Soba isitməsi
6.60. Soba isitməsinin əlavə 15-də göstərilən binalarda nəzərdə tutulmasına yol verilir.
Əsaslandırıldığı halda soba isitməsinin şəhər və qəsəbələrdə tətbiq edilməsinə yol verilir. A, Б və В
kateqoriyalı binalarda soba isitməsinin tətbiq edilməsinə yol verilmir.
6.61. Otaqların hesabi istilik itkiləri sobaların orta istilik gücü hesabına kompensasiya
olunmalıdır: vaxtaşırı yandırılan sobalar – gün ərzində iki dəfə qalanmaqla, uzunmüddətli yandırılan
sobalar isə fasiləsiz qalanmaqla.
Vaxtaşırı yandırılan sobalarla isidilən otaqlarda temperaturun gün ərzində dəyişməsi 3°С-dən
çox olmamalıdır.
6.62. Sobaların səthinin maksimal temperaturu (çuqun döşənək, qapıcıqlar və digər soba
ləvazimatlarından başqa) aşağıdakılardan yuxarı olmamalıdır, ºC:
90 - məktəbəqədər təhsil və tibb müəssisələrinin otaqlarında;
110 - digər bina və otaqlarda, sobanın ümumi səthinin 15 %-indən yuxarı olmayan sahəsində;
120 - həmçinin, sobanın ümumi səthinin 5 %-indən yuxarı olmayan sahəsində.
İnsanların müvəqqəti olduqları otaqlarda, qoruyucu ekranlar quraşdırıldıqda səthinin
temperaturu 120ºC-dən yuxarı olan sobalardan istifadə edilməsinə yol verilir.
6.63. Bir soba ilə bir mərtəbədə yerləşən ən çoxu üç otağın qızdırılması nəzərdə tutulmalıdır.
6.64. İkimərtəbəli binaların hər mərtəbəsində xüsusi ayrılmış yanacaq yükləmə yerləri və tüstü
bacaları olan ikiyaruslu sobalar, ikiyaruslu mənzillərdə isə birinci mərtəbədə bir ocağı olan ikiyaruslu
sobaların nəzərdə tutulmasına yol verilir. Sobaların yuxarı və aşağı yarusları arasındakı örtükdə ağac
tirlərdən istifadə edilməsinə yol verilmir.
6.65. Ümumtəhsil, məktəbəqədər təhsil və tibb müəssisələrində, klublarda, istirahət evlərində
və mehmanxanalarda sobalar elə yerləşdirilməlidir ki, yanacaq yükləmə yerlərinə nəfəsliyi və təbii
sorucu ventilyasiyası olan yardımçı otaqlardan və ya dəhlizlərdən xidmət oluna bilsin.
6.66. Soba isitməsi olan binalarda aşağıdakılara yol verilmir:
a) mexaniki üsulla hava daxil edilmədikdə mexaniki hava sorucu ventilyasiya sisteminin
quraşdırılmasına;
b) tüstünün ventilyasiya kanallarına yönəldilməsinə və tüstü kanallarında ventilyasiya
şəbəkələrinin quraşdırılmasına.
6.67. Sobalar yanmayan materiallardan olan daxili divar və arakəsmələrin yanında, onlardan
tüstü kanallarının yerləşdirilməsi məqsədilə istifadə etməklə yerləşdirilməlidir.
Tüstü kanallarının, lazım gəldikdə, kənarlaşdırılan qazlardan su buxarının kondensasiya
olunmasının qarşısının alınması məqsədilə xarici tərəfdən istilik izolyasiya qatı ilə örtülmüş,
16
yanmayan materiallardan olan xarici divarlarda yerləşdirilməsinə yol verilir. Tüstü kanallarının
yerləşdirilməsi üçün müvafiq divarlar olmadıqda, tüstü qazlarının xaric edilməsi üçün taxılmış və ya
əsaslı (bünövrəsi olan) tüstü boruları istifadə edilməlidir.
6.68. Hər bir soba üçün ayrıca tüstü borusu və ya kanal (bundan sonra - boru) nəzərdə
tutulmalıdır. Bir boruya eyni mərtəbədə olan və bir mənzildə yerləşən iki sobanın birləşdirilməsinə
yol verilir. Borular birləşdirilərkən, hündürlüyü boruların birləşmə yerinin aşağısından ən azı 1 m
məsafədə və 0,12 m qalınlıqda arakəsmə nəzərdə tutulmalıdır.
6.69. Tüstü borularının (tüstü kanallarının) en kəsik ölçüləri sobanın istilik gücündən asılı
olaraq aşağıdakılardan az olmayaraq qəbul edilməlidir, mm:
140x140 - sobanın istilik gücü 3,5 kVt-a qədər olduqda;
140x200 - sobanın istilik gücü 3,5-dən 5,2 kVt-a qədər olduqda;
140x270 - sobanın istilik gücü 5,2-dən 7,0 kVt-a qədər olduqda.
Dairəvi tüstü kanallarının en kəsik sahəsi göstərilən düzbucaqlı kanalların sahəsindən az
olmamalıdır.
6.70. Odunla işləyən sobaların tüstü kanallarında ardıcıl olaraq iki ədəd kip siyirtmənin, kömür
və ya torfla işləyən sobaların tüstü kanalların üzərində isə bir ədəd 15 mm diametrli deşiyi olan
siyirtmənin quraşdırılması nəzərdə tutulmalıdır.
6.71. Tüstü borusunun hündürlüyü, kolosnik şəbəkədən başlayaraq, 5 m-dən az olmayaraq
qəbul edilməlidir.
Dam örtüyünün üstündən çıxan bütöv konstruksiyanın uzunluğuna bərabər və ya ondan böyük
məsafədə yerləşən tüstü borularının hündürlüyü aşağıdakı kimi qəbul edilməlidir:
- yastı damın üstündə – 500 mm-dən az olmayaraq;
- tüstü borusu dam örtüyünün bel tirindən və ya parapetdən 1,5 m-dək məsafədə yerləşdikdə –
dam örtüyünün bel tirinin və ya parapetin üzərindən 500 mm-dən az olmayaraq;
- tüstü borusu dam örtüyünün bel tirindən və ya parapetdən 1,5 m-dən 3 m-ə qədər məsafədə
yerləşdikdə – dam örtüyünün bel tirindən və ya parapetindən alçaq olmayaraq;
- tüstü borusu dam örtüyünün bel tirindən 3 m-dən çox məsafədə yerləşdikdə – dam örtüyünün
bel tirindən üfüqə nəzərən 10º-li bucaq altında olan xətdən alçaq olmayaraq.
Tüstü boruları, soba isitməsi olan binalara bitişik tikilmiş daha hündür binaların dam
örtüyündən yuxarıya qaldırılmalıdır.
Tüstü borularının yanında olan təbii sorucu ventilyasiya kanallarının hündürlüyü bu boruların
hündürlüyünə bərabər qəbul edilməlidir.
6.72. Tüstü boruların, gil kərpicdən istifadə etdikdə divarlarının qalınlığı 120 mm-dən az
olmayaraq, istiliyədavamlı betondan istifadə etdikdə isə qalınlığı 60 mm-dən az olmayaraq çıxıntısız
şaquli layihələndirilməlidir. Boruların dib hissələrində onların təmizlənməsi üçün dərinliyi 250 mm
və qapıcıqlarla bağlanan deşikləri olan yuvalar nəzərdə tutulmalıdır.
Boru uclarının 1 m-dən artıq olmayaraq kənara çıxması ilə şaquli istiqamətdən 30-yə qədər
maili qəbul edilməsinə yol verilir; maili hissələrin səthləri hamar olmalı, en kəsik sahəsi sabit və
şaquli hissənin en kəsik sahəsindən az olmamalıdır.
6.73. Kərpic tüstü borularının çıxışları 0,2 m hündürlüyə atmosfer yağıntılarından mühafizə
olunmalıdır. Tüstü borularında zont, deflektor və digər taxmaların quraşdırılmasına yol verilmir.
6.74. Dam örtüyü yanar materiallardan olan binalarda tüstü boruları deşiklərinin ölçüləri 5x5
mm-dən böyük olmayan dəmir tordan hazırlanmış qığılcımtutucularla nəzərdə tutulmalıdır.
6.75. Arakəsmə və tavanı yanğından qorumaq üçün tüstü borusunun yanına hörülən kərpic
qatının (bundan sonra - qoruyucu hörgü qatı) ölçüləri əlavə 16-ya əsasən qəbul edilməlidir. Hörgü
qatının qalınlığı örtük (tavan) konstruksiyasının qalınlığından 70 mm artıq olmalıdır. Qoruyucu hörgü
qatını binanın konstruksiyasına dayamaq və ya sərt birləşdirmək olmaz.
Metal və ya dəmir-beton tirlərə bitişik olduğu yerlərdə tüstü boruların və ya tüstü kanalların
divarlarının qalınlığı 130 mm qəbul edilməlidir.
17
6.76. Yanar materiallardan olan divar və arakəsmələrin boşluqlarında yerləşdirilmiş sobaların
və tüstü borularının otaqların içərisində bütün hündürlüyü boyu qoruyucu hörgü qatı ilə əhatə
olunması nəzərdə tutulmalıdır. Bu zaman qoruyucu hörgü qatının qalınlığı göstərilən divar və
arakəsmələrin qalınlığından az qəbul edilməməlidir.
6.77. Mərtəbəarası örtüklər, divarlar və arakəsmələrlə qoruyucu hörgü qatı arasındakı
aralıqların yanmayan materiallarla doldurulması nəzərdə tutulmalıdır.
6.78. Soba, tüstü borusu və ya tüstü kanalının xarici səthi ilə yanar və çətin yanar materiallardan
olan divar, arakəsmə və ya binanın digər konstruksiyası arasındakı aralıq boşluğu əlavə 16-ya uyğun,
zavod istehsalı olan sobalar üçün isə istehsalçı zavodun sənədlərinə əsasən qəbul edilməlidir.
Məktəbəqədər təhsil və tibb müəssisələrinin binalarında olan sobalarda aralıq boşluqların
divarlarla bağlanması və yanmayan materiallarla örtülməsi nəzərdə tutulmalıdır.
Aralıq boşluğunu bağlayan divarlarda, hər birinin en kəsik sahəsi ən azı
150 sm² olan,
döşəmənin üstündə və divarın yuxarısında şəbəkələrlə örtülmüş deşiklər nəzərdə tutulmalıdır. Bağlı
aralıq boşluğunda olan döşəmə yanmayan materiallardan nəzərdə tutulmalı və otağın döşəməsindən
ən azı 70 mm yüksəkdə yerləşdirilməlidir.
6.79. Sobanın üç sıra kərpicdən ibarət olan örtüyünün üstü ilə yanar və ya çətin yanar
materiallardan hazırlanmış və polad tor üzrə suvaq qatı və ya 10 mm qalınlıqlı asbest karton üzrə
polad lövhə ilə mühafizə olunmuş tavan arasındakı məsafə fasilə ilə yandırılan sobalar üçün 250 mm,
daimi yandırılan sobalar üçün isə 700 mm qəbul edilməlidir, tavan mühafizə olunmadıqda isə bu
ölçülər uyğun olaraq 350 və 1000 mm qəbul edilməlidir. Örtüyü iki sıra kərpicdən ibarət olan sobalar
üçün göstərilən ölçülər 1,5 dəfə artırılmalıdır.
İstilik izolyasiya qatı ilə örtülmüş metal sobaların örtüyünün üstü ilə mühafizə olunan tavan
arasındakı məsafə 800 mm, istilik izolyasiya qatı olmayan örtük və mühafizə olunmayan tavan
arasındakı məsafə isə 1200 mm qəbul edilməlidir.
6.80. İstilik tutumlu sobaların üst örtüyü ilə yanar və çətin yanar materiallardan olan tavan
arasında olan fəzanı hər tərəfdən kərpic divarlarla əhatə etməyə yol verilir. Bu zaman soba örtüyünün
qalınlığı dörd sıra kərpicə qədər artırılmalı, tavandan olan məsafə isə bənd 6.79-a əsasən qəbul
edilməlidir. Sobanın üstündə olan bağlı məkanın divarlarında müxtəlif səviyyələrdə, şəbəkələrlə
örtülmüş və hər birinin en kəsik sahəsi ən azı
150 sm² olan iki ədəd deşik nəzərdə tutulmalıdır.
6.81. Kərpic və ya beton tüstü borularının xarici səthlərindən yanar və çətin yanar
materiallardan olan dam örtüyünün çatı, şəbəkə tiri və digər dam detallarına qədər olan məsafə 130
mm-dən, izolyasiyasız keramik borular üçün 250 mm-dən, istilikötürməyə müqaviməti 0,3 m²·ºC/Vt
olan yanmayan və ya çətin yanar materiallarla izolyasiya olunduqda isə 130 mm-dən az olmayaraq
nəzərdə tutulmalıdır.
Tüstü boruları ilə yanmayan və çətin yanan materiallardan olan dam örtüyü konstruksiyaları
arasındakı fəza yanmayan dam örtüyü materialları ilə örtülməlidir.
6.82. Binaların aşağıdakı konstruksiyaları yanmadan qorunmalıdır:
a) ocaq qapıcığın altında yanar və çətin yanar materiallardan olan döşəmə – uzun tərəfi sobanın
uzunluğu boyunca yönələn, ölçüləri 700x500 mm olan metal lövhə ilə;
b) sobanın ön tərəfinə bucaq altında söykənən yanmayan materiallardan olan divar və ya
arakəsmə – polad tor üzrə qalınlığı 25 mm olan suvaq qatı və ya 8 mm qalınlıqlı asbest karton üzrə
polad lövhə ilə (döşəmədən ocaq qapıcığının üstündən 250 mm yüksək səviyyəyə qədər).
Ocağın qapıcığından qarşı tərəfdəki divara qədər olan məsafə 1250 mm-dən az olmayaraq qəbul
edilməlidir.
6.83. Döşəmə səviyyəsindən qaz yollarının və külyığıcıların dibinə qədər olan minimal məsafə
aşağıdakı kimi qəbul edilməlidir:
a) yanar və çətin yanar materiallardan mərtəbəarası örtük və ya döşəmə konstruksiyası olduqda
külyığıcının dibinə qədər 140 mm, qaz yolunun dibinə qədər isə 210 mm;
b) yanmayan materiallardan olan mərtəbəarası örtük və ya döşəmə konstruksiyası olduqda –
18
döşəmə səviyyəsində.
6.84. Karkas sobaların, o cümlədən ayaqlı sobaların altında yanar materiallardan olan
döşəmələr 10 mm qalınlıqlı asbest kartonlu polad lövhə ilə alovlanmadan mühafizə edilməlidir, bu
zaman sobanın altından döşəməyə qədər məsafə ən azı 100 mm olmalıdır.
6.85. Sobaların tüstü borularına birləşdirilməsi üçün uzunluğu 0,4 m-dən çox olmayan qısa
boruların istifadə edilməsinə aşağıdakı şərtlərlə yol verilir:
a) qısa borunun üstündən yanar materialdan olan və alovlanmadan mühafizə edilməyən tavana
qədər məsafə 0,5 m-dən, mühafizə edilən tavana qədər isə 0,4 m-dən az olmadıqda;
b) qısa borunun altından yanar və çətin yanar materialdan olan döşəməyə qədər məsafə 0,14 m-
dən az olmadıqda.
Qısa borular yanmayan materiallardan hazırlanmalı və odadavamlılıq həddi 0,75 saat və daha
artıq olmalıdır.
Dostları ilə paylaş: |