25. Xüsusi boşalma lampaları Lüminessent lampaları müxtəlif növlü və təyinatlı olurlar. Onların xüsusi qrupuna əksetdirici və rəngli lampalar aiddir. Əksetdirici lampalar şüalanmanı əks edən laylara malikdirlər. Onları reflektorlu və ya yarığı olan lampalar da adlandırırlar.
Reflektorlu lampaların şüşə kolbasının divarı daxildən toza oxşar titan oksidi ilə örtülür. Bu lay əksetdirici rolunu oynayır. Onun üzərinə və bütün kolbaya lüminofor örtüyü salınır.
Yarığı olan lampalarda isə əksetdirici lay və lüminofor örtüyü üst üstə düşür və yalnız yarıq olan tərəf şəffaf qalır. Bu lampalar müəyyən istiqamətdə işıq şıddətinin və parlaqlığın artırılmasında istifadə olunur.
Rəngli lüminessent lampalarımüxtəlif dekorasiya məqsədləri üçün istifadə olunur. Aşağı təzyiqli civə lampalarında qısa dalğalı şüalanma generasiya olduğuna görə (~254 nm) onları müxtəlif mühitlərin dezinfeksiyasında istifadə edirlər. Bakterisid lampaları 30 və 60 Vt gücündə istehsal olunur (ДБ 30, ДБ 60).