26. Ksenon lampaların xüsusiyyətləri
Ksenon lampalarının şüalanma spektri fasiləsizdir. Bu da neytral qazların özəl xüsusiyyətidir. Ona görə, onların təsiri ilə işıqlanan obyektin rəng ötürmə qabiliyyəti yaxşılaşır. Onların korpusu kvars şüşəsindən hazırlanır və volfram elektrodlardan istifadə olunur. Davamiyyətli yanma müddəti 500-2000 saat təşkil edir. ( elə buydu)
27. İşıq armaturları və onların təyinatı
İşıq texnikasında iki növ işıqlandırma cihazları mövcuddur: çıraqlar və güzgülü projektorlar. Praktikada 20-30 m məsafədə işıqlandıran çıraqlar çox geniş istifadə olunmaqdadır.
Adətən, çırasqlar, başqa işıq cihazları kimi, işıq mənbəyindən, işıq selini paylayan qurğudan, mühafizə (mexaniki təsirlərdən və çirklənmədən) konstruksiyasından və şəbəkəyə qoşulma elementlərindən ibarətdir. Qeyd olunan funksiyaları yerinə yetirən elementləri işıqlandırma armaturları kimi adlandırırlar.
Vacib funksiyalardan biri işıq selinin çıraqlarda proporsional qaydada paylanması üçün onlarda müxtəlif işıq səpələyicilərindən, əks etdiricilərindən və işıq selinin sınmasını təmin edən optik sistemlərdən istifadə olunması sayılır.
Digər aktual məsələlərdən biri də işıq mənbəyinin parlaqlığından insan gözünü qorunmasıdır. Güclü parlaqlığa malik olan lampalar çıraqsız istifadə olunduqda onlar insan gözünə mənfi təsir göstərir, onun xəssaslığının itirilməsinə səbəb olur. İşıq armaturlarının ölçülərindən asılı olaraq onlar işıq mənbəyinin işıq selinin bilavasitə insan gözünə düşməsinin qarşısını alır. Eyni zamanda, bu funksiyanı lampalarda istifadə olunan əks etdiricilər də yerinə yetirə bilər. ( hamsı aid idi zırradım)
28. Çiraqların konstruktiv elementləri və təyinatı
Dostları ilə paylaş: |