19. Lüminessent lampaların iş prinsipi luminessent lampaları qaz boşalması lampaların sinfinə aiddir. Elektrodlarda volfram spiralından istifadə olunur. Qaz qarışığının istifadəsi elektrodun tozlanmasının qarşısının alınması və lampanın işə salınmasının asanlaşdırılması üçün istifadə olunur. Lampanın iş prinsipi ondan ibarətdir ki, elektrodlara gərginlik verildikdən sonra starter vasitəsilə gərginlik impulsu yaranır və lampanın daxilində ionlaşma proseslərin baş verməsi nəticəsində şüalanma generasiya olunur (elektrolüminessensiya). Bu şüalanma qısa dalğa uzunluqlu ultra-bənövşəyi şüalanma sinfinə aiddir. Onun şüşəli silindrin üzərinə çəkilən lüminofor örtüyünə təsir edən zaman işıq şüalanması generasiya olunur (fotolüminessensiya).