23ºC qəbul 
edilməlidir. 
İnsanların isinməsi üçün nəzərdə tutulan otaqlarda havanın temperaturu 25ºC, radiasiyalı isinmə 
nəzərdə tutulduqda isə bənd 5.7-ə uyğun olaraq 20ºC qəbul edilməlidir. 
5.10. Otağın işçi və ya xidmət edilən zonasına vurucu hava axınında (şırnağında) aşağıdakılar 
qəbul edilməlidir: 
a) havanın maksimal hərəkət sürəti v
х
, m/s:
v
х 
= Кv
n
(1) 
b) otaqda istilik çatışmazlığın aradan qaldırılması zamanı maksimal temperaturt
x
,С: 
t
x
 t
n
t
1
(2) 
c) otaqda izafi istiliyin assimilyasiyası zamanı minimal temperatur, 
x
t , С: 
x
t  = t
n
 - Δt
2
(3) 
(1) - (3) düsturlarında: 
v
n
, t

otağın xidmət edilən zonasında və ya sahənin işçi zonasının iş yerlərində müvafiq olaraq 
havanın normalaşdırılan hərəkət sürəti, m/s və havanın normalaşdırılan temperaturu, ºC; 
К - havanın otaqda normalaşdırılan hərəkət sürətindən şırnaqda olan maksimal hava sürətinə 
keçid əmsalı olub, əlavə 6-ya görə müəyyən edilir; 
Δt
1
, Δt

- müvafiq olaraq hava şırnağında temperaturun normalaşdırılan qiymətindən yolverilən
kənara çıxması olub, ºC, əlavə 7-yə əsasən müəyyən edilir. 
Havapaylayıcılar otağın xidmət edilən və ya işçi zonasında yerləşdirildikdə, onlardan 1 m 
məsafədə havanın hərəkət sürəti və temperaturu normalaşdırılmır. 
5.11. Ventilyasiya və havanın kondisiyalaşdırılması sistemlərinin hesablanması zamanı 
istehsalat sahələrində iş yerlərinin işçi zonasında olan havada zərərli maddələrin qatılığı ГОСТ 
12.1.005-ə uyğun təyin edilmiş işçi zonanın havasında olan YVQ-ya bərabər qəbul edilməlidir. 
5.12. Havapaylayıcıların və digər vurucu qurğuların çıxışlarında otağa vurulan havada zərərli 
maddələrin qatılığı, bu maddələrin havaqəbuledici qurğuların qoyulduğu yerlərdə fon qatılıqları 
nəzərə alınmaqla aparılan hesablamaya uyğun qəbul edilməli və aşağıdakı həddi keçməməlidir: 
a) istehsalat və inzibati-məişət otaqları üçün – işçi zonanın havasındakı YVQ-nın 30 %-ni; 
b) yaşayış və ictimai otaqları üçün – yaşayış məntəqələrinin havasındakı YVQ-nı. 
5.13. Otaqlarda meteoroloji şərait və havanın təmizliyi xarici havanın bənd 5.14-5.17-də 
göstərilən hesabi parametrləri hüdudlarında, əlavə 8-ə uyğun olaraq təmin edilməlidir. 
5.14. Yaşayış, ictimai, inzibati-məişət və istehsalat otaqları üçün xarici havanın parametrləri 
aşağıdakı kimi qəbul edilməlidir: 
- A parametrləri – ilin yay dövründə ventilyasiya, hava duşlanması və üçüncü sinif 



kondisiyalaşdırılma sistemləri üçün; 
- B parametrləri – ilin qış dövründə isitmə, ventilyasiya, hava duşlanması və 
kondisiyalaşdırılma sistemləri və ilin yay dövründə birinci sinif kondisiyalaşdırılma sistemləri üçün. 
İkinci sinif kondisiyalaşdırılma sistemləri üçün ilin yay dövründə B parametrləri üçün təyin 
edilənlərdən xarici havanın temperaturu 2ºC və xüsusi entalpiyası 2 kC/kq az qəbul edilməlidir. 
5.15. Kənd təssərüfatı təyinatlı binaları üçün xarici havanın parametrləri digər tikinti və 
texnoloji normalarla təyin edilmədikdə aşağıdakı kimi qəbul edilməlidir: 
- A parametrləri – ilin yay və qış dövründə ventilyasiya sistemləri üçün; əsaslandırıldığı halda 
ilin qış dövründə A parametrləri üçün təyin edilənlərdən havanın temperaturunun 2ºC və xüsusi 
entalpiyasının 2 kC/kq artıq qəbul edilməsinə yol verilir; 
- B parametrləri – ilin qış dövründə isitmə sistemləri üçün. 
5.16. Saat 13-dən 16-ya qədər istifadə edilməyən ventilyasiya və kondisiyalaşdırılma sistemləri 
üçün ilin yay dövründə xarici havanın parametrlərinin bənd 5.14 və 5.15-də göstəriləndən az qəbul 
edilməsinə yol verilir. 
5.17. İlin keçid dövrü üçün xarici havanın parametrləri aşağıdakı kimi qəbul edilməlidir: 
a) isitmə və ventilyasiya sistemləri üçün – temperatur 8ºC və xüsusi entalpiya 22,5 kC/kq; 
ventilyasiya sistemlərində vurulmaq üçün qızdırılmamış xarici havanın istifadəsi şərtinə uyğun 
parametrlərin qəbul edilməsinə yol verilir;
b) havanın kondisiyalaşdırılması sistemləri üçün – elə parametrlər qəbul edilməlidir ki, 
kondisioner nə istilik, nə də soyuqluq sərf etməsin. 
5.18. Otaq və sahələrdəki havada maddələrin partlayış və yanğın təhlükəsizliyi qatılığı xarici 
havanın ventilyasiya və kondisiyalaşdırılma sistemlərinin hesablanması üçün təyin edilmiş 
parametrlərinə uyğun qəbul edilməlidir. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin