21. Yuxarı təzyiqli lüminessent lampaları
ДРЛ tipli yüksək təzyiqli rəngi düzəlmiş civə lampaları müxtəlif məqsədlər üçün istifadə olunurlar (şəkil 5.4). Qaz boşalma borusu (1) tutacaqlar vasitəsilə (2) ayaqda (3) quraşdırılıb və kolbaya (5) birləşdirilib. Armud formalı şüşəli kolba qaz boşalma borusunu ətraf mühitdən izola edir. Boru və kolba arasındakı məsafə texniki arqonla doldurulur. Kolbanın daxili divarı lüminoforla örtülüb. Boruda elektrodların (7) alışmasını asanlaşdırılmaq üçün oraya müəyyən həcmdə civə və arqon əlavə edilir. Əsas elektrodlardan başqa onların yanında alışdırıcı elektrodlar (8) yerləşdirilir və onlarla əsas elektrodlar arasında əlaqə məhdudlaşdırıcı rezistorlar (9) vasitəsilə yaradılır. Kolbanın xarici divarına yüksək temperaturlu mastika vasitəsilə standart yivli sokol (4) bərkidilir. Boru və sokol arasında istilik ekranı (6) quraşdırılır. Yüksək təzyiqli lampaların işə salınması (alışdırıcı elektrodların sayəsində) digərləri ilə müqayisədə daha asan və elektrodlararası qaz boşalması şəbəkə gərginliyindən daha kiçik qiymətlərində baş verir. Bu zaman ionlaşma prosesləri başlayır və əsas elektrodlar arasında qaz boşalmasının həyacanlanmasına səbəb olur. Əsas qaz boşalmasının cərəyanı yalnız drossel vasitəsilə məhdudlaşdırılır və ilk vaxtda onun qiyməti 2-3 dəfə lampanın tam işlək vəziyyətdə olan cərəyan qiymətindən üstün olur. Qaz boşalması əsas elektrodları 1000-120000S civarında qizdiraraq onlardan fəzaya sərbəst elektronların emissiyasını təmin edir. Boruda temperatur yüksək olduğundan oradakı civə tam buxarlanır. Sonra yanma prosesi lampada stabilləşir. Ona qədər təhminən 7-10 dəqiqə tələb olunur. Lampanın təkrar yanması yalnız 10-15 dəqiqədən (onun soyumasından sonra) mümkündür. ( Anavı sikim a peysər Fetö? )
Bu lampalar böyük işıq veriminə - 40-60 lm/Vt malikdirlər və müxtəlif gücdə istehsal olunurlar. ДРЛ lampalarının elektrik və işıq xüsusiyyətləri cədvəl 5.2-də verilib. Civə boşalmasının spektrində qırmızı və ona yaxın çalarların olmaması işıq şüalanmanın spektrini qismən təhrif edir. Ona görə istifadə olunan lüminoforun tərkibini elə təyin edirlər ki, işıq süalanmasının spekrində qeyd olunan rənglər öz yerini tapsın və civə boşalmasının spektrində olan boşluqları doldursun. Yüksək təzyiqli civə lampaları müxtəlif ölçülərdə 80, 125, 250, 400, 700 və 1000 Vt gücündə istehsal olunurlar. Onların əsas ölçüləri və işıq xarakteristikaları cədvəl 5.3-də verilib. Bu lampaların orta iş resursu 7500 saat təşkil edir.
Bu növ lampaları əksər hallarda xarici işıqlandırmada və tavanın hündürlüyü 12-18 m olan binalarda istifadə olunması təklif olunur (məsələn, maşınqayırma və metallurgiya sənayesində, gəmiqayirmada və s.).
Dostları ilə paylaş: |