Строительные нормы и правила


 Təkrar enerji ehtiyatların istiliyindən istifadə edilməsi



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə38/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   34   35   36   37   38   39   40   41   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

11. Təkrar enerji ehtiyatların istiliyindən istifadə edilməsi 
11.1. İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması sistemləri təkrar enerji ehtiyatların 
(bundan sonra - TEE) istiliyindən istifadə etməklə layihələndirilməlidir: 
a) ümumi mübadilə ventilyasiya və yerli sorma sistemləri ilə xaric edilən havadan; 
b) isitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması üçün yararlı olan, texnoloji qurğulardan 
verilən istilik və soyuqluq daşıyıcılarından. 
Təbii 
ventilyasiya 
sistemlərinin 
havasının 
istiliyindən 
istifadə 
edilməsinin 
layihələndirilməməsinə yol verilir.
11.2. İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması sistemləri üçün TEE-dən istifadənin 
məqsədəuyğunluğu və TEE-nin istiliyinin (soyuqluğunun) utilizasiya sxemlərinin, istilik utilizasiya 
avadanlığının və istilik nasos qurğularının seçilməsi, TEE-nin daxil olmasının və sistemlərdə istilik 
istehlakının qeyri-müntəzəmliyi nəzərə alınmaqla, texniki-iqtisadi hesabatla əsaslandırılmalıdır. 
Layihə həllərinin səmərəliliyi eyni olduqda (gətirilmiş xərclərə görə + 5 % həddində), yanacağa daha 
çox qənaət edən layihə həlli qəbul edilməlidir. 
11.3. TEE-nin istiliyini (soyuqluğunu) istifadə etdikdə vurucu havada zərərli maddələrin qatılığı 
bənd 5.12-də göstəriləndən yuxarı olmamalıdır. 
11.4. Hava ilə hava və qaz ilə hava istilik utilizatorlarında havakəmərlərinin birləşdiyi yerlərdə 
vurucu havanın təzyiqinin, xaric edilən havanın və ya qazın təzyiqindən yuxarı olması təmin 
edilməlidir. Bu zaman maksimal təzyiq fərqi, istilik utilizasiya avadanlığının texniki şərtləri ilə 
yolverilən qiymətdən yuxarı olmamalıdır. 
Hava ilə hava və ya qaz ilə hava istilik utilizatorlarında qurğunun konstruktiv xüsusiyyətləri ilə 
əlaqədar zərərli maddələrin daşına bilməsi nəzərə alınmalıdır. 
11.5. Hava ilə hava istilik utilizatorlarında (həmçinin istilik borulu istilik utilizatorlarında) 
vurucu havanın qızdırılması (soyudulması) üçün aşağıda göstərilən hava istifadə edilməməlidir: 
a) A və Б kateqoriyalı otaqlardan; partlayışdan mühafizə sistemli avadanlıq istifadə olunduqda 
A və Б kateqoriyalı otaqlardan xaric edilən havadan, bu otaqlara verilən havanın qızdırılması üçün 
istifadə edilməsinə yol verilir; 
b) partlayış təhlükəli qarışıqların yerli sorma sistemindən və ya tərkibində 1-ci sinif təhlükəli 
maddələr olan havadan. Partlayış təhlükəsi olmayan toz-hava qarışıqlarının yerli sorma sistemlərinin 
havasından istifadə edilməsinə, qarışıqlar tozdan təmizləndikdən sonra yol verilir; 
c) istilik mübadilə səthlərində çökən və ya kondensasiya olunan 1-ci və 2-ci sinif təhlükəli və 
ya kəskin iyli maddələr olduqda (regenerativ istilik utilizatorlarında, həmçinin istilik borularının 
bazasında olan istilik utilizatorlarında); 
ç) xəstəlik törədən bakteriyalar, viruslar, göbələklər dövlət sanitariya-epidemioloji xidmətinin 
müəyyən etdiyi təhlükəli qatılıqlarda olduqda. 
11.6. Vurucu havanın istilik utilizatorlarında qızdırılması (soyudulması) üçün, dövlət sanitariya-
epidemioloji xidməti ilə razılaşdırmaqla, germetik boru kəmərlərinin və istilik mübadiləedicilərin 
daxilində aralıq istilikdaşıyıcı kimi istifadə edilən zərərli və yanar maye və qazların istiliyindən 
istifadə edilməsinə yol verilir; razılaşdırılma olmadıqda, tərkibində 1-ci, 2-ci və 3-cü sinif təhlükəli və 
ya qəza nəticəsində otağa yayıldıqda YVQ-nı ötə bilən zərərli maddələri olmayan istilikdaşıyıcılı 
əlavə kontur istifadə edilməlidir. 
11.7. Kontaktlı istilik utilizatorlarında (nəmləndirmə kameralarında) vurucu havanın 
qızdırılması (soyudulması) üçün içməli su və ya tərkibində zərərli maddələr olmayan sulu məhlullar 
istifadə edilməlidir. 
11.8. Tərkibində çökən toz və aerozollar olan ventilyasiya havasının istiliyindən 
(soyuqluğundan) istifadə edildikdə, istilik utilizasiya avadanlığının texniki şərtlərinə görə yol verilən 
qatılığa qədər havanın təmizlənməsi, həmçinin istilik mübadilə səthlərinin çirklənmələrdən 
təmizlənməsi nəzərdə tutulmalıdır. 


45 
11.9. TEE-nin istiliyinin utilizasiyası sistemlərində, aralıq istilikdaşıyıcının donmaması və 
istilik utilizasiya qurğularının istilik mübadilə səthində buzlaşmanın əmələ gəlməməsi üçün mühafizə 
tədbirləri nəzərdə tutulmalıdır. 
11.10. Ventilyasiya sistemlərindən və texnoloji avadanlıqdan TEE-nin istiliyini (soyuqluğunu) 
istifadə edən sistemlər üçün ehtiyat istilik-soyuqluq təchizatı texniki-iqtisadi hesabatla 
əsaslandırıldıqda nəzərdə tutulmalıdır.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin