24. İşıq diodların iş prinsipi İşıq diodları yarımkeçirici materialların və onların üzərindən elektrik cərəyanı keçən zaman işıqlanma effektin yaranması üzərində qurulmuşdur. Bu effekt ilk dəfə 1920-ci ildə qeydə alınmışdır. 1960-ci illərdə bu effektin əsasında ilk indikator elementləri istehsal olunmuşdur. Onlatrın işıq verimi çox zəif və 0.1 lm/Vt və is resursu 100-lərlə saat təşkil edirdi. Onların əsl inkişafı yeni yarımkeçirici materialların yaranmasıilə mümkün olmuşdur. Belə ki, bu materiallar onların gücü, parlaqlığı, işıq veriminin yüksəlməsi və istismar müddətinin uzadılmasına imkan yaratmışdır. Şəkil 6.3-də işıq diodların konstruksiyası verilmişdir. Diodun əsasını keçirici döşəmədə (2) yerləşən yarımkeçirici kristaldır (1). 3-4 çıxışlar vasitəsilə kristala və döşəməyə gərginlik verilir. Kristal, öz növbəsində, əksetdirici ilə (5) əhatə olunub. Bütün elementlər korpusun (6) daxilində yerləşdirilir. Korpusun forması oval şəklində olur ki, bu da işıq selini formalaşdırilmasında linza rolunu oynayır. İşıq diodunun işləməsi üçün 1.9-4 V sabit gərginlik tələb olunur. Gərginliyin q iyməti şüalanmanın rəngi ilə təyin olunur. Hal-hazırda 5 və 10 mm diametrli korpusdan ibarət 20-40 mA nominal cərəyanlı işıq diodları istehsal olunur. Onların maksimal gücü 5 Vt, işıq verimi - 25 lm/Vt-a qədər (ağ rəngli), 30 lm/Vt-dan çox (qırmızı və sarı rəngli), istismar müddəti isə - 50000 saat təşkil edir.