13
6.38. İstilikdaşıyıcının temperaturu 105C-dən yuxarı
olan boru kəmərlərinin, qızdırıcı
cihazların və havaqızdırıcılarının səthindən, yanar inşaat materiallarından olan konstruksiyanın
səthinə qədər olan məsafə 100 mm-dən az olmamalıdır. Məsafə 100 mm-dən az olduqda yanar
materialdan olan konstruksiyanın səthi yanmayan materiallardan olan istilik izolyasiya qatı ilə
örtülməlidir.
Г kateqoriyalı otaqlarda və səthinin temperaturu 150C-dən yuxarı
olan istilik şüalanma
mənbələri olan otaqlarda polimer materiallardan olan boruların çəkilməsinə yol verilmir.
6.39. Mərtəbəarası örtüklər, daxili divarlar və arakəsmələrlə kəsişmə yerlərində boru kəmərləri
yanmayan materialdan olan gilizlərdə çəkilməlidir: gilizin kənarları divarların, arakəsmələrin və
tavanların səthləri ilə eyni səviyyədə, döşəmənin təmiz səthindən isə 30 mm hündürlükdə olmalıdır.
Boru kəmərlərinin çəkilmə yerlərində aralıq və deşiklərin doldurulması, konstruksiyanın
normalaşdırılan odadavamlılıq
həddini təmin etməklə, yanmayan materiallarla nəzərdə tutulmalıdır.
6.40. İsitmə sisteminin boru kəmərlərinin yanar maye, buxarların alışma temperaturu 170C və
daha az olan buxar və qaz və ya aqressiv buxar və qaz boru kəmərləri ilə bir kanalda çəkilməsinə və
ya kəsişməsinə yol verilmir.
6.41. İstilikdaşıyıcısı su olan isitmə sistemlərindən və su ilə dolmuş kondensat kəmərlərindən
havanın xaric edilməsi ən yuxarı nöqtələrdən, istilikdaşıyıcı buxar olduqda isə özaxımlı
kondensat
boru kəmərlərinin aşağı nöqtələrindən nəzərdə tutulmalıdır.
Su isitmə sistemlərində axarlı havayığıcılar və ya kranlar nəzərdə tutulmalıdır. Boru kəmərində
suyun hərəkət sürəti 0,1 m/s-dən az olduqda axarsız havayığıcıların nəzərdə tutulmasına yol verilir.
Borular, fasonlu detallar və birləşmələr dağılmadan və germetikliyini itirmədən aşağıdakı
təzyiqə dözməlidir:
- suyun sabit 95C temperaturunda isitmə sistemində olan işçi təzyiqdən 1,5 dəfə yuxarı olan
sınaq təzyiqinə, lakin 0,6
MPa-dan az olmamaqla;
- 25 illik hesabi istismar müddətində, istilikdaşıyıcının hesabi temperaturunda, lakin 80C-dən
az
olmayaraq, isitmə sistemində olan işçi təzyiqə bərabər olan daimi təzyiqə, lakin 0,4 MPa-dan az
olmamaqla.
Plastmas boru kəmərlərinin hidravlik sınağı zamanı təzyiqin
tələb olunan həddə qədər
yüksəldilməsi ən azı 30 dəqiqə ərzində nəzərdə tutulmalıdır. Boru kəməri, növbəti 30 dəqiqə ərzində
təzyiqin düşməsi 0,06 MPa-dan və sonrakı 2 saat ərzində 0,02 MPa-dan yuxarı olmadıqda, hidravlik
sınağdan keçmiş hesab edilir.
Plastmas borularla mərkəzi su isitmə sistemləri layihələndirilərkən boru kəmərlərinin
istilikdaşıyıcının yüksək parametrlərindən qorunması məqsədilə avtomatik tənzimləyici cihazlar
nəzərdə tutulmalıdır.
Dostları ilə paylaş: