Строительные нормы и правила


 Elektrik təchizatı və avtomatlaşdırma



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə39/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   35   36   37   38   39   40   41   42   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

12. Elektrik təchizatı və avtomatlaşdırma 
12.1. İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması sistemlərinin elektrik qəbulediciləri, 
binanın texnoloji və mühəndis qurğularının elektrik qəbulediciləri ilə eyni kateqoriyalı nəzərdə 
tutulmalıdır. 
Qəza ventilyasiya və tüstü əleyhinə mühafizə sistemlərinin elektrik təchizatı, yanğından sonra 
(bax bənd 8.13) qazların və tüstünün xaric edilmə sistemləri istisna olmaqla, I kateqoriyalı nəzərdə 
tutulmalıdır. I kateqoriyalı elektrik qəbuledicilərinin, yerli şəraitə görə iki müstəqil mənbədən 
qıdalandırılması mümkün olmadıqda, bir mənbədən iki transformatorlu yarımstansiyanın müxtəlif 
transformatorlarından və ya biri-birinə yaxın bir transformatorlu iki yarımstansiyadan 
qidalandırılmasına yol verilir. Bu halda yarımstansiyalar müxtəlif traslarla çəkilmiş müxtəlif 
qidalandırıcı xətlərə qoşulmalı və aşağı gərginlik tərəfdən ehtiyatın avtomatik qoşulma qurğusu 
nəzərdə tutulmalıdır. 
12.2. Tüstü əleyhinə mühafizə sistemləri ilə təchiz edilmiş bina və otaqlarda yanğın əleyhinə 
avtomatik siqnalizasiya sistemi nəzərdə tutulmalıdır. 
12.3. Avtomatik yanğınsöndürmə qurğuları və ya avtomatik yanğın siqnalizasiyası ilə təchiz 
edilmiş bina və otaqlar üçün ventilyasiya, havanın kondisiyalaşdırılması və hava ilə isitmə 
sistemlərinin (bundan sonra – ventilyasiya sistemləri) elektrik qəbuledicilərinin (işıqlandırmanın 
birfazalı şəbəkəsinə qoşulan elektrik qəbulediciləri istisna olmaqla), həmçinin aşağıdakıların təmin 
edilməsi üçün bu qurğularla olan tüstü əleyhinə mühafizə sisteminin avtomatik bloklama nəzərdə 
tutulmalıdır: 
a) A və Б kateqoriyalı otaqların tambur-şlüzlərinə hava verən sistemlərdən başqa, yanğın vaxtı 
digər ventilyasiya sistemlərinin dayandırılması; 
b) yanğın vaxtı tüstü əleyhinə qəza sisteminin (bənd 8.13-də göstərilən sistemlər istisna 
olmaqla) qoşulması; 
c) yanğın baş vermiş otaqda və ya tüstü zonasında və ya yanğın olan mərtəbənin dəhlizində 
tüstü klapanlarının açılması və odsaxlayıcı klapanların bağlanması. 
Tüstü əleyhinə mühafizə üçün nəzərdə tutulmuş və ya istifadə olunan şaxtaların, fənər və 
pəncərələrin tüstü və odsaxlayıcı klapanlarının, xəfənglərinin açılan qurğuları avtomatik, məsafədən 
və əl ilə (quraşdırıldığı yerdə) idarə olunmalıdır. 
Qeyd:
1. Ventilyasiya sistemlərinin qismən və ya tam dayandırılması texnoloji tələblərə görə müəyyən 
edilməlidir. 
2. Yanğın vaxtı yalnız əl ilə siqnalizasiya sistemi olan otaqlar üçün, məsafədən idarə edilən bu otaqlara 
xidmət edən ventilyasiya sistemlərinin dayandırılması və tüstü əleyhinə mühafizə sistemlərinin qoşulması 
nəzərdə tutulmalıdır. 
12.4. Yanğın avtomatik siqnalizasiyasına malik otaqlar, xidmət etdiyi otaqlardan kənarda 
yerləşdirilmiş, məsafədən idarəetmə qurğuları ilə təchiz edilməlidir. 
A və Б kateqoriyalı otaqlarda bütün ventilyasiya sistemlərinin eyni vaxtda dayandırılması tələb 
olunduqda, məsafədən idarəetmə qurğuları binanın xaricində nəzərdə tutulmalıdır. 
В kateqoriyalı otaqların sahəsi ən azı 2500 m

olan ayrıca zonalarının ventilyasiya sistemlərinin 
məsafədən dayandırılmasının nəzərdə tutulmasına yol verilir. 
12.5. A və Б kateqoriyalı otaqların isitmə və ventilyasiya sistemlərinin avadanlığı, metal boru 
kəmərləri və havakəmərləri, həmçinin partlayış təhlükəli qarışıqları xaric edən yerli sorma sistemləri 


46 
üçün ПУЭ-nin tələblərinə uyğun olaraq yerlə birləşdirmə nəzərdə tutulmalıdır. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin